Yasamalın icra başçısı NƏ İSTƏYİR? - ÖZBAŞINALIQ!
Bu günlərdə redaksiyasına maraqlı məlumat daxil olub.
Bizimxeber.az xəbər verir ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsi yerləşən park növbəti dəfə zəbt olunub.
Bundan öncə də bu ərazi zəbt olunacaqdı, hətta dahi yazarın heykəli də aşırdılmışdı. Bakı şəhəri, Yasamal rayonu ərazisində İnşaatçılar və Nərimanov prospektlərinin kəsişməsində (Statistika dairəsi) aparılan yenidənqurma işləri zamanı görkəmli şairMikayıl Müşfiqin abidəsi götürülmüşdü.Sonra Prezident İlham Əliyevin tapşırığı ilə abidə əvvəlki yerinə qaytarılıb.
Görünən odur ki, ölkədə gedən prosesləri, islahatlar dalğasını dərk etməyən və yaxud qulaqardı vuran məmurlar, sahibkarlar hələ də iş başındadırlar.
Belə ki, Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Mikayıl Müşfiqin abidəsi yerləşən parkın ərazisini “EveRest” adlanan restoran zəbt edib. Şikayətçinin dediklərini araşdırmaq üçün ünvana yollandıq və yerində dəqiqləşmə apardıq. Əməkdaşımız şikayətçinin redaksiyamıza ünvanladığı müraciətin həqiqət olduğunu üzə çıxardı.
Eyni zamanda, əldə etdiyimiz məlumata görə binada yerləşən “EveRest” restoranının açıq havada zəbt etdiyi ərazi qeyri-qanunidir və “aylıq haqq” müqabilində işləyir. Məlumatda qeyd edilir ki, “EveRest” restoranının sahibi Mikayıl Müşfiqin abidəsini zəbt etmək, qeyri-qanuni yolla varlanmaq üçün hər ay Yasamal Rayon İcra Hakimiyyətinə 2000 manat məbləğində pul ödəyir.
Məsələ ilə bağlı dünən Yasamal Rayon İcra Hakimiyyətinə rəsmi sorğu vermişik. İcra Hakimiyyəti onlara qarşı olan iddianın əsassız olduğunu isbatlamaq üçün biabırçılığa son qoymalı, parkın qanunsuz zəbt olunan hissəsini azad etməli, vətəndaşların istifadəsinə verməlidir. Əgər heç bir reaksiya olmayacaqsa, o zaman deyilənlər öz təsdiqni tapmış olacaqdır. İstənilən halda, Prezidentin ziyarət etdiyi abidənin ərazisini hansısa restorana icarəyə vermək, sözün elə əsl mənasında harınlıqdır.
Xatırladaq ki, Mikayıl Müşfiqin heykəlinin yarım əsrədək yaşı var və “Azərbaycan Respublikasının ərazisində olan, dövlət tərəfindən qorunan tarixi və mədəni abidələr” siyahısına daxildir.
Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətinə 05 iyul 2021- tarixində rəsmi müraciət etdik. İcra hakimiyyətinin nümayəndəsi redaksiyamızla əlaqə saxlayaraq, obyektin qanunsuz olaraq fəaliyyət göstərdiyini bildirdi: “”EveRest” restoranı icra hakimiyyətindən, Ticarət departamentindən və digər aidiyyatı qurumlardan heç bir icazə almadan park ərazisini zəbt edib və qanunsuz ticarətlə məşğul olub, bu hal aradan qaldırılacaq.”
Biz də redaksiya olaraq 10 gün ərzində ərazini reyd elədik. Gördüyümüz mənzərə isə sözün əsl mənasında Yasamal rayonunda olan dərəbəyliyi, açıq özbaşınalığı ifadə edirdi. Belə ki, restoran park ərazisinin daha böyük hissəsini zəbt edib və daha böyük ticarətə davam edib. Görünən odur ki, şikayətçinin redaksiyamıza ünvanladığı müraciət həqiqətdir və Yasamal icra başçısı son olaylardan sonra Prezidentə qarşı çıxaraq dahi yazarımız Mikayıl Müşfiqi restorana maraq müqabilində “satıb”.
İcra Hakimiyyəti məsələ ilə bağlı məlumatlandırılıb və rəsmi cavablarını da oxucularımıza çatdıracağıq.
Tarix: 3-09-2021, 09:13
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı