Goranboyun “maliyyə şefi”nin başı üzərində “qara kabus” dolaşır - ŞOK İTTİHAMLAR
Son vaxtlar ölkə gündəmini zəbt edən əsas mövzulardan biri də, məhz uzun müddət Goranboy rayon Maliyyə İdarəsində “çapolçuluq” işi ilə məşğul olmuş və belə bir səbəb üzündən də, ötən müddət ərzində əldə etdiyi var-dövlətinin məbləğini heç cür müəyyən etməyi bacarmayan İltifat Sadıqovun qanunsuz əməllərinin əksəriyyətə bəlli olmasıdır.

Bu yöndə müəyyən araşdırmalar aparılarkən o da aydın olur ki, sən demə bu idarədə məsul vəzifə sahibi olan şəxslər ötən illər ərzində ölkə qanunlarına əhəmiyyət vermədən öz əməlləri ilə məşğul olublar. Qol qoyulan hər növ qanunsuzluq əməllərinə idarənin rəisi İltifat Sadıqov rəhbərlik etdiyindən, bu gün o, Goranboyda olduqca imkanlı şəxslərdən biri hesab olunur. Məsələn, adı çəkilən bu şəxsin qanunsuz əməlləri, saxta sənədlər əsasında büdcə vəsaitlərini talaması və digər qanuna sığmayan hərəkətləri, məhz onun Bakı şəhərində, Goranboyda və ərazilərdə külli miqdarda əmlaklara sahib olmasına səbəb olur.

Bir sözlə, İltifat Sadıqov Goranboyda maliyyə yeyintilərini ustalıqla həyata keçirdiyindən o, indiyə kimi hədsiz dərəcədə var-dövlətə sahib olub. Bu gün onun rayonda bir neçə villası, Bakıda mənzilləri və digər ünvanlarda neçə-neçə obyektləri var. Əgər konkret faktlara keçsək o halda qeyd edə bilərik ki, İltifat Sadıqovun Goranboy rayonu ərazisində, daha dəqiq desək Bakı-Gəncə yolunun kənarında “Buta Mebel” salonu, Borsunlu kəndində şadlıq sarayı və Həmənli kəndində böyük heyvandarlıq təsərrüfatı, Kəpənəkçi kəndində mebel sexi, bir sıra obyektləri və s. var.

Onun “Lexus” və “BMV” markalı bahalı avtomobilləri var ki, həmin avtomobillərə “22-BH-222” kimi “zerkalni nömrələr” vurulur. Bu şəxsin var-dövləti günbəgün artır. O halda ortaya belə bir sual çıxır ki, görəsən Goranboy rayon Maliyyə İdarəsinin rəisi bu qədər var-dövləti dövlətdən aldığı 600-700 manat əməkhaqqının qarşılığında əldə edib, yoxsa?

GundemXeber.Az-ın redaksiyasına daxil olan başqa bir məlumatda o da qeyd olunur ki, son vaxtlar İltifat Sadıqovun başı üzərində “qara kabus” dolaşmaqdadır. Yəni, onun yaxın vaxtlarda “görəvədən” salınacağı və barəsində cinayət işi qaldırılacağı haqda müəyyən çevrədə dolaşan söz-söhbətlər, məhz ona müəyyən addımlarını atmağa vadar edib. Belə ki, bir müddət bundan öncə Goranboyun “maliyyə şefi”nin Ağcakənd qəsəbəsindəki villasını 100 min manata qəssabçılıq fəaliyyəti ilə məşğul olan bir şəxsə satdığı söylənilir. Bundan əlavə, İltifat Sadıqovun “Goran” yolundakı ticarət mərkəzində mebel mağazasını satışa çıxarması da, son vaxtlar öz təsdiqini tapmaqdadır. Söylənilənlərə görə bu şəxsin belə bir addımlarını atmasına əsas səbəb, məhz onun hansısa əmlaka sahib olması haqda izi itirməyə çalışmasıdır.

Goranboy rayon Maliyyə İdarəsininin rəisi İltifat Sadıqov haqda yayılan başqa bir məlumatda o da bildirilir ki, bu şəxsin oğlu Sərdar Sadıqov Göranboy RİH Aparatında Ərazi İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiridir və o, idarələrdən, təşkilatlardan rüşvət toplayan şəxs kimi tanınır. İddialarda da bildirilir ki, Goranboyun “maliyyə şefi”nin RİH Aparatında məsul vəzifə sahibi olan oğlu Sərdar Sadıqov, bu gün 100 min manat dəyərində olan avtomobildə gəzir. Həmin şöbə müdiri atası İltifat Sadıqovdan aldığı maliyyə hesabatlarından istifadə edərək, idarə və təşkilatların, bələdiyyələrin və s. büdcələrinin soyub-talamaqla məşğul olduğu qeyd olunur. Bütün bunların hər biri, məhz ortaya çoxsaylı sualların çıxmasına da səbəb olmaqdadır.
Mövzunu diqqətdə saxlayacağıq.
Yazıda adı çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
GundemXeber.Az
Tarix: 14-12-2020, 11:51
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!