8 qadının daxil olduğu yeni kabinet Almaniyanın əvvəlki hökumətlərindən daha "gənc"dir...

8 qadının daxil olduğu yeni kabinet Almaniyanın əvvəlki hökumətlərindən daha
 
Almaniya kansleri Olaf Şolts və yeni Nazirlər Kabinetinin üzvləri sabah - çərşənbə günü and içəcəklər. Yeni nazirliklərin rəhbərləri arasında qadınların sayı ilk dəfə belə yüksəkdir: 17 nəfərdən 8-i. Nəticə etibarilə Almaniyanın yeni kabinetinə doqquz kişi və səkkiz qadın daxil olacaq. Bundan əlavə, yeni kabinetin orta yaş həddi 50,4-ə bərabərdir ki, bu da onun Almaniyanın əvvəlki hökumətlərindən daha gənc olduğunu göstərir.
 
Moderator.az bu barədə Almaniyanın “Das Erste” telekanalına istinadla xəbər verir.
 
SDP Şoltsun rəhbərlik edəcəyi kabinetdə yeddi nazirliyi tutacaq. “Yaşıllar” İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinə rəhbərlik edəcək Robert Habekin simasında vitse-kansler postunu qazanıb. “Yaşıllar”ın digər məsuliyyət daşıyacağı sahələr aşağıdakılardır: Annalena Berbok xarici siyasət idarəsinə rəhbərlik edəcək ilk qadın olacaq. Şteffi Lemke Ətraf Mühit Məsələləri və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə nazir olacaq. Cem Özdemir indi kənd təsərrüfatı və qida sektoruna, Anne Şpigel isə Ailə İşləri Nazirliyinə rəhbərlik edəcək.
 
Almaniyanın Azad Demokratik Partiyasına Nazirlər Kabinetində dörd post ayrılıb. Partiyanın rəhbəri Kristian Lindner maliyyə departamentinə rəhbərlik edəcək, Marko Buşman isə federal ədliyyə naziri olacaq. Folker Vissinq indi nəqliyyat və rəqəmsal mühitin qayğısına qalacaq. Bettina Ştark-Vatsinger isə təhsil və elmə cavabdehlik daşıyacaq.
Tarix: 8-12-2021, 10:16
Xəbəri paylaş



Xəbər lenti