Astara RİH işçisindən biabırçı addım - İDDİA
Söz vaxtına çəkər. Düz 3 il əvvəl, noyabr ayının əvvəlində Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bənövşə Süleymanovaya 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxundu. Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı olub. Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə irəli sürülən ittihama görə, o, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş bir neçə şəxsin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.
Zərərçəkmiş qismində tanınan şəxslərdən biri də hələ o vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Astara rayon Məşğulluq Mərkəzinin direktoru işləyən Zeybulla Şükürov idi. Dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş məmur görün bir neyləyib! – Oğlu Famil Şükürovu Neft Şirkətində işə düzəltmək üçün rüşvət veribmiş. Aktiv rüşvət tərəfi olmasına baxmayaraq, puldan keçə bilməyib, hüquq-mühafizə orqanlarına müraciət etməklə özünün və təmsil etdiyi qurumun nüfuzuna kölgə salmaqdan çəkinməyib.
Bu məsələ 3 il əvvəl – “dünyanın düz vaxtı” olub. İndi isə gəlin görək, hazırda Astara Rayon İcra Hakimiyyətində məsul vəzifə tutan dövlət qulluqçusu Zeydulla Şükürov oğlu Famil üçün bu gün – Azərbaycanın Böyük Vətən müharibəsi apardığı dönəmdə nə edib. Etibarlı mənbədən bizə verilən məlumata görə, Famil Şükürov həqiqi hərbi xidmət dövründə əhəmiyyətli hərbi vəzifəli olduğundan, sentyabrın sonu – oktyabrın əvvəlində qismən səfərbərliyə cəlb olunubmuş. Bir neçə gün (iddia olunur ki, 11 gün cəbhədə “xitmət” edib) cəbhədə olandan sonra görüb ki, bu həna o hənadan deyil və atasına ismarıc göndərib ki, bəs, “gəl, məni qurtar!” Yaxud da əksinə, Zeybulla Şükürov qonum-qonşudan, qohum-əqrəbadan şəhid xəbərləri gələndən sonra əl-ayağa düşüb ki, “SOCAR-a işə düzəldə bilmədim-bilmədim, uşağı heç olmasa bu təhlükədən qurtarmalıyam, Vətəni qorumaq ona qalmayıb, torpaq uğrunda ölmək kasıb-kusubun işidir”. Və elə həmin mənbənin bildirdiyinə görə, Zeybulla Şükürov oğlunu geri qaytarmağa müvəffəq olub və bundan ötrü Bənövşəyə verdiyindən heç də az “tərləməyib”.
Düşünürük ki, ölkənin aidiyyəti orqanları, eləcə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu məsələni araşdırmalıdır. Çünki hərbi vəzifə və rütbə onu daşıyana heç də dinc dövrdə əlavə maaş və imtiyaz, səlahiyyət qazandırmaq üçün verilmir, müharibədə, Vətənin dar günündə hərbi bilik və bacarıqları kara gəlsin deyə verilir.(Stv news)
P.S. Növbəti günlərdə Zeybulla Şükürov oğlu Famil Şükürovu hansı yollarla və vasitələrlə müharibədən yarımçıq qaytardığını, eləcə də bu yolda nəqədər xərclədiyi məbləğ barədə oxucularımıza ətraflı bilgilər verəcəyik.
Yazıda qeyd olunan iddialarla bağlı qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq!
RealMedia.az
Tarix: 5-11-2020, 09:57
-
Bu gün, 18:00
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Bu gün, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Bu gün, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Bu gün, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Bu gün, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Bu gün, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Bu gün, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Bu gün, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO