QARABAĞ MÜHARİBƏSİNDƏ KİMLƏR UDDU, KİMLƏR UDUZDU? – “Rusiya ilə Türkiyənin Qafqazdakı təsir imkanları tarazlaşacaq”
Qarabağ Müharibəsi və onun nəticələri mövzusu xarici mətbuatın gündəmində öz aktuallığını qoruyur. Polşanın “Dziennik Gazet Prawna” qəzeti bu mövzuyla bağlı “Qarabağ müharibəsindən sonrakı vəziyyət” başlıqlı məqalə dərc edib.
Neqativ.com “AzPolitika.info”ya istinadən həmin məqaləni qısa ixtisarla təqdim edir:
“Dağlıq Qarabağ uğrunda gedən müharibəyə Zaqafqaziya ərazisindəki lokal münaqişə kimi baxmayaq. Bu müharibədən sonra Avropa və Asiya sərhədindəki qüvvələr nisbəti dəyişəcək. Noyabrda imzalanan və müharibəni dayandıran müqavilədən sonra bu ərazilərdə Azərbaycanla yanaşı Rusiya da öz mövqeyini gücləndirdi. Rusiya hərbçilərinin Dağlıq Qarabağa yerləşdirilməsi Rusiyanın Qafqazdakı xarici siyasətinin son illərdəki ən böyük uğurudur. Postsovet məkanında gedən siyasi prosesləri izləyən hər kəs Rusiya sülhməramlılarının bu proseslərdə iştirakının nə demək olduğunu yaxşı bilir.
Azərbaycan əmindir ki, çoxvektorlu xarici siyasət sayəsində onun vəziyyəti Ukrayna və ya Gürcüstan ilə müqayisədə dəfələrlə yaxşıdır. Lakin Rusiyanın neoimperiya siyasətinin əks- effekt verə biləcəyini də nəzərdən qaçırmayaq.
Rusiyanın irəliləyişi
Rusiyanın uzunmüddətli perspektivdə Dağlıq Qarabağda öz hərbçilərinin sayını artıracağını söyləmək indiki vəziyyətdə çox çətindir. Aydındır ki, Kreml baş nazir Nikol Paşinyanı alçalda, həmçinin də Ermənistandakı anti-Rusiya və qərbpərəst əhval-ruhiyyəni soyuda bilib. Vladimir Putin ermənilərə göstərdi ki, onların müstəqilliyi Moskvanın əlindədir. Amma bütün bunlara baxmayaq, Rusiya Zaqafqaziyada daha da güclənməyə çalışacaq. Lakin Qafqaz Qərb üçün mühüm region olduğundan Rusiya onu özünə tabe etdirməkdən ötrü hərbi vasitələrdən aktiv şəkildə istifadədən çəkinəcək.
Türkiyə tədricən əlverişli şərait əldə edir
Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münqişəsindəki uğurdan daxili arenada da istifadə etməyə çalışır. Ermənistanla sərhədlərin açılması Ankaraya həm iqtisadi, həm də siyasi baxımdan Qafaqaza daha geniş giriş imkanı aça bilər. Belə olan halda, Rusiya ilə Türkiyənin Qafqazdakı təsir imkanları tarazlaşacaq.
Bu region üzərində əlavə siyasi nəzarət qazanmaq Türkiyənin iqtisadi vəziyyətinə də təsir göstərəcək. İndi Türkiyənın Gürcüstan və Azərbaycanla çox yaxşı iqtisadi münasibətləri var. Əgər Ermənistan iqtisadi və siyasi baxımdan Moskvanın tam nəzarətində qalmaq istəmirsə, onda üzünü Ankaraya tərəf çevirməlidir.
Türkiyə öz əhəmiyyətini yüksəltməkdən ötrü Zaqafqaziyada daimi hərbi baza yerləşdirməlidir. Ankara Dağlıq Qarabağ müharibəsində istəyinə qismən nail ola bilib. Belə ki, Azərbaycanla Naxçıvan arasında yaranacaq nəqliyyat dəhlizi Azərbaycanla Türkiyəni birləşdirəcək.
Rusiya sülhməramlıları ilə birgə monitorinq mərkəzində Türkiyə hərbçilərinin də yer alması isə onların daimi hərbi dislokasiya qurmaları istiqamətində ilk addım ola bilər. Ermənistan və Türkiyə arasındakı əlaqələrdə “genosid” mövzusu böyük əhəmiyyət daşıyır. Amma çox təəccüblüdür ki, indi bu məsələyə toxunmadan dəyişikliyə getmək istiqamətində həm Yerevan və həm də Ankara üçün şans yaranıb. Yaxın keçmişdə “futbol diplomatiyası”nın köməyilə əlaqələrin yoluna qoyulması alınmamışdı. Əgər Ermənistan xarici siyasətdə təkcə Moskvaya yönəlməkdən və həmçinin də regional izolyasiyadan qurtulmaq istəyirsə, onda danışıqlara razı olmağa məcburdur. Ərdoğan bəlkə də buna hazırdır, çünki Yerevanla münasibətlərin normallaşması Türkiyənin Qafqazadakı təsir gücünü daha da artıracaq.
İran uduzub
Ermənistanla yanaşı uduzan digər tərəf İrandır. Birinci Qarabağ Müharibəsində İran Tehranda prezident Əli Rəfsəncaninin təşkil etdiyi tərəflər arasındakı sülh danışıqlarında iştirak edirdi. İkinci müharibə zamanı isə İran əvvəlki mövqeyini itirdi və indi onun regionda aktiv siyasət aparmaq imkanları xeyli azalıb. İran rəhbərliyi bir tərəfdən Ermənistanın Avro-Atlantik strukturlarla sıx inteqrasiya olunmasını istəmir, digər yandan isə Rusiyanın rolunun güclənməsindən və Ankara ilə Bakının yaxınlaşmasından ehtiyat edir.
İran Ermənistanı dəstəkləməklə bölgədə Türkiyənin təsirinə qarşı balans yaratmağa çalışsa da, digər yandan öz ölkəsinin daxilindəki siyasi motivləri də nəzərə alır. Azərbaycanlılar İranda ən böyük etnik azlıqdır və iqtisadi-mədəni planda çox təsirli qücdürlər. İranın Ali dini rəhbəri Əli Xameneyi azərbaycanlıdır. Ümumiyyətlə, İrandakı azərbaycanlı diasporu Tehrana sadiqdir, çünki onların özünüdərkində birinci yerdə etnik komponent yox, şiə dini icması durur. Amma buna baxmayaraq, Qarabağ müharibəsindəki qələbə türk əhalisinin milli özünütanıma ideyasını canlandıra bilər. Bu isə onları özlərini Azərbaycanla assosiasiya etməyə tərəf yönəldər ki, bu da ümumi nəticədə ölkənin idarəetmə funksiyasına ciddi təhlükə törədər. Sözügedən mövzu hələ ki, böyük rezonans doğurmayıb, lakin İrandakı azərbaycanlılar Azərbaycanın tərəfini tuturlar.
Qərb passivdir
Müharibənin yekun nəticəsi Qərbi və onun Zaqafqaziyadakı ideyasını tam uğursuzluğa düçar etdi, bu nəticə ABŞ və Avropa Birliyi üçün xoşagəlməzdir. Rusiya ilə Türkiyə arasındakı anlaşma amerikanların bu regiondakı təsirinin məhdudlaşdırılması deməkdir, avropalılar üçün isə bu, Qərbə yönəlmək istəyən Gürcüstanın və ya Ermənistanın itirilməsi anlamına gəlir.
NATO da uduzub, axı onun üzvlərindən biri münaqişədə maraqlı tərəfdir. Hər hansı reaksiyanın olmaması, NATO strukturunda güclü liderin və dəqiq proqramın çatışmazlığından xəbər verir. ATƏT də bu müharibədən xeyli zərər gördü. Belə ki, Minsk Qrupunun boş şey olduğu ortaya çıxdı.”
Tarix: 22-12-2020, 09:34
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı