Saakaşvili qayıtmayan ölkədə nələr olacaq? - Baş tutmayan inqilab
Gürcüstanda keçirilən parlament seçkiləri koronavirus pandemiyası dövründə yaranmış siyasi sükutu yenidən pozub.
Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyası seçkilərdə qalib gəldiyini bəyan etsə də müxalifət bununla razılaşmır. Ona görə də ölkədə etiraz aksiyalarının yenidən baş qaldıracağı istisna olunmur.
Qeyd edək ki, Mərkəzi Seşçki Komissiyasının açıqladığı ilkin nəticələrə görə, “Gürcü Arzusu” 150 yerlik parlamentdə proporosional dairələr üzrə keçirilən səslərin 48,15 faizini toplayaraq üstünlük qazanıb. Eks-prezident Mixeil Saakaşvilıinin liderlik etdiyi Vahid Milli Hərəkat Partiyası isə 27,14 faiz səs toplayaraq ikinci yeri tutub. Ümumilikdə, proporsional sistem üzrə 9 müxalifət partiyası parlamentdə mandat qazana bilib. Onların 8-i Mixeil Saakaşvilinin baş nazir vəzifəsinə namizədliyini irəli sürmüş “Güc birlikdədir” müxalifət blokunun üzvüdür. MSK-nın məlumatına görə, proporsional siyahı üzrə “Gürcü Arzusu” Partiyası parlamentdə 61, Vahid Milli Hərəkat Partiyası- 35, Avropalı Gürcüstan Partiyası- 5 Saakaşvilinin namizədliyini dəstəkləyən digər müxalifət partiyaları isə 15 deputat yeri əldə edib. Eks-prezidentin baş nazir postuna irəli sürülməsinə etiraz edən “Amaşeneqbeli Strategiyası” Hərəkatı isə 4 mandata sahib olub. Proporsional seçkilərdə hakim partiya qalib gəlsə də parlamentdə lazım olan çoxluğu qazana bilməyib. Buna nail olmaq üçün “Gürcü Arzusu” Partiyası noyabrın 21-də 16 birmandatlı dairələr üzrə keçiriləcək seçkilərin ikinci turunda deputat yerlərinin sayını 76-a çatdırmalıdır. İvanişvilinin rəhbərlik etdiyi partiya 30 mojaritar dairə üzrə keçirilən səsvermənin nəticələrinə görə, 14 mandata sahib ola bilib. Bununla da “Gürcü Arzusu” 75 deputat yerlərinin sayını 75-ə çatdırıb. Lakin bu göstərici qalib partiyaya hökuməti təkbaşına formalaşdırmaq və parlamentdə təsdiqlətmək üçün yetərli deyil.
Yəni “Gürcü Arzusu” təkbaşına hökumət qurmaq üçün mandatlarının sayını 76-a çatdırmalıdır. Əks təqdirdə, İvanişvili müxalifətlə koalisiyaya getməli olacaq. Bu baxımdan, seçkilərin ikinci turu həm iqtidar, həm də müxalifət üçün həlledici əhəmiyyətə malikdir. Əgər müxalifət İvanişvili ilə koalisiyalı hökumətdə işləməyə razılıq verməsə, o zaman tərəflər yenidən seçkilərə getmək məcburiyyətində qala bilər. Lakin oktyabrın 31-də keçirilmiş seçkilər zamanı səsvermə prosesinə müdaxilə hallarının baş verdiyini nəzərə alsaq, “Gürcü Arzusu” Partiyası üçün bir dairədə qələbəni təmin etməyin çətin olmayacağını söyləmək olar. Bu isə Bidzina İvanişviliyə yenidən hakimiyyəti dörd il siyasi nəzarətdə saxlamaq imkanı verəcək. Lakin “Gürcü Arzusu” seçkilərdə qalib gəlsə də istədiyi üstünlüyü qazana bilmədi. Siyasi müşahidəçilərin fikrincə, “Gürcü Arzusu” 16 mojaritar dairənin hamısında qalib gəlsə belə, bu konstitusion çoxluğu təmin etmir. Yəni 74 mandat qazanmış hakim partiya 16 mandat da əldə edərsə bu, 90 deputat yeri edir. Konstitusion çoxluq əldə edə bilmək üçün 113 mandat tələb olunur. Lakin seçkilərin saxlaşadırıldığını iddia edən müxalifət MSK-nın elan etdiyi nəticələrin tanımaq istəmir. Hökumətin rəqibləri yeni seçkilər keçirilməyəcəyi təqdirdə, mandatdan imtina edəcəklərini bildirirlər.
Müxalifət partiyaları daimi etiraz aksiyalarına başlamaq niyyətindədir. Buna baxmayaraq, “Gürcü Arzusu” Partiyası artıq öz qələbəsini elan edib. Hakim partiyanın liderlərindən biri, Tbilisi Bələdiyyəsinin rəhbəriı Kaxa Kaladze hökumət qurmaq üçün kifayət qədər səsə sahib olduqlarını deyib. Səsvermənin nəticələri elan edildikdən dərahl sonra bir neçə min nəfər müxalifət tərəfdarı Bidzina İvanişvilinin iqamətgahı qarşısına toplaşaraq “Rədd ol!” şüarını səsləndirib. Artıq etirazçılar parlamentin binası qarşısında çadırlar quraraq oturaq aksiyaya başladıqlarını elan edib. Avropalı Gürcüstan Partiyasının liderlərindən biri Qiqi Uqulava müxalifətin hələlik vahid strategiya hazırlamadığını, daha çox parlamentin fəaliyyətini boykot etməyə və müddətsiz etiraz aksiyalarına başlamağa üstünlük verdiyini bildirib.
“Bu seçki deyildi! Seçkilərdən başqa hər şey idi. Acarıstanın keçmiş diktatoru Aslan Abaşidze onu belə keçirirdi. Xalqın etirazı çox yüksəkdir. Fəaliyyət planı ictimaiyyətə mərhələlərlə məlum olacaq. Keçmiş partiyalara gəldikdə, onlardan bəziləri onsuz da parlamentin işini boykot etməyə hazırdır. Tərəflər arasında daxili məsləhətləşmələrin keçirilməsi üçün maksimum bir gün tələb olunur. Əksəriyyət inanır ki, İvanişvilinin Türkmənbaşı kimi özü ilə təkbaşına qalmaqdadır. Əgər biz bu nəticəni həzm etsək, İvanişvili ömürlük idarə edəcək”-Uqulava belə deyib. Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Roman Qotsiridze isə bəyan edib ki, insanların küçəyə çıxması haqkimiyyətə təzyiq vasitəsdir. “Proses danışıqlar masası arxasında həll olunmayanda küçədə həll edilir”-deyə müxalifət nümayəndəsi bildirib. Bu arada M.Saakaşvili Gürcüstanın baş naziri olmaq istəmədiyini deyib.
“Məni heç bir vəzifə, həmçinin baş nazir vəzifəsi ndə maraqlandırmır. Lakin məni evə qayıda bilməməyim narahat edir”-Saakaşvili belə deyib.
Eks-prezidentin bu sözləri seçkilərin nəticələri ilə barışmaq kimi də anlaşıla bilər. Lakin Saakaşvili anlayır ki, o, Gürcüstana qayıda bilməyənə qədər hakimiyyətə qarşı mübarizədə qələbə şansı çox az olacaq. Ona görə də sabiq dövlət başçısının vətənə qayıtmaq barədə fikirlərini seçkilərin nəticələrini tanımaq müqabilində Gürcüstan hökumətinə sətiraltı müraciəti kimi də başa düşmək olar. Saakaşvili onu da anlayır ki, onun ölkəyə qayıtması uzun müddət mümkün olmaya bilər. Bu isə Gürcüstanda yeni siyasi nəslin gətirə biləcəyi dəyişikliyin qarşısına sədd çəkmək deməkdir. Bir tərəfdən İvanişvilini Türkmənbaşı ilə müqayisə edən Gürcüstan müxalifəti Saakaşvilinin siyasi inhisarında qala bilməz. Saakaşvilinin ölkəyə qayıda bilməməsi seçkilərdə vəd etdiyi inqilab dalğasını ölkəyə gətirə bilmədi. Hakimiyyətlə mübarizə aparmaq artıq Saakaşvilisiz müxalifətin missiyasına çevrilib. Yəni Gürcüstan müxalifətinin yeni liderinə ehtiyac var. Saakaşvili isə həmin liderin qarşısında əsas maneəyə çevrildiyini nəzərə aldığı üçün görünür, vəzifədən imtina edib. Bu isə Gürcüstanın siyasi həyatında yeni mərhələ aça bilər.
Tarix: 2-11-2020, 18:52
-
Bu gün, 11:53
Mərkəzi Bankın "sıfır"ını görməzdən gəldilər, 9 milyonluq biznesi 437 minə "Yelo Bank"a ötürdülər – Şok detallar!
-
Bu gün, 11:44
Az qala hər il rəhbər dəyişdirən xəstəxana dövlətə MİLYONLAR BORCLUDUR... - İLGİNC FAKT
-
Bu gün, 11:37
2 nömrəli Bakı Baza Tibb Kollecində satınalmalar hansı qanunlarla keçirilir – Direktorun, yoxsa dövlətin
-
Bu gün, 11:33
Deputat Samir Vəliyevin anasının “Oksigen” klinikası ilə bağlı ŞİKAYƏT - Hamilə qadına qarşı...
-
Bu gün, 10:26
Aqil Ələsgər Bişkekdə medalla təltif olundu – Qırğızıstan Jurnalistlər Birliyinin fəxri üzvü seçildi
-
Bu gün, 10:24
Ümidi ölmüş dünya... - REPLİKA
-
Bu gün, 10:19
GDU-da yoxlamalar gedir
-
Bu gün, 10:12
Xataidə cinayətkar birlik həbs edildi - 11 nəfər
-
Bu gün, 09:47
Qalmaqallı hadisələrdə adı hallanan deputat övladları
-
Bu gün, 09:03
Arzuxan Əlizadə deputat mandatından imtina edəcək?
-
Dünən, 20:54
Azərbaycana “idxal terapiyası“ - ŞOK STATİSTİKA
-
Dünən, 20:51
AZƏRBAYCAN TURİZMİNDƏ HƏYƏCAN TƏBİLİ... - Ölkmizə gələn turistlərin sayı niyə kəskin azalıb? + RƏQƏMLƏR
-
Dünən, 20:48
Qardaşı hakim olduğu üçün həbs qərarını başqa məhkəmə verəcək
-
Dünən, 17:06
Müəllimlərin işə qəbulu və imtahan sistemləri 10 manatlıq "All In One Technologies"ə tapşırıldı: - YARIM MİLYONLUQ TENDER
-
Dünən, 17:01
SOCAR rəsmisinin gizli eşqi: rumın qızla öpüşərkən kameralara yaxalandı - FOTO
-
Dünən, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Dünən, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Dünən, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Dünən, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Dünən, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Dünən, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Dünən, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Dünən, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Dünən, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
24-10-2026, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
24-10-2026, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
24-10-2026, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
24-10-2026, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
24-10-2026, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC