Binanın qarşısında park edən vətəndaş niyə cərimələndi? – Şikayət araşdırma tələb edir

“Gundemxeber.com” saytının redaksiyasına Binəqədi rayonu, İbrahimpaşa Dadaşov 71 ünvanından müraciət edən vətəndaş Rəşad Nəsirov yol polisi tərəfindən ona tətbiq olunan cərimələrlə bağlı narazılığını bildirib. Onun sözlərinə görə, yaşadığı binanın qarşısında park etdiyi hər iki avtomobilinə heç bir əsas olmadan cərimə yazılıb.

Şikayətçinin bildirdiyinə görə, hadisə səhər saat 07:00 radələrində baş verib və bu, eyni ərazidə yol polisi əməkdaşının əsassız cərimə tətbiq etdiyi artıq ikinci haldır. Rəşad Nəsirov iddia edir ki, məsələ ilə bağlı etdiyi müraciətlərə baxmayaraq, yol polisi tərəfindən hər hansı ciddi araşdırma aparılmayıb.

Vətəndaş redaksiyamıza təqdim etdiyi şikayət ərizəsində qeyd edir ki, cərimənin tətbiq olunduğu ərazi səki deyil və avtomobillərin orada dayanmasına qadağa qoyulduğunu göstərən aydın nişanlar da yoxdur. Onun sözlərinə görə, əgər həmin ərazi həqiqətən dayanmanın qadağan olunduğu sahədirsə, bəs niyə yolda qırıq xətlər çəkilib və avtomobillərin ora daxil olması üçün şərait yaradılıb?

Rəşad Nəsirov sual edir ki, əgər bu ərazi qadağan olunmuş zonadırsa, o zaman yol infrastrukturu niyə məhz avtomobillərin həmin sahəyə daxil ola bilməsi üçün uyğun şəkildə qurulub. Onun fikrincə, bu vəziyyət sürücülər üçün anlaşılmazlıq yaradır və bəzən əsassız cərimələrin yazılmasına səbəb olur.

Şikayətçi qeyd edir ki, yaşadığı binanın qarşısında avtomobilini saxladığı üçün iki nəqliyyat vasitəsinə cərimə tətbiq olunub. O bildirir ki, həmin yerdə piyadalar üçün ayrıca səki mövcuddur və cərimənin yazıldığı ərazi isə səki hesab edilə bilməz.

Rəşad Nəsirov həmçinin cərimələrlə bağlı tərtib edilmiş protokollardan da şikayət edir. Onun sözlərinə görə, 77NK083 dövlət nömrə nişanlı avtomobilə tətbiq edilən EQ34370109 və 01BU527 dövlət nömrə nişanlı avtomobilə tətbiq edilən EQ34370110 nömrəli protokollar əsassızdır və onların yenidən araşdırılmasına ehtiyac var.

Şikayətçi məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən hərtərəfli araşdırma aparılmasını və qeyd olunan protokollara yenidən baxılmasını tələb edir. O, həmçinin şikayət ərizəsinə həmin ərazinin fotoşəkillərini də əlavə etdiyini bildirir və şəkillərin vəziyyəti aydın şəkildə göstərdiyini qeyd edir.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi isə hələlik məlum deyil. Ümid olunur ki, aidiyyəti qurumlar vətəndaşın müraciətini araşdıracaq və məsələyə hüquqi qiymət veriləcək.




Gundemxeber.com
Tarix: 8-03-2026, 16:10
-
Bu gün, 10:51
Lənkəran Rayon Mərkəzi Xəstəxanasının 210 min manatdan çox VERGİ BORCU üzə çıxdı
-
Bu gün, 10:50
Dövlət maşını, YOXSA ,Bakı Şəhər Təhsil İdarəsinin müdiri NƏRMİNƏ xanımın uşağının OYUNCAĞI...
-
Bu gün, 10:50
Elbrus İsayev vergi borcu olan şirkəti seçdi - MMC Emin Əmrullayevin qaynına bağlı imiş? (FOTO)
-
Bu gün, 10:49
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Bu gün, 10:49
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!