Qarabağ savaşı: NATO kimi dəstəkləyir? - GƏLİŞMƏ
NATO rəhbərliyi Dağlıq Qarabağ probleminə münasibətdə Ermənistanı məyus edib. Ermənistan Prezidenti Armen Sarkisyanın NATO-nun Azərbaycanın keçirdiyi hərbi əməliyyatların qarşısını almaq və rəsmi Bakıya dəstək verən Türkiyəyə təzyiq göstərmək barədə xahişi qəbul olunmayıb. NATO-nun Baş katibi Yens Stoltenberq və Ermənistan Prezidenti Armen Sarkisyan Brüsseldə NATO qərargahındakı görüşündən sonra rəsmi İrəvanın təklifi açıq şəkildə rədd edilib. Yens Stoltenberq Qarabağ münaqişəsindən danışarkən deyib:
“Cənab prezidentə NATO-nun bu döyüşlərin bir parçası olmadığını xatırlatdım. Azərbaycan da, Ermənistan da 25 ildən artıq müddətdir ki, NATO-nun dəyərli ortaqlarıdır”.
Baş katib Azərbaycan rəhbərliyi ilə görüşməyə hazır olub-olmadığı barədə jurnalistlərin sualını da cavablandırıb: “Dediyim kimi, hər iki ölkə NATO-nun hörmətli tərəfdaşlarıdır. Tərəfdaş dövlətin başçısı Brüsselə gələrək görüş istədikdə, mənim üçün belə bir görüşün keçirilməsi təbiidir. Azərbaycan Prezidenti İlham Əliyevin səfərinə daha əvvəl ev sahibliyi etdik və onunla yenidən danışmağa hazıram. Ermənistan və Azərbaycan rəhbərləri də daxil olmaqla, müxtəlif tərəfdaş ölkələrin liderləri ilə görüşəndə bu tərəfdaşlığımızın bir hissəsidir. Bu yaxınlarda Ermənistan Prezidenti ilə görüşdüm və belə bir görüş üçün bir müraciət olarsa, Azərbaycan Prezidenti ilə görüş keçirəcəyəm”.
O bir daha qeyd edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin bir hissəsi deyil. Bununla yanaşı, Türkiyə NATO üzrə vacib müttəfiqdir və Alyansın rəhbəri bu mövqeyi Ermənistan Prezidentinin diqqətinə çatdırıb. NATO-nun atəşkəsin pozulması səbəbilə narahat olduğunu vurğulayan Yens Stoltenberq anlaşılmazlıqların bitməsi və sülh yolu ilə həllini tapılmasının vacibliyini qeyd edib.
“Dinc əhalinin hədəf seçilməsi qəbuledilməzdir və dərhal dayandırılmalıdır. Hər kəs daimi bir siyasi həll üçün çalışmalıdır. Ermənistan və Azərbaycan müzakirələrə davam etməlidirlər”, - deyə Baş katib bildirib.
O, NATO-nun ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini dəstəklədiyini qeyd edib və ABŞ-da iki ölkənin xarici işlər nazirləri arasında görüşün keçiriləcəyini alqışladıqlarını vurğulayıb.
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, NATO bu məsələdə strateji tərəfdaşı olan Türkiyənin maraqlarına qarşı zidd getməməyi üstün tutub.
“Ermənistanın Prezidenti Armen Sarkisyanın Azərbaycan və Türkiyədən şikayətçi olaraq NATO Baş katibi ilə görüşməsi və narazılığını bildirməsi, xüsusilə dəstək istəməsi göründüyü kimi mümkün olmadı. İlk növbədə, NATO prosesləri Minsk Qrupu çərçivəsində həllinə dəstək verir. Buna baxmayaraq, NATO prosesdən kənar qalmayıb və siyasi mövqeyini daima ərazi bütövlüyü çərçivəsində qeyd edib. Ona görə də Sarkisyanın Brüsseldə Azərbaycana qarşı mənfi siyasi gediş etməsi mümkün deyildi. Ümumiyyətlə, Türkiyənin fəaliyyətindən narazi olması bu Yerevanın öz planıdır. Düşünürəm ki, regionda Türkiyənin mövqəyinin güclənməsi əsasən NATO maraqlarına cavab verir. Hesab edirəm ki, Türkiyənin NATO üçün strateji əhəmiyyəti var. Bu baxımdan, NATO Ermənistana görə Türkiyəni qurban verə bilməz. Ermənistan Rusiyanın forpostudur və uzun illərdi ki, NATO-ya qarşı ərazisində hərbi bazalar var. Belə olan təqdirdə, NATO Qarabağ və Türkiyə məsələsində Ermənistana dəstək verməyəcək”.
Tarix: 26-10-2020, 08:52
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı