Həm kasıb, həm gənc, həm də dünyadan xəbərsiz: - Virus "qara qitə"də niyə daha az öldürür?

Dünyada koronavrus pandemiyası ölkələri, qitələri böyük təhlükə qarşısında qoyduğu bir zamanda dünyanın diqqəti ən kasıb bölgəyə-Afrikaya yönəlib. Yoxsul ölkələrdə, kasıb insanların məmləkətlərində virus hələlik gözlənildiyi qədər böyük itkilərə səbəb olmayıb. Səbəblər müxtəlif və maraqlıdır. Elə təxminlər də...
25 gündə 174 min artım
Cebhe. info xəbər verir ki, Afrikada koronavirusa ilk yoluxma bu ilin fevralında qeydə alınıb. 20 maya olan statistikaya görə, qitədə 65 956 virusa yoluxma halı olub. Əsas ocaq Cənubi Afrika Respublikası elan edilib. Burada həmin tarixə 17 200 yoluxma qeydə alınıb. Burada daha sərt və oxşarı olmayan karantin tədbirləri görülüb. Siqaret və spirtli içkinin virusa yoluxmanı artırması ehtimalı da nəzərə alınaraq, onların satışına da qadağa qoyulub.
15 iyuna olan məlumata görə, Afrikada koronavirusa yoluxma faktlarının sayı 240 295-ə yüksəlib. Bu barədə məlumatı Ümumdünya Səhiyyə Təşkilatının bölgə üzrə nümayəndəliyi yayıb. Məlumata görə, qitədə COVID-19-dan ölənlərin sayı 6 412 nəfərə çatıb.
Bildirilib ki, virusun Afrikada ortaya çıxmasından bəri 110 mindən çox pasiyent sağalıb.
“Qara qitə”də ən çox yoluxma faktları CAR (70 038), Misir (42 980) və Nigeriyada (16 085) aşkarlanıb. Ən çox ölüm halları isə Misir (1 484), CAR (1 480) və Əlcəzairdə (767) qeydə alınıb.
Yoluxmanın azlığında birinci səbəb
Mütəxəssislər hesab edirlər ki, qitədə yoluxma faktlarının az olması əslində test sayının azlığı ilə bağlıdır. Buna görə də qitədə alovlanmanın hələ qarşıda olacağı gözlənilir. Kasıb qitə isə pandemiyaya hazır deyil. Burada süni tənəffüs aparatları yoxdur, dezinfeksiya vasitələri çatışmır, karantin az qala bütün ailələri maddi təminatsız qoyub.
Hər gün koronavirusla bağlı dünya ölkələrinin statistikasını təqdim edən Con Hopkins İnstitutunun rəyinə görə, Afrika ölkələri dünyada ən hazırlıqsız ölkələrdir. Bu ölkələrin səhiyyə sistemi pandemiyaya hazır deyil. Üstəlik bu ölkələrdə aparılan test sayı da kifayət qədər azdır və bu yoluxmanı aşkarlamağa imkan vermir.
Pandemiyaya qədər bütün materikdə ancaq 2 laboratoriya olub. Biri Seneqalda, digəri isə CAR-da. Qısa zamanda 54 ölkədən 47-nə test göndərilsə də, bu, vəziyyəti ciddi olaraq dəyişməyib. Çünki test sayı əhali sayına münasib deyil. Məsələn, Nigeriya virusun dünya üzrə sürətlə yayıldığı mart ayında, dəqiqi 22 martda ancaq 152 nəfərə test edib. Baxmayaraq ki, ölkədə 200 milyondan artıq əhali var.
Yoluxmanın azlığında ikinci səbəb
Digər ölkələrdə yoluxma sayı əvvəllərdə təhlükəli həddə olmasa da, sonrası üçün həyəcan təbili çalınıb. Кonqoda hökumət koronavirusla mübarizəyə cəmi 3 milyon dollar ayıra bilib. Namibiyada 17 martda 3 yoluxma qeydə alınıb və fövqəladə vəziyyət elan olunub. Efiopiyada 11 yoluxma qeydə alındıqdan sonra 3 martda xüsusi komissiya yaradılıb.
Ümumiyyətlə, Afrika virusun qeydə alınmasına görə digər qitələrdən “geri qalıb”. Məsələn, Avropada, konkret Fransada koronavirusdan ilk ölüm 14 fevralda qeydə alındığı halda, Misirdə bu 8 marta təsadüf edib. Bu aşağı tempi mütəxəssislər ikinci səbəblə də izah edirlər. Bu ölkələrin digər dünya ölkələri ilə əlaqələri zəifdir. Dünya iqtisadiyyatında, turizmində ciddi payı yoxdur və başqa sözlə ölkəyə gəlib-gedənlər də çox deyil.
Afrika qitəsində virus əsasən turizm ölkələrini “vurub” - Misir, Əlcəzair, Marokko. Ancaq Misirdə vəziyyət yaxşılaşıb. Bu ölkə, hətta daxili turizmi bərpa edib. Sərhədləri də acacağını bildirib.
2014-cü ildə "Ebola" epidemiyası, malyariya təhlükəsi qitədə vəziyyəti daha da çətinləşdirib. Belə bir zamanda dünyada koronavirusa ən tez təslim olacaq qitənin Afrika olacağı gözlənilsə də, Avropa rəqəmlərə görə Afrikanı üstələyib. 23 mart 2020-ci il məlumatına görə, Avropada 170 424 yoluxma, 8743 ölüm faktı qeydə alındığı halda, Afrikada cəmi 1266 yoluxma, 40 ölüm qeydə alınıb. İlk beşliyə Misir (294 yoluxma və 10 ölüm), CAR (274 yoluxma), Мarokko (115 yoluxma və 4 ölüm), Əlcəzair (102 yoluxma və 15 ölüm), Тunis (75 yoluxma və 3 ölüm) daxil olub.
Yoluxmanın azlığında üçüncü səbəb
Ancaq Afrika qitəsinin pandemiyanı daha sakit başa vuracağını söyləmək həm tez, həm də təhlükəlidir. Afrika qitəsində COVID-19-un gözlənildiyindən daha az yayılmasının başqa səbəbləri də ola bilər. Mütəxəssislər burada ən çox əhalinin yaşı faktorunu əsas götürürlər. Məlumdur ki, COVID-19 əsasən yaşlılara təhlükə yaradır. Afrikada orta yaş 20-dir. 65 yaşdan yuxarı olanlar əhalinin ancaq 3 faizini təşkil edir. Bu da qitədə yoluxma və ölüm faktlarının daha az olacağını söyləməyə imkan yaradıb.
ÜST Afrika qitəsi ilə bağlı xəbərdarlıq etsə də, bəzi mütəxəssislər qitədə dəhşətli vəziyyətin olacağı fikri ilə razılaşmır. “Əgər Afrikanın hansısa ölkəsində İran və ya İtaliyadakı qədər ölüm olsaydı, bunu gizlətmək, aşkarlamamaq mümkün olmazdı”, -deyə “New Scientist” jurnalına müsahibəsində Edinburq Universitetinin professoru Mark Vulhauz deyib. ÜST isə fikrindən geri çəkilmir - Afrika təhlükədədir.
Tarix: 22-06-2020, 12:32
-
Bu gün, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Bu gün, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Bu gün, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Bu gün, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Bu gün, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Bu gün, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Bu gün, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Bu gün, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Bu gün, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Bu gün, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Bu gün, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video