Moldova Rusiya qazından tamamilə imtina etdi


Moldova Rusiya qazından tamamilə imtina etdi

Moldova Prezidenti Maya Sandu ölkəsinin Rusiya qazından tamamilə imtina etdiyini bəyan edib. 
Bizimesr.info xəbər verir ki, Sandu bu barədə sosial şəbəkədəki paylaşımında məlumat verib.
Prezident bildirib ki, Moldova ilə Rumıniyanı birləşdirən Vulkaneşti-Kişinyov elektrik ötürücü xətti istifadəyə verilib. Bununla da ölkənin Rumıniya və Avropa enerji şəbəkəsinə inteqrasiyası istiqamətində mühüm addım atılıb.
Sandu qeyd edib ki, Moldova Rumıniya ilə daha iki elektrik xəttinin çəkilməsini də planlaşdırır.
Xatırladaq ki, Ukrayna 2025-ci ildə Rusiya qazının öz ərazisindən tranzitini dayandırıb. Bundan sonra Moldova enerji təchizatında Avropa mənbələrindən asılılığını artırmağa başlayıb.
Tarix: 9-11-2026, 08:55
Xəbəri paylaş



Xəbər lenti