Gürcüstandakı seçkilərə sözardı: bizi nə ayırır, nə birləşdirir?... - TƏHLİL
Bəli, zaman göstərdi ki, elə məqamlar var, onlar hətta koronavirus pandemiyasından da qat-qat üstün və güclüdür.
Məsələn, kimsə fərz edə bilərdimi ki, azərbaycanlılar üçün otuz illik Dağlıq Qarabağ müharibəsinin ən uğurlu fazası məhz elə koronavirus dövrünə təsadüf edəcəkdir?..
Eyni sözləri qonşu Gürcüstan haqqında da demək mümkündür. Bir çox siyasi müşahidəçilər düşünürdü ki, bu ölkənin hakim partiyasi pandemiyadan istifadə edərək ya seçkiləri ümumiyyətlə qeyri-müəyyən müddətə təxirə salacaq, ya da ən yaxşı halda başqa bir vaxta keçirəcək.
Amma di gəl, bunların heç biri olmadı. Əksinə, ötən şənbə KİV -lər bəyan etdi ki, Gürcüstanda seçkilər baş tutubdur. Bəli, seçicilər pandemiyaya baxmayaraq məntəqələrə gəliblər, hakim partiya isə, ən azı ilkin məlumatlara görə, seçkilərə mane olacaq bir hərəkət etməyibdir.
Ümumilikdə götürdükdə, indi seçkilər baş tutubdur, amma bir neçə dairədə təkrar seçkilərin keçiriləcəyi də istisna olunmur. İstisna deyil ki, nəticələr tam rəsmi elan olunanda hakim partiyanın da ünvanına hansısa ittihamlar səslənəcəkdir. Amma düşünürük ki, ciddi pozuntular olsaydı müxalifət artıq elan edərdi -gürcü müxalifətinin bunları elan etmək üçün gücü və resursları vardır.
Bu seçkilər nə ilə diqqəti çəkirdi? Əvvəlcə qeyd edək ki, onlar əsasən proporsional sistem üzrə keçirildi -belə ki, deputatların əksəriyyəti məhz bu sxem üzrə seçildi.
Amma biz həmişə demişik ki, seçkiləri onların hansı sistem üzrə keçirilməsi demokratik etmir, onların demokratik olması üçün namizəd və seçicilər üçün bərabər imkanlar yaradılmalı, seçkilərin açıqlığı təmin olmalı və ən əsası da səslər düzgün hesablanmalıdır.
Bir çoxu da düşünürdü ki, bəs son illərdə Gürcüstanın avropalaşması formal və yaxud görüntü xarakteri daşıyır, burada da seçkilər proporsional və ya majoritar qayda ilə yox, köhnə sovet və ya post-sovet qaydası ilə keçiriləcək, çünki gürcülər də Avropa qiyafəli olsalar da hələ də əsasən sovet adamları, yəni homo-sovetikuslar olaraq qalırlar.
Odur ki, son seçkilər Gürcüstan üçün bir növ sınaq və yaxud da ki, imtahan idi. Əlbəttə, qarşıdan gələn günlərdə tamam mümkündür ki, biz başqa bəyanatlar da eşidəcəyik, çünki müxalifət də özünün yekun mövqeyini bəyan etməlidir. Amma müxalifətlər həmişəmi doğru danışır? Təəssüf ki, buna heç də həmişə “hə” cavab vermək olmur, çünki köhnə sovet siyasi mentaliteti onlara da yad deyildir.
Ona görə də hamı, post-sovet məkanının hakim partiyaları və müxalifətləri də çalışmalıdırlar ki, heç kimin seçkilərin keçiriməsinin sisteminə, seşkinin, necə deyərlər, texniki tərəflərinə bir iradı olmasın.
Bir baxın, Avropada, məsələn, Fransa, Almaniya və yaxud da Britaniyada heç kimin ağlına belə gəlmir ki, hakim partiyaları seçkiləri qeyri-düzgün keçirməkdə ittiham etsinlər.
Düzdür, son illərdə müxtəlif ölkələrdə keçirilən seçkilərə kiber-hücumlardan da danışılır. Məsələn, D.Trampı hələ də ittiham edirlər ki, guya ruslar seçkilərin nəticələrini onun xeyrinə dəyişiblər. Amma bunu, kiber-müdaxilələri təsdiq edəcək inandırıcı dəlillər hələ ki, yoxdur...
Gürcüstan mövzusunu digər aspektlərinə gəldikdə, bu ölkənin bizim üçün çox böyük önəmi var və bu qarşılıqlıdır, baxmayaraq ki, gürcülərin heç də hamısı bunun fərqində deyil.
Burada da güman ki, dini amillər və yaxud stereotiplər rol oynayır, hərçənd, Gürcüstançün də təhlükə onunla qonşu olan müsəlman ölkələri yox, “xristian” Ermənistandır, çünki əsasən ermənilər yaşayan Cavaxeti bölgəsi potensial separarizm yuvası və yaxud ünvanıdır.
Bəzi təhlilçilər belə bir detala diqqət yetirirlər ki, Azərbaycanla Gürcüstan fərqli geosiyasi müstəvidədir - Bakı hərbi bloklara qoşulmamaq siyasəti yürüdür, Tiflis isə NATO-ya can atır. Amma bu zahirən belədir və əsas odur ki, Ermənistandan fərqli olaraq, Bakı və Tiflis müstəqil siyasət yürüdür və onların cəmiyyətləri üçün ölkələrinin müstəqilliyi ən əsas dəyər, ən ali prioritet hesab olunur.
Amma başqa nüans da var. Dünyanı hələki geopolitikanın qanunları idarə edir. Amma zaman keçdikcə müxtəlif dəyərlər sisteminin, ilk öncə də demokratik dəyərlərin önəmi artır. Çalışmaq lazımdır ki, Bakı ilə Tiflis arasında dəyərlər uçurumu yaranmasın, çünki təkcə coğrafi və ya tarixi köklər bizi birləşdirmir, “sementləyici” rolunda müasir dünyada siyasi və ictimai mədəniyyət də çıxış edir, siyasi və ictimai institutların yaxınlığı da öz sözünü deyir. “Asiyalı-avropalı” kimi tarixi bölgü artıq aradan qalxır, çünki Asiya ölkələri hətta bəzi Avropa ölkələrini geridə qoymaqdadır. Amma təəssüf ki, bu, əsasən iqtisadi sferanı əhatə edir və Qərblə Şərq arasında siyasi dəyərlərə görə polyarlaşma qalmaqdadır və biz çalışmalıyıq ki, bu, Bakı ilə Tiflis arasında baş verməsin...
Hüseynbala Səlimov \\musavat.com\\
Tarix: 3-11-2020, 08:59
-
Bu gün, 11:53
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
Bu gün, 11:44
Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
-
Bu gün, 11:37
2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
-
Bu gün, 11:33
Deputat Samir Vəliyevin anasının “Oksigen” klinikası ilə bağlı ŞİKAYƏT - Hamilə qadına qarşı...
-
Bu gün, 10:26
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
-
Bu gün, 10:24
Ümidi ölmüş dünya... - REPLİKA
-
Bu gün, 10:19
GDU-da yoxlamalar gedir
-
Bu gün, 10:12
Xataidə cinayətkar birlik həbs edildi - 11 nəfər
-
Bu gün, 09:47
Qalmaqallı hadisələrdə adı hallanan deputat övladları
-
Bu gün, 09:03
Arzuxan Əlizadə deputat mandatından imtina edəcək?
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC