“Dünya jandarmı” dəyişir? - Yeni rola kim daha çox uyğundur?

“The Guardian”ın yazdığına görə, Böyük Britaniya xarici işlər naziri Dominik Raab bəyan edib ki, onun hökuməti bütün dünya boyunca insan haqlarını kobud pozan ölkələrə və onların rəsmilərinə ağır sanksiyalar qoyur.
İlkin olaraq sanksiyalar Rusiya, Səudiyyə Ərəbistanı, Birma və Şimali Koreyanı hədəfləyəcək.Dominik Raabın iyulun 6-da elan etdiyi sanksiyalara adıçəkilən ölkələrin rəsmilərinin Britaniyaya səfərlərinin qadağan olunması da daxildir.
Böyük Britaniya bu addımı ilə yeni siyasi düzənə start verir?
Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli “Cümhuriyət”ə açıqlamasında deyib ki, Böyük Britaniya əzmkarlıq göstərsə, dünya düzəninin müəyyən edilməsində aparıcı rol oynaya bilər:
“Son zamanlar ABŞ dünyada demokratik dəyərlərin, insan haqlarının qorunması məsələsində mövqelərindən bir xeyli geri çəkilib. Tramp özü də deyirdi ki, Amerikanın öz daxili işlərindən başqa işlərə qarışmaq niyyətim olmayacaq. Amerika dünya polisi deyil.Belə olan təqdirdə, bir hissəsi də İkinci Dünya Müharibəsindən sonra formalaşan dəyərlər sistemi var ki, SSRİ-ni “Soyuq müharibə” dövründə bunlarla təhdid edirdilər.SSRİ-ni həm də insan haqlarının pozulmasında qınayırdılar və sanksiyalar tətbiq edirdilər.Bu dəyərlər Avropa və Amerika Birləşmiş Ştatları tərəfindən də dəstəklənirdi.İndi isə belə təsəvvür yaranır ki, dünyada insan haqlarının və demokratik dəyərlərin keşiyində dayanan dövlətlərin sayı çox aşağı həddə düşüb.Hətta adama elə gəlir ki, bu yox dərəcədədir.Hazırda Almaniyanın özü də yeni düzənin dəyərlər sistemi uğrunda açıq mübarizə aparmır.İngiltərənin belə bəyanat verməsi təqdirəlayiqdir.Biri var dünyaya yeni dəyərlər sistemi bəyan edib həmin sistemin bütün dünyada bərqərar olmasına çalışasan.Bu tamamilə yeni dünya düzəninin formalaşdırılması deməkdir.Eyni zamanda bu beynəlxalq münasibətlərdə yeni qaydaların formalaşdırılması deməkdir. Biri də var Rusiya kimi yeni nüvə doktrinası qəbul edirsən, dünyanın yenidən bölüşdürülməsi haqqında bəzi dövlətlərə siqnal verirsən. Bundan başqa daha çox istehsal edilmiş hərbi texnika və kütləvi qırğın silahlarının parametri ilə öyünürsən.
Dünya pandemiyadan sonra yeni meyil-humanist meyillər üzrə inkişaf etməyi hədəfləyir.Lakin bəzi ölkələr anti-humanist və təhdid dolu dəyərlərin anonsunu verirlər.Bu isə çox təhlükəlidir.Buna paralel Böyük Britaniyanın humanist dəyərlərdən danışması və bunun uğrunda mübarizə aparacağını bəyan etməsi diqqət çəkicidir.
İngiltərə xəritədə baxdıqda zəif görünsə də, o, eyni zamanda vaxtiylə böyük müstəmləkə rejimindən çıxmış ölkələrin birliyinin sədridir.Millətlər Birliyi adlanan bu təşkilata 40-dan çox ölkə daxildir.Bu birliyə Hindistan, Pakistan və Kanada kimi dövlətlər daxildir. Əgər nəzərə alsaq ki, Kanadanın general qubernatorunu Böyük Britaniya kralı təyin edir və dünya ABŞ siyasətlərinin müəyyən edilməsində bu dövlət yaxından iştirak edir, belə qərara gəlmək olar ki, Böyük Britaniya əzmkarlıq göstərsə, dünya düzəninin müəyyən edilməsində aparıcı rol oynaya bilər. Digər dövlətləri, eyni zamanda ABŞ-ı da bu sevdaya cəlb edə bilər.Çünki Böyük Britaniyasız Amerikanın hərəkət etməsinə demək olar ki, imkan yoxdur”.
Tarix: 9-07-2020, 21:06
-
Bu gün, 18:00
Onkologiya Mərkəzinin 50 milyonluq tenderini deputatla əlaqələndirilən şirkət qazandı
-
Bu gün, 16:42
7A-da sərnişinə “su işgəncəsi” - AYNA təndiq olundu - FOTO
-
Bu gün, 16:29
Polkovnik atanın himayəsində, dələduz oğul... - İTTİHAM VAR...
-
Bu gün, 16:24
Bayandur kənd sakinlərinin müraciəti həll olunub
-
Bu gün, 16:13
DTX bu dəfə əsl «akula»ları tutub – 35 milyon manat cərimə!
-
Bu gün, 16:08
134 il sonra təkrarlandı: Prezidentin səfəri ilə bağlı ilginc detal – FOTOLAR
-
Bu gün, 16:03
Budaqov AĞACLARI NİYƏ SEVMİR AXI...
-
Bu gün, 15:57
Günə 77 qəpiyə “Nar”dan smartfon!
-
Bu gün, 15:53
Deputat Məşhur Məmmədova bağlı şirkətlər inhisarçı rolunda…:Saxta tenderlər, siyasi patronaj və dövlətə vurulan 21 milyonluq zərər
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO