Onun da DURUMU GƏRGİNDİR... - İDDİA
Sabiq briqada komandiri Rövşən Əkbərovun həbsi diqqəti müxtəlif illərdə Azərbaycan Ordusunda baş vermiş cinayətlərə yönəldib. Generalın həbsindən sonra üzə çıxan faktlar çoxsaylı ittihamlara yol açıb.
İstər keçmiş nazir Səfər Əbiyevin vaxtında, istərsə də ondan sonrakı dövrdə əsgər ölümlərinin sayının artması bu sferada cəzasızlıq mühitinin hökm sürməsindən xəbər verir. Ordudakı hərbi cinayətlərə kim göz yumub? Sülh şəraitində əsgər ölümlərinin sayının artmasına görə məsuliyyət daşıyan yüksək rütbəli zabitlərlə bağlı niyə vaxtında tədbir görülməyib?
Yenisabah.az xatırladır ki, orduda baş verən qanunsuzluqlarla bağlı uzun illər mətbuatda silsilə məqalələr dərc olunub. Bu yazılarda ciddi ittihamlar irəli sürülüb, təkzibedilməz faktlar ortaya qoyulub. Hətta dəfələrlə foto və videogörüntülər də təqdim olunub. Müxtəlif dövrlərdə əsgər övladlarını itirən valideynlər mətbuatla paralel olaraq, Azərbaycan Respublikasının Hərbi Prokurorluğuna da müraciət edərək, övladlarının faciəli ölümüylə bağlı şübhələrə aydınlıq gətirilməsini, cinayətkarların cəzalandırılmasını tələb ediblər. Analoji şikayətlərlə bağlı dəfələrlə hərbi prokurorluğun məsul şəxslərinin qəbulunda olan əsgər valideynləri sonradan bu faktları ictimailəşdirməklə diqqəti baş vermiş cinayətlərə yönəltsələr də, uzun illər ərzində heç bir tədbir görülməyib.
Qeyd edək ki, sabiq briqada komandiri Yaşar Aydəmirovun hüquq məsələləri üzrə köməkçisi olmuş Telman Əbilov da orduda çoxsaylı cinayətlərin baş verdiyini bildirib. Bir neçə gün əvvəl mətbuata açıqlama verən Əbilov bu cinayətlərə görə Səfər Əbiyev, Nəcməddin Sadıkov, Rövşən Əkbərov, Xəqani Cəbrayılov, Çingiz Şəfiyev, Mahmud Həmzəyev kimi generalalrın məsuliyyət daşıdığını deyib. Onun sözlərinə görə, general-mayor Mahmud Həmzəyev 2003-cü ildə briqada komandiri olarkən öz əsgərlərinə erməni pozisiyasından kombayn və traktor gətirməyi əmr edib. Qeyri-peşəkar hazırlanmış əməliyyat nəticəsində Füzuli rayonunun Şükürbəyli kəndi istiqamətində onlarla əsgər şəhid olub. Buna rəğmən, faktla bağlı araşdırma aparılmayıb və cinyətkarların cəzalandırılması təmin olunmayıb.
Xatırladaq ki, Respublikanın Hərbi Prokurorluğunun rəhbər şəxsləriylə bağlı irəli sürülən ittihamlar bununla yekunlaşmır. “Tərtər hadisələri” ağır daş kimi başda hərbi prokuror Xanlar Vəliyev olmaqla bu qurumun rəhbər şəxslərinin ayağından asılıb. Hazırda bu sual aktual olaraq qalır: Xanlar Vəliyev niyə orduda baş verən cinayətlərə göz yumub?
Əldə etdiyimiz məlumata görə, bu sualın cavabını təkcə ictimaiyyət deyil, həm də hakimiyyət Xanlar Vəliyevdən tələb edir. Məlumatlı şəxsin sözlərinə görə, müxtəlif dövrlərdə orduda baş vermiş hərbi cinayətlərlə bağlı tədbir görməməsi onun vəziyyətini xeyli ağırlaşdırıb. Xanlar Vəliyevin ətrafındakı dairənin sürətlə daraldığı bildirilir. Ekspertlər tərəfindən proqnozlaşdırılan səs-küylü həbslərin birində Xanlar Vəliyevin də adının keçəcəyi istisna olunmur.
//Yenisabah.az//
Tarix: 8-04-2021, 21:47
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı