Qüdsi Osmanovdan Qarabağla bağlı HƏYƏCAN TƏBİLİ
Moldovanın bir sıra nüfuzlu xəbər portallarında Azərbaycanın bu ölkədəki Səfiri Qüdsi Osmanovun “Qarabağda ekoloji fəlakət" adlı bəyanatı dərc olunub.
Neqativ.com xəbər verir ki, yazıda qeyd olunur ki, son günlərdə Kəlbəcərdən çəkilən görüntülər bütün dünyanı təəccübləndirir, ermənilər oradan ayrılmazdan əvvəl yol boyu evləri, dükanları, məktəbləri, xəstəxanaları yandırır və götürülə biləcək hər şeyi, nəinki pəncərəni, qapını, unitazı, mebeli, mal qaraları hətta elektrik xətləri və dirəklərini özləri ilə aparırlar. Moldova KiV-də geniş yayılan bəyanatda bildirilir ki, Ermənistan Qarabağdakı ekoloji fəlakətə, Kəlbəcər rayonundakı meşələrin yandırılması və ağacların kütləvi şəkildə kəsilməsinə görə Azərbaycanın bu ərazisini tərk etməzdən əvvəl cavab verməlidir. “Nə qədər təcavüzkar olsa da, bu bir şəkildə mülkiyyət hissi ilə izah edilə bilər, baxmayaraq ki, oradakı bütün binalar keçən əsrin 90-cı illərində qovduqları azərbaycanlılardan qalmışdır. Bəs meşələrin yandırılması və ağacların kütləvi şəkildə kəsilməsini necə izah etmək olar? Bu mülkiyyət hissi deyil, vandalizm, ekoloji terror və soyqırım anlayışı burada daha uyğundur, çünki söhbət canlı təbiətdən gedir" - deyə Qudsi Osmanov vurğulayır. O, həmçinin bunun necə edildiyinə dair video və fotoların tanınmış erməni KİV-ləri tərəfindən yayımlandığına, bu hərəkətləri öz nəşrlərində əsaslandırdıqlarına və məqalələrin altında bir çox üsyankar şərhlərin yer almasına da təəccübləndiyini bildirir.
Bundan əlavə məqalədə qeyd edilir ki, Kəlbəcər rayonu Dağlıq Qarabağda son günlər erməni vandalizminə məruz qalan yeganə yer deyil. Laçın və Ağdam rayonlarında evlər, mağazalar və digər binalar da yandırılır. Əvvəllər orada məscidlər və qəbiristanlıqlar dağıdılıb, müsəlman qəbirləri alçaldılıb. Demək olar ki, hər şey məhv edilib.
Həmçinin yazıda vurğulanır ki, Azərbaycan bununla bağlı artıq müvafiq beynəlxalq təşkilatlara müraciət edib, ermənilərin Qarabağ, Kəlbəcər bölgəsində törətdikləri ekoloji terror aktlarına dərhal cavab verilməsi, bütün bölgəyə təsir edəcək və qlobal miqyasda geri qaytarılmaz ekoloji nəticələri olan vəhşi hərəkətlərini qiymətləndirmək tələb olunub.
"Əlbətdə ki, Ermənistan bütün 30 illik işğal ərzində və bu gün barışıqdan sonra Azərbaycan ərazilərində insanlığa, təbiətə və mülkiyyətə qarşı törətdiyi cinayətlərə görə cavabdeh olmalıdır. Ermənistan tərəfindən Azərbaycan tarixi abidələrinin məhv edilməsi, qiymətli ağac növlərinin kəsilməsi, meşələrin yandırılması birbaşa 1954-cü il Haaqa Konvensiyası, 1992-ci il Arxeoloji irsin qorunması üzrə Avropa Konvensiyası və 1972-ci il Dünya mədəni və təbii irsin qorunmasına dair YUNESKO Konvensiyasının tələblərinə ziddir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan beynəlxalq mütəxəssislərin köməyi ilə ölkəyə dəyən bütün zərərləri hesablayacaq və Ermənistandan hər şey üçün təzminat tələb edəcək. Həmçinin Azərbaycan tərəfi ümid edir ki, dünya ictimaiyyəti bu həqiqətə lazımi diqqət yetirəcək və erməni vandallarının dayandırılmasına və cəzalandırılmasına kömək edəcək " - deyə yazıda bildirilir.
Yazı ilə ətraflı aşağıdakı linlklərdə tanış olmaq mümkündür:
https://noi.md/ru/v-mire/zayavlenie-v-karabahe-jekologicheskaya-katastrofa
https://www.ipn.md/ru/massovaya-vyrubka-derevev-v-kelbadzhare-armyanskiy-ekologicheskiy-terror-i-genot-7542_1077775.html
Tarix: 19-11-2020, 21:55
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı