
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Mamırlı kəndində Birinci Qarabağ müharibəsi əlili Məmmədov İfrail Cəmşid oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.
Görüşdə Vətən müharibəsi şəhidi Orucov Pervizin anası Orucova Dilruba, Azərbaycan bayrağı ordenli Vətən müharibəsi iştirakçısı Elnur Salahov, Vətən müharibəsi şəhidi Xaliq və Elşən Abbasovun atası Asif Abbasov, Birinci Qarabağ müharibəsi əlili Azad Abbasov, Birinci Qarabağ mühatibəsi şəhidi Etibar Heyderovun həyat yoldaşı Heyran Atayeva iştirak ediblər.
Qeyd edək ki, Məmmədov İfrail Cəmşid oğlu Birinci Qarabağ müharibəsi zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə iştirak edib. 1994-cü il yanvar ayının 11 də aşağı ətraf nahiyəsindən güllə yarası almış və Ordu sıralarından ehtiyata buraxılmışdır. İfrail Məmmədova döyüşlərdə aldığı xəsarətlərə görə ikinci dərəcəli əlillik təyin edilmişdir. Qazimiz dövlət tərəfindən avtomobillə təmin edilmiş və mənzillə təmin olunması üçün rayon icra hakimiyyətində uçota alınmışdır.
Görüşdə iştrak edən şəhid ailələri və qazilər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnnətdarlıqlarını bildiriblər.
