ABŞ-ın növbəti Prezidenti kim olacaq və onun Azərbaycan siyasəti dəyişəcəkmi?
Ölkəmizdə, ABŞ-da bu ilin noyabr ayının 7-də keçiriləcək Prezident seçkilərində indiki Prezident, respublikaçı Donald Trampa rəqib, demokratçıların namizədi Co Baydenin şəxsi və Azərbaycana münasibəti barədə narahat edici fikirlər mövcuddur. Buna səbəb Co Baydenin “Azərbaycan Ordusunun Qarabağda irəliləyişinin qarşısını almağa, 907-ci düzəlişin tam icrasını təmin etməyə və Azərbaycana hərbi texnikanın satışlarını dayandırmağa” etdiyi çağırışdır. Sözsüz ki, Baydenin ermənipərəstliyinə dair digər məlumatlarda var.İlk baxışda Co Baydenin qələbəsi real görünsə də, ancaq onun ABŞ Prezidenti postuna seçilməsi çox çətin məsələdir.Bunu, hüquqşünas, publisist Vüqar Dadaşov ABŞ-da keçiriləcək Prezident seçkilərinə münasibət bildirərkən deyib.Vüqar Dadaşov qeyd edib:“Heç kəsə sirr deyil ki, indiki ABŞ prezidenti Donald Tramp ənənəvi ABŞ siyasəti aparmadı və hətta Prezidentliyi dövründə ABŞ-da ona qarşı impiçment prosedurana bir neçə cəhd edildi. Onun, ABŞ Prezidenti postuna seçilməsində “xarici müdaxilə”nin olduğu şübhəsi ilə komissiya araşdırmaları və dinləmələr keçirildi. Ancaq, Donald Tramp Prezidentliyi dövründə ən böyük və çətin sınaqlardan üzü ağ çıxmağı bacardı. Baxmayaraq ki, Donald Tramp özünü siyasətçi hesab etmədiyini bir neçə dəfə dilə gətirib. Ancaq artıq məlumdur ki, əsl həqiqətdə Trampın özünə məxsus siyasi baxışı və siyasi gedişləri var.Bir mənalı şəkildə qeyd etmək lazımdır ki, və bu reallıqdır, dünya siyasətinin özəyi və ən başlıca istiqamət verici qüvvəsi məhz yəhudi lobbisidir. Tramp isə yəhudi lobbisi ilə ən sıx əlaqəyə malik dövlət başçısıdır və hətta deyərdim ki, məhz Trampın özü yəhudi lobbisinin bir fiqurudur. Müasir tariximizdə yəhudi lobbisinə, dünya yəhudiliyinə və İsrail dövlətinə Tramp kimi xidmət göstərən ikinci bir siyasi fiqur yoxdur. Trampın ərəb dünyası ilə mübahisəli Yerusəlim şəhərini İsrail dövlətinin paytaxtı kimi tanınmasını elan etdi. Misir, İordaniya, BƏƏ, Baxreyin kimi, aparıcı ərəb ölkələri tərindən yəhudi dövləti İsrailin tanınmasına və onunla diplomatik əlaqələrin qurulmasına nail olan məhz indiki ABŞ Prezidenti Donald Trampdır. Odur ki, Trampın yəhudilərə xidməti olduqca böyükdür və yəhudilər də etibarlı, dürüst millət kimi Trampa qarışlığını verəcəklər.Bir məqamı da xatırlasaq yaxşı olar, ABŞ-da Prezident seçki sistemi ənənəvi seçki sistemindən fərqlidir. ABŞ Prezidentini xalq birbaşa seçmək hüququna malik deyil və Prezidenti Amerika seçki qanunlarına əsasən, xalq arasında keçirilən birbaşa səsvermədə seçilmiş nümayəndələr seçir. Yəni, seçki gününə qədər ştatlar Konqres üzvü sayı qədər nümayəndə seçir. Axırıncı seçkilərdə ABŞ-da bütövlükdə 538 nəfər nümayəndə seçilmişdi. Amerika qanunlarına görə, ABŞ Prezidenti postuna məhz həmin nümayəndələr seçki keçirir və nümayəndələrin yarıdan çoxu yəni, 538 nümayəndənin 270-dən çox səsini toplamış namizəd ABŞ Prezidenti seçilir. Qısası, ABŞ-da Prezidentin kimin seçilməsi əhalidən yox nümayəndələrdən aşlıdır.Bundan əlavə, Tramp ABŞ böyük biznesinin nümayəndəsi kimi, ABŞ-ın 1-ci rəqibi Çinlə iqtisadi müharibədən öz ölkəsinin xeyrinə nəzərə çarpan dərəcədə dividentlər əldə edib. Bundan başqa, Tramp birinci seçki öncəsi verdiyi əksər vədləri həyata keçirib, ABŞ-ın lüzumsuz xarici xərclərini azalda bilib. Dünyada iqtisadi vəziyyətin qeyri stabil olmasına baxmayaraq, ABŞ-da iqtisadi və sosial vəziyyəti yaxşılaşdıra bilib. Geosiyasi baxımdan, Tramp sələflərindən fərqli olaraq dünyada yeni müharibə ocaqları yaratmayan ABŞ Prezidentidir və ABŞ əsgərlərinin dünya hərb meydanında mənasız ölüm saylarının azalmasına və xarici hərbi xərclərinin azalmasına nail dövlət başçısıdır .Yeri gəlmişkən qeyd edim ki, ABŞ-da əhali arasında aparılan sorğuya əsasən, sorğuda iştirak edənlərin 56%-i Trampı yenidən ABŞ Prezidenti görmək istədiklərini bildirib.Odur ki, Co Baydenin növbəti ABŞ Prezidenti seçilməsi gözlənilən deyil. Ancaq, hər bir halda onun seçilməsi reallıq olarsa belə, Azərbaycana qarşı ABŞ-ın apardığı dövlət siyasəti dəyişməz qalacaq. ABŞ-ın kimin ona rəhbər olmasından aşlı olmayaraq Azərbaycanın Cənubi Qafqazda və eləcədə dünya siyasi arenasında önəmi düzgün qiymətləniriləcəyi şübhə doğurmur. Azərbaycanın coğrafi mövqeyi, Avropanın enerji təhlükəsizliyi, tranzit imkanları və Azərbaycanın balanslaşdırılmış dövlət siyasətinə rəğmən, ABŞ-ın Azərbaycana qarşı hər hansı təsir edici və milli maraqlarına zidd siyasət aparacağı və ən əsası da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsində neytral mövqeyinin və siyasətinin dəyişəcəyi gözlənilən deyil.”
Tarix: 31-10-2020, 08:17
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı