Məhkəmə qərarı: “Topaz” müştərinin 77 min manatını ödəcəyək….

AXS.az  xitab24. az-a istinadla xəbər veeir ki, Bəhruz Quliyev (ad-soyad şərtidir) “Topaz”dan ümumilikdə vergiləri çıxmaq şərtilə 76.875 manat qazansa da, uduşunu şirkətdən ala bilməyib. Nəticədə o, məhkəməyə üz tutub. İddiaçı ərizəsində edib ki, idman mərc oyunlarında hər biri 500 manat olmaqla, 38 dəfə mərc edərək “İFK Osteraakers” – “İF Kungsangens” matçının 4.5 ÜST, (3.7 əmsal), “Sassuola” “- “Udineze” qarşılaşmasının isə 1.5 ÜST (1.11 əmsal) bitəcəyini proqnozlaşdırıb. Qeyd edilən futbol oyunlarının nəticələrinə görə mərclər uduşlu olub. O, “Topaz”a rəsmi qaydada müraciət edərək, vergilər çıxılmaq şərti ilə 76.875 manat uduş məbləğinin verilməsini xahiş edib.  Şirkətdən isə bildirilib ki, “İFK Österaker FK” “İF Kungsangens” futbol komandaları arasında keçirilmiş oyunla bağlı edilmiş bütün mərclər üzrə uduşlar, həmin qarşılaşmanın nəticəsinin saxta olması ilə bağlı aşkar şübhələrin olmasına görə təxirə salınıb. “Topaz”la müştərinin məhkəmə çəkişməsi iki il davam edib. Birinci instansiya məhkəməsi belə hesab edib ki, iddiaçının həqiqətən eyni oyun üzrə 38 dəfə mərc edərək uduşlu kupon qazanması şübhəlidir. Məhkəməyə görə, “Kungsangens İF” futbol komandası son 2 il ərzində oynadığı 4 matçın hamısında manipulyasiyaya cəlb olunduğundan, “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nın 5.13-cü maddəsinə əsasən “Topaz” tərəfindən müştəriyə verilməli olan uduşun ləğv edilməsi əsaslıdır. Maraqlıdır ki, Bakı Apellyasiya Məhkəməsi də birinci instansiyanın qərarını qüvvədə saxlayıb. Tərəflərin mübahisəsinə isə Ali Məhkəmədə aydınlıq gəlib. Ali Məhkəmə isə yenidən baxılması üçün işi Bakı Apellyasiya Məhkəməsinə qaytarıb və bəlli olub ki, burada qanunun tələblərinə əməl edilməyib. Nəticədə, Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişərək müştərinin haqlı olduğuna, “Topaz”ın 76.875 manatlıq uduşu ödəməsinə dair qərar çıxarıb. “Topaz” qərardan kassasiya şikayəti versə də, Ali Məhkəmə şirkətin etirazını təmin etməyib.

Tarix: Bu gün, 10:35
Xəbəri paylaş



Xəbər lenti