"Erməni kartı" vuruldu, "təkxətli dünya" ssenarisinin yolu təmizləndi - TƏHLİL
Yeni dünya hegemonluğu ssenarisində xüsusi önəm daşıyan Avrasiyaya tam nəzarət planı işə salınıb...
Təkxətli dünya düzəninin ehtimal olunan çoğrafi tablosuna diqqət etdikdə, Cənubi Qafqaz bu yeni sistemin reallaşması üçün təməl region statusunda görünür...
Əgər, bu, reallaşarsa, Ermənistanın mövcudluğu sual altına düşər, ən yaxşı halda, iqtisadi asılılıq nəticəsində sadəcə, Azərbaycanın qeyri-rəsmi protektaratlığına çevrilə bilər...
İndiyə qədər dünyanın yenidən dizayn edilməsi barədə dəfələrlə yazmışıq. Hələ bundan sonra da bu barədə daha tez-tez yazmalı olacağıq. Çünki bu proses dünya gündəminin əsas mövzusuna çevrilmək üzrədir.
Məsələ ondadır ki, artıq "düymə"yə basılıb. Dünyanın yenidən dizayn edilməsi prosesi artıq start götürüb. Geriyə dönüş və ya prosesi yarımçıq durdurmaq isə mümkünsüz görünür. Və prosesdə çox önəmli dünya güclərinin birbaşa maraqları var.
Onu da qeyd edək ki, yeni dünya düzəninə keçidin bəhrəsini görən ilk dövlət məhz Azərbaycan oldu. Və bu, rəsmi Bakının beynəlxalq siyasət məkanında, eləcə də, geopolitik poliqonda baş verənləri düzgün təhlil edib, doğru qərarlar qəbul etmək bacarığı sayəsində mümkün oldu. Bununla rəsmi Bakı yalnız regionda deyil, ümumiyyətlə, dünya siyasət meydanında çevik manevrlər ustası kimi böyük uğur qazandı.
Xatırlayırsınızsa, bizlər illər uzunu Azərbaycanın Ermənistan ilə təkbətək, üz-üzə qala biləcəyi günü səbirsizliklə gözləyirdik. Haqlı olaraq, əmin idik ki, təkbətək savaş imkanı qazansaq, xarici himayədarlarının dəstəyini neytrallaşdırmağa nail olsaq, Ermənistanı qısa müddətdə darmadağın edib, diz çökdürə bilərik. Və istədiyimiz eynilə oldu, ən böyük tarixi hədəfimizi də gerçəyə çevirdik.
Rəsmi Bakı tarixi beynəlxalq situasiyanın çox əlverişli olduğunu doğru müəyyənləşdirdiyi üçün Azərbaycanın Ermənistanla üz-üzə qalmasına, problemin iki dövlət arasındakı savaşla həllinə əngəl törətmədilər. 44 günlük savaşa demək olar ki, müdaxilə etmədilər, kənardan müşahidə ilə kifayətlənmək məcburiyyətində qaldılar.
Bəli, rəsmi Bakı tarixi geopolitik şərtlərin Azərbaycanın xeyrinə dəyişdiyini zərgər dəqiqliyi ilə müəyyənləşdirdi. Ona görə də, nə tələsmədi, nə də gecikmədi, tam dəqiq vaxtında qətiyyətlə qərar verdi və hərəkətə keçdi. Onilliklərlə məhz bu günlər üçün qurulub, hazır vəziyyətə gətirilmiş Azərbaycan ordusu da son 30 ildə xəyal etdiyimiz bu Tarixi Zəfəri bizə yaşatdı.
Ancaq hər şey bununla bitmədi. Azərbaycanı daha böyük zəfərlərə daşıya biləcək önəmli və nəhəng beynəlxalq proseslər hələ yeni başlayıb. Cənubi Qafqazın lider və açar dövlətiyik. İndi bu regionda baş verənlər Azərbaycanın maraqları və hərbi-siyasi iradəsi çərçivəsində cərəyan edir. Yaxın gələcəkdə isə bunu daha açıq-aşkar müşahidə etməyə başlayacağıq.
Çünki dünyanın yenidən dizayn edilməsi prosesində Cənubi Qafqaz həlledici geopolitik poliqon rolunu oynayır. Bu poliqonda hər an alovlana biləcək münaqişə ocaqı dünyanı yenidən dizayn edən güclərə əngəl törədirdi. Və onlar əvvəlki dövrlərdən fərqli olaraq, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə heç bir əngəl törətməməklə, çox önəmli bir münaqişə ocağının söndürülməsinə şərait yaratdılar. Gələcəyə yönəlik böyük planlarında həlledici rol ayırdıqları bir hərbi-siyasi poliqonun geopolitik "pisliklər"dən təmizlənməsindən əmin oldular.
Beləliklə, onilliklər boyunca bəzi kənar güclər tərəfindən Cənubi Qafqazın nəzarətdə saxlanması üçün istifadə edilən "erməni kartı" vuruldu, əhəmiyyətdən salındı. Bundan sonra "erməni kartı" artıq nə bu regionda, nə də ümumiyyətlə, dünyanın heç yerində kimsəyə lazım olmayacaq.
Çünki dünya da, region da sürətlə dəyişir. Yeni şərhlər, fərqli maraqlar ön plana keçirilməkdədir. Bizim region üzərindən dünyanın idarə edilməsinin yeni siyasi-iqtisadi modeli ssenariləşdirilməyə başlanıb.
Türkiyədən Bakı-Tiflis-Qars marşrutu ilə hərəkət edən bir qatar yola çıxdı. Xəzər dənizinin üzərindən Orta Asiyaya keçiriləcək bu qatar Çinə qədər hərəkət edəcək. Bu qatarın hərəkətə gətirilməsi dünya üçün düşünülən yeni siyasi-iqtisadi sistemin reallaşdırılmasında növbəti addımdır. Bu addım, hətta müəyyən mənada, mesaj xarakterli sınaq rolunu da oynayır. Və bunu Cənubi Qafqazda "erməni kartı"nın vurulmasından dərhal sonra etdilər.
Ancaq proses hələ başlanğıc mərhələdədir. Cənubi Qafqazın üzərindən hansı ssenarilərin reallaşdırılmasının planlaşdırıldığı, çox yox, cəmisi bir neçə aydan sonra daha aydın şəkildə ortaya çıxmağa başlayacaq.
İndilikdəsə, ümumi şəkildə onu demək olar ki, yeni dünya hegemonluğu ssenarisində xüsusi önəm daşıyan Avrasiyaya tam nəzarət planı işə salınıb. Bu plan onilliklər ərzində nəzəri cəhətdən mövcud olub. Ancaq indi praktik olaraq, reallığa çevirirlər. Və geriyə dönməz prosesdir.
Bu, Böyük Britaniyadan Çinə qədər uzanan, şərti olaraq, Böyük İpək Yolu adlandırılan, əslindəsə, alayarımçıq təkqütblü sistemdən, təkxətli dünya düzəninə keçid ssenarisidir. Bütün dünyanın bu xətdin marşrutu üzrə düzlənməsi və ABŞ-Çin ortaq sistemi tərəfindən yönləndirilməsinin planlaşdırıldığını ehtimal etmək olar.
Bu sistem bir çox nəhəng dövlət üçün əsl "cəhənnəm marşrutu" hesab edilir. Çünki onların əksəriyyəti dünyanın idarə edilməsi prosesində "oyundankənar vəziyyətə" düşərək, idarə edən ölkə statusunu itirib, idarə olunan dövlətə çevrilə bilərlər. Onların əvəzində isə yeni nəhənglərin peyda olacağı qətiyyən şübhə doğurmur.
Təkxətli dünya düzəninin ehtimal olunan çoğrafi tablosuna diqqət etdikdə, Türkiyə və Azərbaycan bu sistemin əsas açar dövlətləri sırasında görünür. Bəziləri üçün bu, möcüzənin təsviri kimi də görünə bilər. Ancaq bu qoca dünya azmı möcüzəyə şahidlik edib?
Ancaq reallaşdırılmasına artıq başlanmış kimi görünən bu önəmli ssenarini hələlik ləngidən bir ciddi əngəl də var. O da elə ABŞ-da öz hakimiyyətinin son aylarını yaşayan respublikaçılar və onların arxasındakı "dərin güclər"dir. Bu güc mərkəzi dünyanın idarə edilməsinin təkqütblü modelinə üstünlük verir. Yəni, nə Çinin, nə də digər bir dövlətin ABŞ-a ortaq olmasını yolverilməz hesab edir.
Ona görə də, prezident Donald Trampın dönəmində ABŞ-Böyük Britaniya münasibətləri ziddiyyətlərlə diqqəti çəkdi. Tramp administrasiyası bütün təzyiq vasitələri ilə rəsmi Londonu Çinlə ortaq qlobal layihələrdən imtinaya zorlamağa çalışırdı. Buna nail ola bilmədiyi üçün münasibətlərdə ciddi çatların yaranması da qaçılmaz oldu.
Halbuki, cəmisi iki aydan sonra bütün bu ziddiyyətlər arxada qala bilər. Çünki Co Baydenin Ağ Evə sahiblənməsi ilə böyük layihənin önü açılmış olacaq. Hər halda, unutmaq olmaz ki, demokratlar Çinin yeni dünya düzəninə fərqli statusda qatılması ideyasının əsas müəllifləridirlər. Eyni zamanda, Böyük Britaniyanın Avropa Birliyindən ayrılıb, Çinlə yaxınlaşmasını təmin edən də elə onlardır.
Bəziləri bu prosedə Co Baydenin Türkiyəyə qarşı sərt mövqeyini alternativ arqument kimi ön plana çıxartmağa çalışa bilərlər. Ancaq bu, artıq arxada qala biləcək bir narahatlıq faktordur. Çünki, masada ciddi bir nəhəng qlobal layihə var. Türkiyə də bu layihənin önəmli bir iştirakçısıdır. Yerləşdiyi coğrafi məkanı və ixtiyarındakı geopolitik təsir mexanizmlərini nəzərə aldıqda, Türkiyəsiz bu nəhəng layihə xəyaldan uzağa gedə bilməyəcək hədəf kimi görünür.
Onu da nəzərə almaq lazımdır ki, Türkiyə Böyük Britaniya üçün əvəzolunmaz müttəfiqdir. Bunu rəsmi London Türkiyəyə qarşı beynəlxalq təzyiqlərin ən kəskin keyfiyyət qazandığı dönəmlərdə verdiyi birmənalı dəstəklə də sübuta yetirib. Və rəsmi London Böyük Britaniyanın Türkiyəni bütün rəqiblərindən müdafiə etməyə hazır olduğunu hər imkanda qabarıq şəkildə göstərir.
Buna əmin olmaq üçün Türkiyə-İsrail münasibətlərinin normallaşdırılması prosesində rəsmi Londonun vasitəçilik missiyasına diqqət etmək yetərlidir. Belə ki, artıq uzun illərdən bəri Türkiyə və İsrail münasibətləri düşmənçilik xarakteri daşıyırdı. Ancaq buna baxmayaraq, bir neçə gün öncə Türkiyə və İsrail kəşfiyyat qurumları arasında əməkdaşlıq sazişi imzalandı. Və bu proses birbaşa Böyük Britaniyanın Mİ-6 kəşfiyyat qurumunun əvəzolunmaz vasitəçilik missiyası ilə mümkün oldu.
Bu, o deməkdir ki, Böyük Britaniya Türkiyə və İsrailin barışıb, yenidən yaxınlaşmasına nail olub. Çünki maraqlar artıq bunu tələb edir. İsrail də Cənubi Qafqazda xüsusi maraqları olan dövlətdir. Türkiyə ilə barışmadan isə bu maraqların qarşılıq tapması bir qədər çətindir. Və Böyük Britaniya bu önəmli problemi böyük ingilis ustalığı ilə həll etdi.
Beləliklə, təkxətli dünya düzəninə keçid ssenarisi qarşısında elə bir ciddi əngəl (ən uzağı iki aydan sonra siyasi səhnədən çəkilməli olan Tramp administrasiyası istisna olmaqla) qalmamış kimi görünür. Bu, o deməkdir ki, Cənubi Qafqazı yeni dünyanın əhəmiyyətli bir parçası olmaq perspektivi gözləyir. Bu regionda maliyyə-iqtisadi resursları hərbi-siyasi hegemona çevrilmək imkanı verən bir dövlətə ehtiyac olduğu da qətiyyən şübhə doğurmur. Bu kriteriyalara yalnız güclü və müasir Azərbaycan uyğun gəlir. Ona görə də, Azərbaycan öz regional liderlik resursları ilə geopolitik əhəmiyyətini maksimum səviyyədə artırmış durumdadır. Dağlıq Qarabağ probleminin hərbi yolla həllinə nail olmuş Azərbaycanla əməkdaşlıq, hətta müttəfiqlik, geopolitik ortaqlıq beynəlxalq siyasi iradə mərkəzləri üçün olduqca sərfəli görünür və bu baxımdan, rəsmi Bakının da önünün sonuna qədər açıq olduğu şübhə doğurmur.
İndi həm Azərbaycan, həm də Türkiyə dünyanın gələcək taleyində xüsusi rol oynayacaq nəhəng bir ssenarinin önəmli iştirakçıları sırasında yer almaq şansına sahibdir. Əgər, bu ssenari reallaşarsa, Ermənistan adlı dövlətin mövcudluğu, ümumiyyətlə, sual altına düşə bilər. Hətta iqtisadi asılılığın qaçılmazlığı səbəbindən Ermənistanın yaxın gələcəkdə sadəcə, Azərbaycanın qeyri-rəsmi protektaratlığına çevrilmə ehtimalı da qətiyyən istisna deyil. Ancaq bu barədə növbəti yazılarımızın birində bəhs etməyə çalışacağıq.
"Yeni Müsavat"
Tarix: 5-12-2020, 23:40
-
Bu gün, 13:01
Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar VİDEO
-
Bu gün, 12:54
Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir - VİDEO
-
Bu gün, 08:54
Milyonluq məhkəmə işində yeni təfərrüat açıqlandı - Tale Heydərovun ifadəsində nələr var?
-
Bu gün, 08:52
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik