İcra başçısı həbs olunan rayonun bələdiyyə sədrindən şok əməllər - TƏFƏRRÜAT
Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləmiş Həsən Fətullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Həsən Fətullayev 29 avqust 2014-cü il tarixdən Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Muğan kənd sakini Əlihüseynov Ədalət Rəhim oğlunun 2004-cü ildə Muğan Bələdiyyəsi tərəfindən onun övladları Ceyhunə, Sevda və Könül Əlihüseynovaların adlarına ayrılmış, Muğan bələdiyyəsində saxlanılan üç ədəd, hər biri 0,12 ha olmaqla torpaq sahələrinin alqı-satqısı ilə bağlı sənədlərin ona təqdim edilməsinə dair 2014-cü ildə özünə müraciəti ilə əlaqədar, həmin sənədlərin Ədalət Əlihüseynova təqdim edilməsinə görə, 2014-cü ilin sentyabr-dekabr aylarıərzində həmin bələdiyyənin Cəlilabad rayonun Muğan kəndində yerləşən inzibati binasında sonuncudan özü üçün şəxsən birbaşa yolla maddi nemət olan 2000 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyib.
Növbəti gün Ədalət Əlihüseynovun həmin kənddə yaşadığı evində ondan özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000 manat pul vəsaitini rüşvət qismində alıb.
Bundan başqa, Həsən Fətullayev Cəlilabad rayon Muğan Bələdiyyəsinin sədri vəzifəsində işləyərkən 2014-cü ildə özü və övladı üçün həyətyanı torpaq sahələri satın almaq üçün özünə müraciət edən Cəlilabad rayonun Maşlıq kənd sakini Abdullayev Firudin Fətəli oğlundan xidməti vəzifələrinin icrası ilə əlaqədar edəcəyi hərəkətə, yəni sonuncuya və onun qızı Gözəl Abdullayevaya hər biri 0,12 ha ölçüdə 2 ədəd həyatyanı torpaq sahəsinin alqı-satqısının həyata keçirilməsinə görə Cəlilabad rayon Muğan Bələdiyyəsinin inzibati binasında birbaşa yolla şəxsən maddi nemət olan 3000 manat məbləğində pul vəsaitini Firudin Abdullayevdən özü üçün təkrarən rüşvət qismində istəyib.
Firudin Abdullayev imkanı olmadığını bildirdiyindən 2000 manata razılaşmaqla, qısa müddət sonra istintaqa məlum olmayan şəraitdə tamah və şəxsi niyyətlə qeyd edilən torpaq sahələrinin onlara alqı-satqısına dair bilə-bilə məzmununa yalan məlumatlar daxil etdiyi rəsmi sənədləri-həmin Bələdiyyənin Üzvlərinin Ümumi Yığıncağının qəsdən əvvəlki tarixə, yəni 30 noyabr 2010-cu il tarixli, 11 saylı iclas protokolundan 2 ədəd çıxarışı, 30 noyabr 2010-cu il tarixli, 2 ədəd kassa mədaxil orderi, 2 ədəd alqı-satqı müqaviləsi, torpaqların alqı-satqısına dair aktı, torpaq sahəsinin seçilməsi barədə akt və həmin tarixli torpaq sahəsinin sxematik planını tərtib edib, həmin sənədlərdə olan 2010-cu ilə uyğun məsul şəxslərin imzalarını qəsdən fərqli formada imzalayıb, bələdiyyəyə məxsus dairəvi möhürlə təsdiq edib vəzifə saxtakarlığı edərək hazırladığı həmin saxta rəsmi sənədləri Firudin Abdullayevə təqdim edib.
2014-cü ildə həmin bələdiyyənin Cəlilabad rayonun Muğan kəndində yerləşən inzibati binasının yaxınlığında şəxsən özüüçün birbaşa yolla maddi nemət olan 2000 manat məbləğində pul vəsaitini Firudin Abdullayevdən rüşvət qismində alıb, torpaq sahələrinin sonuncuya təqdim edilməsini həyata keçirərək, vəzifəli şəxs qismində xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi hərəkətə görə özü üçün birbaşa yolla şəxsən maddi nemət olan 2000 manat pul vəsaitini Firudin Abdullayevdən rüşvət qismində təkrarən istəməklə təkrarən almış, tamah və şəxsi niyyətlə rəsmi sənədlərin məzmununa bilə-bilə yalan məlumatlar daxil etməklə vahid niyyətlə vəzifə saxtakarlığı törədib, bələdiyyənin əmlakıüzərində təkbaşına sərəncam vermədə ifadə olunan həmin hərəkətləri ilə Cəlilabad rayon Muğan Bələdiyyəsinin əmlak hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vuraraq xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək vəzifə səlahiyyətlərini aşıb.
İstintaq orqanı tərəfindən Həsən Fətullayevin barəsində Cinayət Məcəlləsinin 309.1-ci (vəzifəli şəxs tərəfindən xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər etməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyət və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.2-ci (təkrar rüşvət alma (passiv rüşvətxorluq)) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Fətullayevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona 2 il sınaq müddəti olmaqla 8 il 6 ay müddətinə şərti cəza təyin olunub. Onun 2 il müddətə dövlət və yerli özünü idarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilib.
Hökmdən narazı qalan Həsən Fətullayev apelyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Həsən Fətullayevin apelyasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Cəlilabad rayon İcra hakimiyyətinin başçısı Namiq Zeynalov ötən ilin dekabrımn 7-də rüşvət ittihamı ilə həbs olunub.
Namiq Zeynalov Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Tarix: 27-01-2021, 12:21
-
Bu gün, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Bu gün, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Bu gün, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Bu gün, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Bu gün, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Bu gün, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Bu gün, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Bu gün, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Bu gün, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Bu gün, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Bu gün, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video