Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənli Milli Məclisin komitə sədri Bəxtiyar Əliyevin oğlu Orxan Əliyev haqqında maraqlı faktlar paylaşıb.
32gun.az bildirir ki, Jurnalist bildirir ki, "məşhur mehdiyevçi" deputatın oğlu Orxan Əliyev 2018-ci ildə Dövlət Reklam Agentliyinin direktor müavini, 30 oktyabr 2019-cu ildə isə sədrin müavini vəzifəsinə təyin olunmuşdu və onun 2019-cu ildəki bu təyinatı dövlət başçısının sərəncamı ilə təsdiq edilmişdi. Orxan Əliyev bu vəzifədə 2023-cü ilə qədər çalışıb.![]()
![]()
İndi isə məlum olur ki, Bəxtiyar Əliyev oğlunu işsiz qoymayıb və 2023-cü ilin martından onu Azərbaycanın Serbiya Respublikasındakı səfirliyində ikinci katib vəzifəsinə işə düzəldib.
Cavanşir Həsənli bu məqamda sual edir: "Orxan Əliyevin səfirlikdə ikinci katib olması üçün diplomatik təcrübəsi var idimi?"![]()
![]()
Araşdırma nəticəsində üzə çıxıb ki, deputatın oğlunun iki fərqli LinkedIn səhifəsi və iki fərqli tərcümeyi-halı var. Agentlik sədrinin müavini kimi təqdim olunan tərcümeyi-halında diplomatik fəaliyyətin heç "d" hərfi belə yoxdur. Həmin sənədə görə, o, 2014-cü ilin payızından 2017-ci ilin payızına qədər Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor müavini vəzifəsini icra edib.
Lakin Orxan Əliyevin diplomat kimi "əmək tarixçəsini" əks etdirən ikinci LinkedIn səhifəsi tamamilə fərqli mənzərə yaradır. Belə ki, o, Bakıda fondda müavin və Dövlət Reklam Agentliyində yüksək vəzifələrdə çalışdığı eyni dövrdə — yəni 2014-cü ilin martından 2022-ci ilin payızına kimi — Azərbaycanın Monteneqrodakı diplomatik missiyasında fəaliyyət göstərib. Həmçinin qeyd olunur ki, o, 2022-ci ilin martından XİN-in ştatlı diplomatı kimi fəaliyyətdədir. Məhz bu "diplomatik təcrübə" imkan verib ki, Orxan Əliyev səfirlikdə ikinci katib kimi işlə təmin olunsun.