
İranın cənubunda bir neçə partlayış baş verib, Hörmüz boğazında və ətraf sularda gəmilərlə bağlı insidentlər qeydə alınıb.
Partlayış səsləri İranın Qeşm adasında və Cask limanında eşidilib.
İranın dövlət mediası partlayışların ABŞ-nin hücumları ilə deyil, ölkənin hərbi qüvvələrinin fəaliyyəti ilə əlaqəli ola biləcəyini bildirib.
İran rəsmiləri ərazilərə raket zərbələrinin endirildiyini təsdiqləməyiblər. Qeşm adasına iki raketin düşməsi barədə yayılan məlumatlar da müstəqil şəkildə təsdiqini tapmayıb.
Bununla yanaşı, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında iki neft tankerinin mina ilə toqquşduqdan sonra alovlandığını açıqlayıb. İran tərəfinin məlumatına görə, gəmilər icazə verilməyən marşrutla hərəkət edirmiş.



















