ERMƏNİ QOHUMLUĞU OLANLAR VƏZİFƏLƏRƏ NECƏ VƏ NİYƏ GƏTİRİLİB? – Onları bəzi qurumlarda qəsdən “bulağın gözündə” otuzdurublar ki...
Bir çox qurumlarda ayrı-ayrı məmurların törətdikləri cinayətlərə, oğurluqlara, korrupsiyaya, insanlarımızın dövlətdən narazı salınmasına yönələn əməllərə nəzər yetirəndə, istər-istəməz dilimizə “bunu erməni də eləməz” ifadəsi gəlir.
Lakin bir qədər araşdırdıqdan sonra məlum olur ki, bu çirkinliklərin müəyyən bir qismi elə həqiqətən erməni qohumluğu, qarışığı olanların, başqa ölkələrin və qaranlıq qüvvələrin maraqlarına xidmət edənlərin "əlindən çıxır".
Son olaraq, mətbuatda XİN-in maliyyə məsələlərinin tapşırıldığı, nazirliyin maliyyə idarəsinin rəisi olmuş xanımın erməni kökləri barədə məlumat yayıldı.
Həmin məlumata görə, Lamiyyə Canəhmədovanın nənəsi erməni olsa da, uzun illər belə strateji əhəmiyyətli dövlət orqanında maliyyə idarəsinə rəhbərlik edib və quruma büdcədən ayrılan vəsaitlərin talanmasında, bu strateji qurumda korrupsiyanın çiçəklənməsində müstəsna rol oynayıb. Göründüyü kimi, söhbət bir ölkənin XİN sistemindən, onun gəlir və çıxarlarından gedir.
Hələ məsələnin maliyyə və korrupsiya tərəfini bir kənara qoyaq (Ancaq unutmayaq ki, korrupsiyanın özü də vətənə xəyanət qədər ağır cinayətdir və xəyanətin bir növüdür. Çünki dövlətin dayaqlarını sarsıdır-red). Məsələnin bir də təhlükəsizlik, kəşfiyyat, məxfi məlumatların ötürülməsi kimi tərəfləri var. Söhbətin XİN-dən getdiyini nəzərə alsaq, bunun nə demək olduğunu anlamaq çətin deyil...
Bundan bir müddət əvvəl isə Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, deputat, politoloq Cümşüd Nuriyev Azərbaycan gömrüyündəki qanunsuzluğun, özbaşınalığın, monopoliyanın təməlini qoyanlardan biri hesab olunan və bu yolla böyük var-dövlət sahibinə çevrilən Əbülfəz Məlikovun həyat yoldaşının Rusiya Erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyanın bacısı olduğunu bildirmişdi.
“Broker” MMC-nin rəhbəri və uzun illər ölkənin əsas gömrük monopolisti sayılan Əbülfəz Məlikov tərəfindən bu məlumat təkzib olunmadı.
Daha əvvəl isə AMEA Prezidenti Ramiz Mehdiyevin, “Qaçqınkom”-un sabiq rəhbəri Əli Həsənovun, «Azərenerji» Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyevin və yüksək vəzifələr tutmuş, deputat mandatı verilmiş, rektor olmuş, lakin adlarını çəkmədiyimiz daha kimlərin erməni qohumluğuna dair mətbuatda, sosial şəbəkələrdə çoxsaylı məlumatlara rast gəlinib. Özü də bu məlumatların böyük əksəriyyətinin həqiqət olduğu şübhə doğurmur. Belə çıxır ki, Azərbaycanda yaşadığı bildirilən 30 min erməninin az qala hamısının hökumətdə müxtəlif vəzifələrdə yaxın, ya uzaq qohumları var...
Araşdıran olsa, hüquq-mühafizə orqanlarında, ayrı-ayrı nazirliklərin rəhbər strukturlarında, bank-maliyyə sektorunda, hətta orduda da erməni qohumluğu olan çoxlu sayda kadr tapmaq mümkündür. Belə olan təqdirdə kim təminat verə bilər ki, bu şəxslər “5-ci kolon”un təmsilçiləri deyillər və hansısa bir şəbəkə formasında fəaliyyət göstərmirlər?
Bu adamların əsasən hakimiyyət daxilində söz sahibi olan, anti-milli mövqedə dayanan, Moskvaya xidmət edən və “akademik bacarıqlara” malik biri tərəfindən bilərəkdən idarəetmə strukturlarına yerləşdirildikləri də şübhə doğurmur.
Düşmən ermənilərlə bağlıqları olduğundan milli təəssübkeşlikdən məhrum olan bu şəbəkənin təmsilçiləri uzun illər korrupsiyadan tutmuş məxfi məlumatların ötürülməsinə qədər, eləcə də digər vəzifə cinayətlərini törətməklə dövlətin dayaqlarının sarsıdılmasına bilərəkdən, ya bilməyərəkdən xidmət ediblər?
Təkcə yuxarıda adlarını çəkdiyimiz şəxslərin XİN-də və gömrükdəki fəaliyyətini nəzərə alsaq, bunların dövlətə, xalqa qarşı qəsdən törədilən cinayətlərini görmüş olarıq. Böyük ehtimalla, erməni qohumluqları olduğu bildirilən bu adamları həmin qurumlarda qəsdən “bulağın gözündə” otuzdurublar. Bütün bunların məlum qonşumuzun Azərbaycanda yaratdığı şəbəkənin, adı “5-ci kolon” qoyulan yapılanmanın başında durmuş şəxslərin planlı şəkildə həyata keçirdiyi kadr siyasəti olduğu real görünür.
Doğrudur, heç bir erməni qohumluğu olmayanlar arasında da vicdanını pula satanlar kifayət qədərdir. Ancaq qanı ora-bura calanmayanların millətə, onun sərvətinə, yaşayışına bu dərəcədə qənim kəsilməsi ehtimalı azdır...
Məsələn, uzun illər gömrükdəki monopoliyanın bu xalqa, dövlətə, iqtisadiyyatımıza, biznes mühitinə vurduğu ziyanı bəlkə də heç bir erməni raketi, hətta barəsində gecə-gündüz danışılan “İskəndər” də vura bilməzdi. Yaxud, XİN, MTN, ordu, prokurorluq, hüquq-mühafizə orqanları və digər dövlət qurumları olsun.
Onların gözdən salınmasının, “əşşi, bizdə heç vaxt normal dövlət olmayacaq” fikrinin formalaşmasının, bununla da Azərbaycanda dövlətçilik anlayışına zərbə vurulmasının ən effektiv yollarından biri, təbii ki, xalqdan, millətdən uzaq, qanı təmiz olmayan şəxslərin həmin qurumlarda yüksək vəzifələrə çəkilməsi idi ki, buna da yuxarıda qeyd etdiyimiz qüvvə xeyli dərəcədə nail oila bilmişdi.
Təbii ki, erməni qohumluğu olan şəxslərin hamısını xəyanətdə və s. ittiham etmək doğru olmaz. Ancaq ən azından əksər hallarda Azərbaycan dilində danışmağı belə özünə yaraşdırmayan, onu bəyənməyən, özünü bizdən hesab etməyən insanların vətənə, xalqa nə dərəcədə bağlı olduqlarını düşünək. Təbii ki, belələrinin məlum xarici dövlətin kəşfiyyat orqanının əlində asanlıqla alətə çevrilməsi ehtimalı daha yüksəkdir.
Lap tutaq ki, bu şəxslərin hər hansı mütəşəkkilliyi, dövlətə qarşı birgə düşünülmüş qəsdi filan da yoxdur. Hətta bu halda belə, onlara tam güvənmək riskli deyilmi? Olmazmı ki, xüsusilə strateji önəm kəsb edən sahələrə təyinatlarda şəxslərin milli mənsubiyyəti, qan qohumluğu kimi məsələlər nəzərə alınsın? Axı nə qədər arzulasaq da, biz tam müasir, inkişaf etmiş, qayğılardan, təhdidlərdən uzaq hansısa ada dövləti, yaxud neytral Avropa ölkəsi deyilik, əksinə, hər tərəfdən bizə qarşı düşmən mövqedə olan dövlətlər, rejimlərlə əhatə olunmuşuq...
İndi çoxları artıq “5-ci kolon”un başının əzildiyini, onun liderinin prosesdən kənarlaşdırıldığını düşünür. Lakin unutmayaq ki, uzun illər ərzində formalaşan bu şəbəkə bütün strukturlara sirayət edib, o, hələ güclüdür, onun xaricdəki dayaqları və havadarları isə öz yerindədir.
Bu şəbəkənin məhv edilməsi prosesi yeni başlayıb. Onların vəzifələrə necə və niyə gətirildiyinə dair həqiqətlər də yəqin ki, şəbəkə tam məhv edildikdən sonra açılacaq. Ancaq dövlətin bütün strukturlarına öz adamlarını yerləşdirmiş bu xain şəbəkənin ifşasının və məhv edilməsinin heç də asan olmayacağı məlumdur...
Hər halda Azərbaycanın bu çayırdan təmizlənməsinə ən azı Türkiyədə hələ də mübarizə aparılan FETÖ-nün təmizlənməsinə sərf olunan qədər qüvvə və vaxt sərf etməli olacağıq...
“AzPolitika.info”
Tarix: 10-04-2021, 17:11
-
Bu gün, 13:01
Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar VİDEO
-
Bu gün, 12:54
Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir - VİDEO
-
Bu gün, 08:54
Milyonluq məhkəmə işində yeni təfərrüat açıqlandı - Tale Heydərovun ifadəsində nələr var?
-
Bu gün, 08:52
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik