Xorvatiya mətbuatında “Bütün dünya üçün Qarabağ Azərbaycandır” adlı məqalə dərc olundu
Xorvatiyanın “Vjeçerni list” onlayn xəbər portalında beynəlxalq məsələlər üzrə ekspert Branimir Vidmaroviçin “Bütün dünya üçün Qarabağ Azərbaycandır. Bəs niyə müharibə?” adlı geniş məqaləsi dərc olunub. Bu barədə Modern.az-a Azərbaycanın Xorvatiyadakı səfirliyindən məlumat verilib. Bildirilib ki, məqalədə B.Vidmaroviç Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bir neçə aspektdən yanaşıb. Müəllif qeyd edir ki, 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlardan sonra Azərbaycan tərəfinin geniş miqyaslı əks-əməliyyat aparması bütün Dağlıq Qarabağ və zəbt olunmuş ətraf 7 rayonu azad etmək niyyətində olduğu açıq sezilir. Son ay ərzində tərəflər arasında 3 dəfə atəşkəs bağlanmasına baxmayaraq Ermənistan tərəfinin onları pozması nəticəsində rəsmi Bakı öz torpaqlarını azad etmək üçün daha dərin həmlələr edib. Müəllif məqalədə ilk öncə sual verir, “Qarabağ kimindir?” və cavab olaraq beynəlxalq hüquq normalarını əsas gətirərək BMT TŞ 4 qətnaməsini, AŞPA-nın 2005-ci ildə çıxarmış 1416 nömrəli qətnamə, BMT Baş Assambleyasının 2008-ci ildə münaqişəyə dair qəbul olunan sənədlərini oxucuların nəzərinə çatdırır və beynəlxalq hüququn Azərbaycanın tərəfində olması qənaətinə gəlir. B.Vidmaroviç erməni tərəfinin öz ölkəsində monoetnik tərkibi olan cəmiyyət yaradaraq müasir dövrdə tarixi təhriflər ilə münaqişəni öz xeyrinə həll etmək cəhdlərini şübhə və istehza ilə yanaşıb. Məqalədə qeyd olunur ki, Ermənistan ilə Azərbaycan arasında baş verən münaqişə Xorvatiya vətəndaşına əslində çox tanışdır. Belə ki, 90-cı illərdə keçmiş Yuqoslaviyanın dağılması ərəfədə, keçmiş respublikalar bir birlərinə ərazi iddiaları qaldırmış və nəticədə regionda müharibə başlayıb. Daha sonra Ermənistan Baş naziri N.Paşinyanın hakimiyyətə gəldikdən sonra əl atdığı təxribatlar sadalanmışdır. Bildirilmişdir ki, öz hərəkətləri ilə danışıqlar prosesini mənasız edən Ermənistan hakimiyyəti Azərbaycanı seçim qarşısında qoyub. Müəllif Ermənistan tərəfinin döyüşdə uduzaraq hərbi cinayətlər törətdiyini də qeyd etmiş, Gəncə və Bərdə şəhərlərinə ballistik raketlər və kaset bombaları atdığını beynəlxalq təşkilatlar tərəfindən sübut olunmasını oxucuların diqqətinə çatdırıb. B.Vidmaroviç belə qənaətə gəlir ki, Ermənistan son illər geosiyasi baxımından bir neçə mühüm səhvə yol vermişdir. İlk öncə Rusiya ilə Azərbaycan arasında olan münasibətləri yetərincə qiymətləndirməmiş, Rusiyanın müharibəyə tezliklə Ermənistan tərəfində qoşulacağını zənn etmişdir. Bununla yanaşı, Türkiyə faktoruna diqqət ayıran müəllif, son illər Türkiyənin çox gücləndiyini və Azərbaycana görünməmiş siyasi dəstək verdiyini vurğulayıb. Məqalə beynəlxalq siyasət baxımından sözügedən regionda hazırda tək Rusiyanın deyil həm də Türkiyənin güclü təsir imkanlarına malik olması faktını artıq təkzib edilməz sayır. Məqaləni onlayn oxumaq üçün hazırkı keçidlə oxumaq mümkündür: https://www.vecernji.hr/vijesti/za-citav-svijet-karabah-je-azerbajdzan-zasto-se-onda-ratuje-1444140
Tarix: 11-11-2020, 15:10
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı