İrəvan itkilərini necə kompensasiya edəcək? - Ermənistan "arenda"ya verilir
Son illər iqtisadi tənəzzül içində boğulan Ermənistanı koronavirus pandemiyasının təsirləri daha da iqtisadi iflic durumuna saldı, amma alovlanan müharibə diz çökmüş Ermənistan iqtisadiyyatına ölümcül zərbə vurdu.
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, pandemiya canlı orqanizmlərə qarşı sərgilədiyi münasibəti eyni formada iqtisadi sistemlərə də göstərir:
"Sirr deyil ki, canlı orqanizm o vaxt bu virusa dayanıqlı olur ki, onun immun sistemi güclü olsun. Eyni proses iqtisadi sistemlər üçün də keçərlidir. İqtisadi "immuniteti" güclü olan sistem bu pondemiyaya dayanıqlı müqavimət göstərə bilir. Bəzi yüngül fəsadlar yaşansa da, o, ayaqda qalır və öz həyat tsiklini sürdürür. Lakin Ermənistan iqtisadiyyatı kimi kənar mənfi təsirlərə qarşı immuniteti olmayan iqtisadi sistemlər asanlıqla sıradan çıxır. Biz bu simptomları elə düşmən ölkənin timsalında müşahidə etdik. Təkcə cari ilin yanvar-avqust ayları ərzində Ermənistan ÜDM-in səviyyəsində 7%-dək azalma müşahidə edildi. Ölkənin çoxsaylı iri müəssisələri fəaliyyətini dayandırmalı oldu. Ölkə xarici pul transferlərindən asılılığı daha da artdı. Tənəzzül və iqtisadi geriləmə isə siyasi ziddiyyətləri dərinləşdirdi".
İqtisadçı qeyd edib ki, 2020-ci ilin mayına qədər Ermənistanın dövlət borcu 7,4 milyard dollar həddini keçməsi isə Ermənistan iqtisadiyyatının başqa bir rakursdan olan görüntüsünü ortaya qoyur. Nəzərə alıanrsa ki, ötən il bu ölkədə ümumi daxili məhsulun həcmi cəmi 13,67 milyard olmuşdur, onda dövlət borcunun ÜDM-in 54,1%-i həcmində olduğunu görmək olar.
Mütəxəssisin fikrincə, bu, Ermənistan üçün faciəvi faiz nisbətidir.
Müharibənin Ermənistana vurduğu ziyana gəldikdə, iqtisadçı bildirib ki, ziyanın həcminin hesablanması üçün müxtəlif araşdırma mərkəzlərindən və müstəqil ekspertlər tərəfindən cəhdlər olsa da, bu, o qədər də uğurlu alınmır:
"Düzdür, hərbi itkilərin sayı və qiymətləri məlum olduğundan orta statistik olaraq demək olar ki, hər 4-5 döyüş günü ərzində Ermənistanın bir illik büdcəsi havaya sovrulur. Bir aylıq müharibə ərzində isə bu həcmin 5 milyarda yaxın bir məbləğ olduğunu deyə bilərik. Lakin iş bununla bitmir".
E.Əmirov hesab edir ki, bu ölkəyə dəymiş iqtisadi ziyan təkcə hərbi itkilərin məbləğ ifadəsindən ibarət deyil. Müharibə meydanından kənarda gedən proseslər nəticəsində yaranan iqtisadi itkilərın göstəricisi daha böyükdür. Bu isə hazırkı məqamda hesablamaq qeyri-mümkündür. Çünki erməni ekspertlərinin özlərinin elan etdiyi statistikalar belə bir-birindən kəskin fərqlənir. Bunun da səbəbi iqtisadi itki və zərərin yaşandığı sahələrin çoxsaylı istiqamətlərə şaxələnməsidir. Buna görə də fərqli mənbələrdə fərqli iqtisadi zərər ifadə edilir. Digər tərəfdən, Ermənistanda kölgə iqtisadiyyatının çəkisini nəzərə alsaq, orada iqtisadi zərərin hazırkı həcminin hesablanmasının mümkünsüz olduğunu bir daha anlarıq:
"Amma nəzərə alsaq ki, real görünən bir mənzərə var ki, müharibənin sonunda Ermənistan dövləti saxta və həqiqi tarixlərinin ən pisini yaşayacaq. Bu itikiləri Ermənistan necə kompensasiya edə biləcək? Bu vəziyyətdən necə çıxacaq? Bu suallar hələ uzun müddət Ermənistan siyasi rəhbərliyi üçün açıq qalan suallardan olacaq. Düşünürəm ki, istər movcud hakimiyyət, istərsə də onu əvəzləyəcək yeni qüvvələr bu ağır durumdan qurtarmaq üçün donor axtarışına çıxacaqlar. Belə vəziyyətdə olan bir ölkəyə donorluq etmək istəyən tapmaq asan məsələ deyil. Buna görə Ermənistan siyasi rəhbərliyi əvvəlcə Fransadan başlayaraq xarici ölkə və qurumların qarşısında diz çökərək, imdad diləyəcəklər. Fransanın tək başına onu ayağa qaldıra biləciyini də zənn etmirəm. Ona görə də Ermənistan höküməti Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, və ABŞ-ın digər maliyyə qurumlarının qapılarında dilənçiliyi davam edəcək.
Ermənistan mənə sahibi tərəfindən boşaldılmış və qapıları taybatay açıq olan müflis bir mağazanı xatırladır. Ermənistanı vitrinləri boş, döşəməsində bir neçə tapdanmış “etiket” kağızları və 4 lampasından 3-ü xarab olmuş bir mağaza təsəvvür edirəm. Çirkli şüşəsinə yapışdırılmış A4 formatlı vərəqdə isə bu sözlər yazılıb: ""Arenda"ya verilir". Müharibədən sonra bu ölkəni kim arendaya götürəcək və necə işlədəcək, bu artıq məsələnin siyasi tərəfidir.
Tarix: 2-11-2020, 13:59
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı