Kremllə qarşıdurma “hərbi-siyasi labirint” effekti də verə bilər - Paşinyan qəzəbi Rusiyaya yönəldir
Savaş bitdi, amma Cənubi Qafqaz regionu maraqlı hadisələrdən məhrum qalmadı. Belə ki, savaşın bitməsi barədə Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı üçtərəfli bəyannamənin elan edilməsindən dərhal sonra ermənilərin yeni “tamaşa”sı başlandı. Ermənistanın biabırçı kapitulyasiyası onminlərlə erməninin paytaxt İrəvan küçələrinə axışmasına səbəb oldu.
Hazırda Ermənistanda siyasi böhran ən yüksək səviyyəyə çatıb. Hakimiyyət boşluğu dövlətin idarəçilik sistemini iflic vəziyyətinə salıb. Yerli siyasətçilər Ermənistanın vətəndaş müharibəsi təhlükəsi ilə qarşı-qarşıya olduğunu xüsusi olaraq, vurğulayırlar.
Belə anlaşılır ki, bu dəfə Ermənistanda ölkədaxili vəziyyət ermənicə deyil, bir qədər ruscadır. Çünki iki il əvvəl Soros Fondunun fəal dəstəyi və “məxməri inqilab” ssenarisi ilə hakimiyyətə gətirilmiş baş nazir Nikol Paşinyan Rusiyanın yüksək siyasi dairələrində qıcıqla qarşılanır.
Ona görə də, Kreml üçün baş nazir N.Paşinyanın siyasi hakimiyyətdən devrilməsi məmnunluqla qarşılana biləcək hadisə olardı. İrəvanın keçə və meydanlarında toplaşan narazı ermənilərin Ermənistanın baş nazirinə qarşı səsləndirdikləri ittihamlar və çağırışların Kremlin maraqları baxımından, qənaətbəxş olduğu qətiyyən şübhə doğurmur.
Çünki rəsmi İrəvanın imzaladığı kapitulyasiya bəyannaməsindən qəzəblənən kütlə baş nazir N.Paşinyan xəyanətdə ittiham edərək, dərhal istefa verməsini istəyir. Ehtimal edilir ki, baş nazir N.Paşinyan istefa vermək məcburiyyətində qalarsa, onu və siyasi komandasını hakimiyyətin ən yüksək pilləsində əvəzləyəcək siyasi qüvvənin və yeni liderin məhz Rusiyameyilli olacağı şübhə doğurmamalıdır.
Yəni, iki il əvvəl “məxməri inqilab”la devrilən siyasi qüvvələrin, elə “məxməri inqilab” modelində də revanş almağa çalışdıqları müşahidə edilir. Ermənilər inqilabla hakimiyyətə gətirdiklərini inqilabla qovmağa çalşırlar.
Ancaq bu proseslərin necə, hansı nəticələrlə yekunlaşacağını indidən müəyyənləşdirmək bir qədər çətindir. Belə ki, son üç gün ərzində Ermənistanda baş verənlərə diqqət yetirdikdə, Rusiyameyilli qüvvələrin hakimiyyəti ələ keçirtməsinin düşünüldüyü kimi asan olmayacağı qənaətinə gəlmək olar.
Məsələ ondadır ki, baş nazir N.Paşinyana qarşı xəyanət ittihamlarının Rusiyaya yönəlik sərt şüarlarla müşayiət olunduğu qətiyyən diqqətdən yayınmır. İğtişaş törədən kütlə arasında Ermənistanın kapitulyasiyaya məcbur buraxan situsiya ilə üzləşməsində Rusiyanın da günahkar olması ilə bağlı iddialar geniş yayılıb.
Erməni cəmiyyətində belə qənaət formalaşıb ki, Rusiya Ermənistana yardım edib, müharibədə məğlub olmasına imkan verməməyə borclu idi. Onların fikrincə, Rusiya Ermənistan qarşısındakı müttəfiqlik borcunu qətiyyən yerinə yetirməyib.
Maraqlıdır ki, əsas ictimai rəyin belə məzmun daşıması əslində, baş nazir N.Paşinyanın siyasi mənafeyinə də uyğundur. Çünki sorosçu baş nazirə onun özünün nisbətən təmizə çıxara biləcək real günahkar ünvanı lazımdır. Belə situasiyada qəzəbli kütlənin onunla yanaşı Rusiyanı da hədəfə alması Paşinyan hakimiyyətinin işinə yaraya bilər.
Onu da qeyd edək ki, Paşinyan hakimiyyəti geri çəkilmək niyyətində olmadığını hər ötən gün daha ciddi sərtliklə biruzə verməyə çalışır. Mitinqlərin, iğtişaşların təşkilatçısı olan olan müxalifət fəalları kütləvi şəkildə saxlanılır. Müxalifət liderləri bir-birinin ardınca həbsə atılır. Onların barəsində dövlət əleyhinə fəaliyyət maddələri ilə cinayət işləri açılır.
Hətta münaqişə bölgəsindən Ermənistana köç edən ermənilər belə, Paşinyan hakimiyyətinin sərt təhdidləri ilə üzləşirlər. Belə ki, son məlumatlara görə, Ermənistana qayıdan ermənilərə, müxalifətin kütləvi etiraz aksiyalarına qatılacaqları halda, sığınacaq imkanlarından məhrum ediləcəkləri barədə xəbərdarlıq olunub.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti ölkədaxili etiraz dalğasını mümkün qədər zəiflətmək üçün əlində olan bütün inzibati mexanizmləri işə salıb. Ermənistanda diktatura rejiminin daha da möhkəmləndirilməsinə cəhd göstərilir. Demokratiya və insan azadlığı dəyərlərinə “həssas olan” Qərb siyasi dairələri isə nədənsə, bütün bunlara heç bir reaksiya vermir, baş verən olayları görməməyə üstünlük verir.
Böyük ehtimalla Ermənistana hər cür humanitar və maddi yardım vəd edən Fransa başda olmaqla, Qərb siyasi dairələrində Paşinyan hakimiyyətinə olan ümudlər hələ tam tükənməyib. Hələ də ümid edirlər ki, Paşinyan hakimiyyəti devrilməyəcək və Qərbin Ermənistanı Rusiyadan uzaqlaşdırmaqla bağlı direktivlərini sona qədər yerinə yetirə biləcək.
Əlbəttə ki, Ermənistana münasibətdə dikratrura reallığını gözardı edən Qərbin bu ümidlərinin nə qədər real və əsaslı olduğu ən yaxın günlərdə aydınlaşmağa başlayacaq. Ancaq hələlik görünən odur ki, Paşinyan rejimi hakimiyyətdə qalmaq üçün bütün mümkün vasitələrdən yararlanır, etiraz dalğasını zəiflətməyə çalışır.
Əslində, baş nazir N.Paşinyanın hakimiyyətdən bu qədər bərk yapışmasının səbəbini anlamaq o qədər də çətin deyil. Belə ki, N.Paşinyan onun üçün seçməli olduğu sadəcə, iki yolunun qaldığını anlamamış deyil.
Birinci yol qəzəbli kütlənin tələblərinə uyaraq, istefa verməkdir. Ancaq bu yol baş nazir N.Paşinyanın gələcək taleyi baxımından faciəvi sonluq vəd edir. Çünki variantda onu ən yaxşı halda, ölkədən qaçaraq, ömrünün qalan hissəsini qeyri-leqal mühacirətdə keçirtmək taleyi gözlənilir. Çünki onun mühacirətdə erməni terrorçuları tərəfindən qətlə yetirilmə ehtimalı istisna deyil.
Digər tərəfdən, N.Paşinyan baş nazir postundan istefa verib, ölkədə qalarsa, bu, o deməkdir ki, ömrünün qalan hissəsini həbsxana “barmaqlıq”ları arxasında keçirtməyə də əvvəlcədən hazır olmalıdır. Hər halda, istefadan sonra onun həbs edilərək, dövlətə xəyanət maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə biləcəyi tamamilə inandırıcı görünür.
Deməli, bütün bunları nəzərə aldıqda, baş nazir N.Paşinyanın qarşısında cəmisi bir yol qalır. Yəni o, istefa tələblərinə sona qədər müqavimət göstərməklə, hakimiyyətini qorumağa məcburdur.
Bacaracaqmı? Bu suala birmənalı cavab vermək mümkün deyil. Çünki son məlumatlara görə, Paşinyan əleyhinə etiraz dalğasına artıq savaş bölgəsindən geri dönənlər də qatılmağa başlayıb. Və bu, Paşinyan hakimiyyəti üçün olduqca təhlükəli perspektiv vəd edir.
Amma baş nazir N.Paşinyan olduqca hiyləgər şəxs olduğunu da unutmaq olmaz. Belə ki, o, hakimiyyətdə olduğu iki il ərzində bir çox hiyləgərliklərə müəlliflik edib. Hətta öz oyunları ilə Kremli də bir neçə dəfə yanıltmağa nail olub. Bu dəfə öz ölkəsinin vətəndaşlarını yanılda biləcəyi də qətiyyən istisna deyil.
Ona görə də hesab etmək olar ki, N.Paşinyanın hakimiyyətdə qalmaq üçün əl ata biləcəyi yeganə variantın reallaşdırılmasına yönələ biləcəyi qətiyyən istisna deyil. Belə ki, yaxın günlərdə devrilmək təhlükəsindən yayına bilərsə, N.Paşinyanın kapitulyasiya məcburiyyətinin bütün günahını Rusiyanın üzərinə atmaqla, özünə haqq qazandırmağa çalışacağını ehtimal etmək olar.
Bu prosesin isə artıq başladıldığı da müşahidə edilir. Ermənistanda Kremlə qarşı ittihamlar o qədər intensivləşib ki, hətta Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ölkəsinə yönəlik iddiaların əsassız olduğunu bəyanlamaq məcburiyyətində qalıb.
Paşinyanın “Rusiya günahkardır” propoqandasına dayalı ssenari reallaşarsa, bu halda, Ermənistan üçün daha bir problem yaranmış olacaq. Belə ki, hadisələrin belə inkişafında Rusiya-Ermənistan münasibətlərinin daha da gərginləşəcəyi qətiyyən şübhə doğurmur.
Əslində, Paşinyan diktaturasına da elə bu lazımdır. Hər halda, Rusiya ilə gərginlik Paşinyan hakimiyyətinə ölkədaxili mövqelərini möhkəmləndirmək imkanı da aça bilər. Üstəlik, bu halda, Paşinyan hakimiyyətinin Qərbdən müəyyən yardımlara ümid bəsləməsi də mümkünsüz olmaz.
Göründüyü kimi, Paşinyan hakimiyyəti, o cümlədən də, Ermənistan hazırda “siyasi labirintə” düşüb. Bu “labirint”dən çıxmağın mümkün olub-olmayacağı isə yaxın günlərdə aydınlaşmağa başlayacaq.
Elçin XALİDBƏYLİ,
“Yeni Müsavat”
Tarix: 13-11-2020, 20:48
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı