“Kommunal Təsərrüfat İdarəsində iş üçün məndən 300 manat aldılar” - GİLEY
Yardımlı sakini Savalan İbrahimli iki ilə yaxın işsizdir. O, haqsızlıqla üzləşdiyini və işdən qanunsuz uzaqlaşdırıldığını iddia edir. DİA.AZ xəbər verir ki, Savalan İbrahimli Yardımlı Rayon Məşğulluq İdarəsində 2018-ci ildə qeydiyyata düşüb. 2019-cu ilin yanvarında idarədən zəng gəlib, ona iş tapıldığı bildirilib:
“Onda Məşğulluq İdarəsinin müavini Miramil Səmədli idi. Məktəbdə sinif yoldaşım olmuşdu. Getdim yanına, dedi ki, 500-600 manat versən, sənə iş verəcəyik. Maaş da 200 manat. Bu yandan da müdir Fikrət müəllim gəldi, dedi, narahat olma, yaxşı işdi. Mən sonradan başa düşdüm ki, növbəyə duran hamı üçün iş var. Bunlar bizdən pul qoparmağa çalışır. İş yerləri gəlib, bunlar da başlayıblar satışa. Kimdən nə aldılar, aldılar...”
Savalan İbrahimli iddia edir ki, Kommunal Təsərrüfat İdarəsində iş üçün ondan 300 manat alıblar. Yardımlı sakini pulun 100 manatının Miramil Səmədliyə çatdığını bildirir: “Orada işçilərin üstündə nəzarətçi idim. 176 manat əməkhaqqı almalıydım. Bunun 50 manatını müdir Seyfəddin Abdulov tuturdu. Mən 2019-cu ilin mayında icazə sənədi ilə şəhərə getmişdim. Qayıdıb gələndə gördüm ki, kartım bağlanıb. İdarədə dedilər ki, ixtisara düşmüsən. Halbuki, mən orada bir illik müqavilə ilə işləyirdim. Soruşdum ki, axı bu necə ola bilər? Xeyri olmadı. Əmək kitabçamı tələb elədim. Sonradan baxıram ki, orada işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən uzaqlaşdırıldığım yazılıb. Bununla da əmək kitabçama ləkə salıblar”.
Savalan İbrahimlinin əmək kitabçasında onun 23 fevral 2019-cu il əmək müqaviləsi ilə “DOST İş Mərkəzi”nin Yardımlı rayonu regional filialına təmizlik işləri və sosial xidmətlərin göstərilməsi üzrə köməkçi vəzifəsinə təyin olunduğu yazılıb. Bundan sonra həmin ilin oktyabrın 7-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edildiyi qeyd olunub. Burada İnsan Resursları Departamentinin müdiri Nuranə Əliyevanın imzası da var.
Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində yazılıb ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, əmək vəzifələrini kobud şəkildə pozduqda işdən kənarlaşdırıla bilər. Savalan İbrahimli deyir ki, əmək kitabçasında məhz həmin maddə yer aldığına görə, daha heç bir yerdə işə götürülmür.
“Soruşuram ki, niyə işdən çıxarmısınız? Seyfəddin Abdulov deyir ki, mənim əmrimə tabe olmamısan. Məni çox hədələyiblər. Prokurorun sürücüsü bunun bacanağıdı. Ona güvənirlər. Belə olmaz axı. Mənim uşağım evdə daş yemir ki... İki ildi belə qalıb. Neçə dəfə Məşğulluq İdarəsinə getmişəm. Əmək kitabçasında yazılanlar hər şeyin üstündən xətt çəkib. Böyük qanunsuzluğa yol verilib”.
Savalan İbrahimli “DOST İş Mərkəzi”nə məktubla müraciət edib. Müraciətə 2020-ci ilin iyulunda cavab verilib. Cavab məktubunda bütün işçilərin “icraçı”nın – Yardımlı şəhər Kommunal Təsərrüfat İdarəsinin tapşırığı və birbaşa nəzarəti ilə fəaliyyət göstərdiyi yazılıb. Burada Savalan İbrahimlinin işdən azad olunmasına səbəb kimi onun mənfi davamiyyəti göstərilib. Kommunal Təsərrüfat İdarəsindən “DOST İş Mərkəzi”nə akt daxil olub, beləcə, rayon sakini işdən məhrum edilib.
“Mənim işə çox ehtiyacım var. Valideynlərimin evində qalıram. Bir uşağım var. Həyat yoldaşım müəllimədi. Onun məvacibi ilə dolanmağa çalışırıq”, - Savalan İbrahimli belə deyir.
Tarix: 30-01-2021, 12:06
-
Bu gün, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Bu gün, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO