İcra başçısı 79 yaşlı müəllimi ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Buruc kənd sakini, uzun illər Buruc kənd tam orta məktəbinin direktoru vəzifəsində çalışmış və rayonun təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən 79 yaşlı Səkinə Məmmədovanı ziyarət edib.

Rayon rəhbəri Səkinə müəllimənin səhhəti və gündəlik qayğıları ilə maraqlanaraq, belə ziyalı insanların cəmiyyət üçün örnək olduğunu vurğulayıb.

Səmimi keçən görüş zamanı Səkinə müəllimənin uzunillik pedaqoji fəaliyyəti, gənc nəslin təlim-tərbiyəsində göstərdiyi xidmətlər və təhsilin inkişafına verdiyi töhfələr xüsusi qeyd olunub.

Səkinə Məmmədova dövlət tərəfindən təhsil işçilərinə və yaşlı nəslin nümayəndələrinə göstərilən ehtiramı yüksək qiymətləndirib. O, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.


Tarix: Bu gün, 17:31
Xəbəri paylaş



Xəbər lenti