Qəzənfər Ağayev kimi başçın varsa... - Bir ailənin faciəvi durumu...
Astara rayonun Ərçivan qəsəbəsinin 10 yaşlı sakini Yusif Qasımov deyir ki, çoxadandır məktəbə getmir. DİA.AZ xəbər verir ki, koronvirus pandemiyası ilə bağlı noyabrın əvvəlindən Azərbaycanda dərslər yenə (ötən dərs ilində də martın 3-dən dərslər onlayn keçirilməyə başlanmışdı) onlayn keçirilir. Amma 10 yaşlı Yusif Qasimovun bundan əvvəl də dərsə getməməsinin səbəbi başqadır. O, ayaqqabısızlıqdan, isti paltarsızlıqdan məktəbə gedə bilmədiyini deyir.
O, gah ayağlarına, gah da yanında duran atasına baxır. Bir qədər sükutdan sonra sözünə davam edərək vurğulayır ki, məktəbə getmək istəyir, amma xəstəlik var. Amma utana-utana “paltarim da yoxdur axı”, deyə əlavə edir.
Qasımovlar Ərçivan qəsəbəsində yoxsul ailələrdən sayılır. Dediklərinə görə, koronavirus və müharibə (sentyabrın 27-dən noyabrın 10-na kimi Qarabağ və ətraf bölgələrdə gedən döyüşlər nəzərdə tutulur) onların yaşayışını bir az da ağırlaşdırıb.
Yusifin atası Nicat Qasımov söhbətə davam edir, günəmuzd fəhləliklə ailəsini dolandırdığını deyir. Amma indi bu işlə də ailə dolandırmağın mümkün olmadığını bildirir.
“Fəhləyəm. Günəmuzd işləyirəm. İndi də koronavirusdur, müharibə də bir tərəfdən. Heç yerdə iş yoxdur. Əvvəllər arabir iş olurdu, çörək pulu çıxırdı. İki aydır əlimə pul gəlmir. Hara gedirsən, deyirlər müharibədir, xəstəlik var. İndi də qışa gedirik, havalar soyuyur. İndi kim həyətində iş gördürər? İş olacaq növbəti yazda. O vaxta kimi yaşamaq lazımdır.”
Üç məktəbli övladı olan ata uşaqların təhsili üçün lazım olan texniki imkanlardan da məhrum olduqlarını deyir.
“Uşaqların dərsə hazırlaşmaları üçün evdə şərait yoxdur. Nə internet var, nə kompüter Məktəb yaddan çıxıb...”
Nicat Qasımovun həyat yoldaşı Gülşən Qasımova sıxıla-sıxıla ərzaq sarıdan da korluq çəkdiklərini dilə gətirir: “Müharibə gedirdi, şikayət etməyə utanırdıq. Əsas işdir, iş yoxdursa çörək də yoxdur. Sahələrdə iş də ancaq yayda olur.”
İşsizlikdən, məktəbsizlikdən gileylənən Qasımovların gillə suvanmış evlərinin divarları da çat-çatdır. Nicat Qasımovun yaşlı anası Rəvayət Qasımova evin yaşamaq üçün yararlı olmamasına diqqət çəkir.
“Gördüyünüz bu ev ötən əsrin 50-ci illərində tikilib. Divarları ovulur. Üstü pis gündədir. Yağış yağanda içəri tökülür. Əlmizə pul düşən kimi bu evin üstünə qoyuruq, ancaq düzəlmir. Qəzalı evdir. Ailə quran uşaqlarımın hamısı ehtiyac içində yaşayırlar. Mənim pensiyam olmasa bunlar acılıq çəkərlər. O pensiyadan da borc verirəm.”
Rəvayət Qasımovanın deməsinə görə, pay torpaqları var, ancaq o da qazanc gətirmir: “Pay torpağımız var. Uşaqlar arasında bölmüşəm. Bu torpaqla heç nə etmək olmur. Suyun altında olan torpaqdır. Oranı əkib becərmək sərf etmir. Kanalları doldurublar, su basır oraları. Bir dəfə əkdik, ziyana düşdük. Əlmizdə 5-6 manat var idi o da getdi. Səsimiz prezidentə çatsa o çarə qılar. Prezident yaxşı adamdır.”
Nicat Qasımovun qardaşı Aslan Qasımov həyətdə qoyulan və artıq yararsız hala düşən vaqonu göstərib uzun müddətdir həmin vaqonda yaşadıqlarını deyir.
“Sovet dövrün vaqonudur. On il olar vaqonda yaşayıram. Fəhləyəm, günəmuzd işləyirəm. Harada olsa işləyirəm. Günlərlə iş olmur. Olanda da günə 5-6 manat olur. O da çörəyə çatır. Uşağım üçüncü sinifdə oxuyur. Karantina görə, uşaq məktəbə getmir. Vaqonda da o şərait yoxdur. Özümüz çalışırıq ki, uşağı öyrədək. Bizim də o qədər savadımız yoxdur. Ev inşa etməyə yerim var. Amma ümidimi itirmişəm. Bu gedişlə ev tikə bilmərəm. Ömürümüz bu vaqonda keçəck. İş ondadır ki, vaqon da çürüyür. İmkanım yoxdur. Qaz, işıq ,çörək... Pul ancaq bunlara çatır.”
Tarix: 23-11-2020, 15:11
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!