"Nezavisimaya qazeta": "Rusiya kimin yanında durmalıdır? Kasıb və zavallı Ermənistanın, yoxsa güclü və arxalı Azərbaycanın?" - ŞƏRH
Cənubi Qafqazdakı münaqişə bitdi. Təbii ki, diqqət mərkəzində Ermənistanın ərazi itkiləri durur. Amma digər məsələlə də var. Məsələn, Rusiya ilə Türkiyə arasındakı münasibətlər, Azərbaycan Ordusunun uğurlu modernləşdirilməsi və s. Ən nəhayət, Rusiya Cənubi Qafqaza qayıtdı.İndi ölkəmizin qarşısında hansı vəzifələr durur?İndiki məqamda əsas məqsədimiz Qafqazın açarı, ən güclü və zəngin respublikası olan Azərbaycanla ittifaqı qorumaq və imkan düşdükcə möhkəmləndirmək olmalıdır. Çünki bu yanaşma Rusiyanı həm Türkiyəyə, həm də türk dünyasına yaxınlaşdıracaq. Dünyada 160-180 milyon türk var ki, bu da bütün Rusiya əhalisindən çoxdur. Rusiya üçün əsas MDB ölkəsi Moldova, Belarus və ya Ermənistan deyil, Qazaxıstandır. İkinci vəzifə Ermənistandakı hakimiyyətin rusiyapərəst bir hakimiyyətə çevrilməsini təmin etməkdir. Qarabağda “erməni məsələsini” zorla həll etmək cəhdlərindən əl çəkilməlidir.Ermənistan niyə məğlub oldu? Səbəbi məlumdur. Bir vaxt məşhur bir deyim var idi: Rusiyanı Putinsiz görmək istəyirsinizsə, Ukraynaya baxın. Prinsipcə, o vaxtdan bəri heç bir şey köklü şəkildə dəyişmədi. Ermənistanın hazırki baş naziri Nikol Paşinyan Aleksey Navalnının yüngül versiyasıdır: Qərbin artıq-əskiyini yeyib populist və boş sözlər danışmaq, dövlət büdcəsini tamamilə talamaq. Hətta son islahatçılarımız Çernomırdin, Kudrin və ya Çubays da tamamilə Paşinyandan fərqli idilər. Rusiyada Viktor Çernomırdindən sonra Qazprom, Anatoli Çubaysdan sonra Moskva birjasında özəlləşdirilmiş müəssisələrin səhmləri bazarı və Aleksey Kudrindən sonra təbii icarə xəzinəyə qayıtdı.Təəccüblü deyil ki, “rəngli inqilab” zamanı olduğu kimi, Ermənistanda da bu, iqtisadi çöküş və ərazilərin itirilməsi ilə nəticələndi. İnternetdə zarafat etdikləri kimi, Azərbaycan dövlət qururdu, Ermənistansa demokratiya. Ümumiyyətlə, postsovet məkanından heç kim müstəqil bir siyasi və iqtisadi qüvvə kimi meydana çıxmadı. Rusiya nəhəng potensiala malikdir və bunu müxtəlif dərəcələrdə uğurla reallaşdırmağa çalışır. Beynəlxalq hüquq yoxdur, yalnız onun təqlidi və “orman qanunu” var.
Putindən sonra Kremldə kim olursa-olsun, Rusiya əhəmiyyətli bir qlobal oyunçu, demək olar ki, hər kəsin layiqli pul qazanma fürsəti tapdığı bir ölkə olaraq qalacaq. Həmişə demişəm ki, burjua Rusiyasında yalnız xəstə və ya tənbəl olanlar kasıbdır. Ona görə də Kremldə “rəngli inqilab” istəyənlər Paşinyanın aqibətinə diqqətlə baxsa yaxşı olar. O zaman Rusiya Krımı, geopolitikanı və hətta mövcud dolanışığımızı belə unutmalı olacaq. Qərb nüvə silahlarımızı və təbii sərvətlərimizi, müxalifətçiləri isə Rusiyanın beynəlxalq ehtiyatlarını dağıtmağı xəyal edir. Ona görə çalışmalıyıq ki, Rusiya Ermənistan kimi olmasın.Eləsə, Rusiya kimin yanında durmalıdır: kasıb və zavallı Ermənistanın, yoxsa güclü və arxalı Azərbaycanın?!!“Nezavisimaya qazeta” 12 noyabr, 2020Tərcümə etdi: Surxay Atakişiyev,KONKRET.az
Tarix: 12-11-2020, 22:20
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı