Masallıda şəhid anası üsyan edir... - "Ya yolu düzəltsinlər, ya da..."
Masallı rayonunun Ərkivan qəsəbəsi nəinki rayonda, Azərbaycanda sayılıb-seçilən, ölkəyə saysız-hesabsız ziyalı bəxş edən qəsəbədir. Qəsəbə 1-ci Qarabağ Müharibəsində 17, Tovuz döyüşlərində 1, Vətən Müharibəsində isə 3 şəhid verib. Şəhidlərimizə hörmət əlaməti olaraq qəsəbədə “Şəhidlər parkı” salınıb, “Şəhidlər bulağı” inşa edilib, iki məktəbə, bir neçə küçəyə şəhid adı verilib.
Söz açacağımız küçə qəsəbənin Abası məhəlləsində yerləşən 1-ci Qarabağ Müharibəsində şəhid olmuş Mahir Binyatovun adını daşıyır. Şəhidimiz bu küçədə böyüyüb boya-başa çatıb. Bu küçədən müharibəyə yollanıb. Ən sonunda isə onun şəhid tabutu bu küçədən son mənzilə yola salınıb..
Sözü gedən küçə uzun illərdir şəhid Mahir Binyatovun adını daşısa da bu heç bir rəsmi sənəddə qeyd edilmir. Həmin küçənin şəhid adına olduğunu bildirən lövhə yoxdur. Sovet vaxtı rayonun əksər mərkəzi küçələrində işıqlandırma olmayanda belə bu küçə par-parıldayırdı. İndi isə…

JAMAZ.İNFO-ya müraciət edən şəhid Mahir Binyatovun anası Zeynəb Binyatova deyir ki, həmin küçə qəsəbədə 1 saylı və 5 saylı məktəblərin arasında yerləşir və qəsəbənin əsas küçələrindən hesab olunur. “Hər gün yüzlərlə məktəbli bu yoldan istifadə edir. İnsanların gediş-gəlişi üçün ən qısa, rahat yoldur. Yüzlərlə qəsəbə sakini bu küçədə olan bulaqdan su aparır. 2017-ci ildə küçədəki işıq dirəkləri Masallı Elektrik Satışı Şəbəkəsi tərəfindən yeni dəmir dirəklərlə əvəz edildi. Köhnə işıq dirəkləri isə ona bərkidilmiş işıq plafonları ilə birlikdə çıxarılıb aparıldı. Həmin vaxtdan sonra bu küçə gecələr qaranlığa qərq olur. Küçənin bir hissəsi kolluq, dərə olduğu üçün sahibsiz itlər, çaqqal və tülkü kimi heyvanların oylağına çevrilib. Bu şəhid adına olan hörmətsizlikdir” – deyə şəhid anası qeyd edir.
Zeynəb Binyatova dəfələrlə küçə işıqlarının yenidən bərpa edilməsi üçün Masallı Elektrik Satışı Şəbəkəsinə müraciət edib, amma ona “öz hesabınıza edin” cavabını veriblər. İdarədən deyiblər ki, onların işıq dirəklərinə işıq plafonu bağlamağa icazələri yoxdu. Kənd camaatı mərkəzi küçələrin birinin işığa çıxmasını istəyirsə əlini cibinə salmalı və ayrıca işıq dirəkləri almalıdır. Masallı Elektrik Satışı Şəbəkəsinin yeni rəisi Gündüz Səfərova xahiş etdikdə isə, “işığınızı mən kəsməmişəm ki, mən də bərpa edim” – deyir.
Şəhid anası qeyd edir ki, “Küçəmizin yolu dağılıb, biraz yağış yağan kimi küçəyə palçıq əlindən girmək olmur. Bəzən elə olur ki, ağır xəstəmiz olanda Təcili Tibbi Yardım maşınını bu küçəyə gəlmək istəmir. Küçədəki kanalizasiya “lyuk”ları da qəzalı vəziyətdədir. Mən adiyatı qurumlara səslənirəm. “Ya oğlumun adı bu küçədən götürülsün ya da küçə şəhid adına layiqli təmir edilsin”.
Şəhid anası küçənin təmir edilməsi ilə əlaqədar Azərbaycanın Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya da müraciət etdiyini bildirdi.Neqativ.com
Tarix: 19-02-2021, 10:24
-
Dünən, 23:19
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Dünən, 23:08
Qəbul olmayanlar üçün daha bir şans - Tarix açıqlandı
-
Dünən, 22:58
Peşə məktəblərində müqavilə ilə işə qəbul keyfi başlayır... İlqar Bayramlı baş verənləri həqiqətənmi görə bilmir?
-
Dünən, 22:27
Nihad Hənifəyevin 7,4 milyonluq tenderinin şəffaflıq təhlili - Daha bir iddia və Nazirliyin məlum susqunluğu - FOTOLAR
-
Dünən, 22:21
Elçibəyin qardaşı qızının evi əlindən alındı - FOTO
-
Dünən, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Dünən, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Dünən, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Dünən, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Dünən, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Dünən, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Dünən, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Dünən, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Dünən, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Dünən, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Dünən, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Dünən, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Dünən, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Dünən, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Dünən, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Dünən, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
23-08-2026, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
23-08-2026, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
23-08-2026, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
23-08-2026, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
23-08-2026, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
23-08-2026, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
23-08-2026, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
23-08-2026, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”