Paşinyanın ERATO arvadının son macəraları - "Yerablur"da hər gün qəbir artır
Dekabrın 23-də Paşinyanın həyat yoldaşı Anna Akopyan Facebook səhifəsində “Mənim addımım” partiyası çərçivəsində öldürülən, yaralanan və itkin düşən “Artsax” hərbçilərinin 4750 uşağı üçün Yeni il şənliyi təşkil etmək niyyətində olduğunu yazdı. Amma Akopyanın təşəbbüsü qəzəblə qarşılandı. Ona görə yox ki, Ermənistan və “Artsax” əhalisinin böyük əksəriyyətinin xain hesab etdiyi bir kişinin arvadı xalqın kədəri hesabına “malades” qazanmaq istəyir. Yox. Xalqın qəzəbinə səbəb olan hədiyyələrin 4750 ədəd olması idi. Bu rəqəm İkinci Qarabağ müharibəsində öldürüldüyü ehtimal edilən əsgərlərin sayıdır.
Xatırladaq ki, müxalifət müharibədə ölən və itkin düşənlərin bir çoxunun adını çəkir. Səlahiyyətlilər müharibənin bitməsindən 45 gün sonra nə ölülərin saylarını, nə də əsir götürülən və itkin düşənlərin saylarını açıqlamır. Ona görə də 4750 rəqəmi facebook istifadəçiləri kədər əlaməti olaraq qara bir çərçivədə göstərir. İndi hər şeyi itirmiş, müharibənin nəticəsinə görə cinayət istintaqının predmeti olan (və olacaq) “ali baş komandanın” arvadı bu rəqəmdən Yeni il hədiyyələri hazırlığında isdifadə edir …
Görünən odur ki, 2 il yarımda Paşinyan və onun “Erato”sunun ifrat sinizm təzahürləri də daxil olmaqla hər addımına alışmalı idik. Ancaq işə yaramır və hər dəfə əməlləri şeytanla müqayisə oluna bilən bir insanın nə qədər alçaq və iyrənc olmasına təəccüblənirsən. Çünki hədiyyələrin bu sayda seçilməsi bir təsadüf deyil. Bu, Erato Akobyanın “təbrik” etməyi planlaşdırdığı uşaqların atalarının ruhuna qarşı nümayişkaranə şəkildə bir istehzasıdır. Ehtimal ki, hələ qalıqları tapılmayan və dəfn olunmayanların övladları da bu uşaqların arasındadır.
Nəhəng yara hər vasitə ilə qapadılmaqdadır. “Yerablur”da hər gün qəbir artır. İnsanların əksəriyyəti Yeni il bayramını rədd edir … Akopyanlar üçünsə fərqi yoxdur. Xalqın faciəsindən də dividend əldə etmək istəyirlər.
Elə həmin gün “Artsax”dan olan istifadəçilər sosial şəbəkələrdə Akopyanın Stepanakerti (Xankəndi) şəxsən ziyarət etmək və orada uşaqlar üçün şənlik təşkil etmək niyyətində olduğunu və bu məqsədlə İntibah Meydanında – yarmarka üçün çadır şəhərciyinin qurulduğunu yazdılar. “Xain Paşinyanın arvadı – “Erato”nun rəhbərlik etdiyi dəstə şəhərdəki uşaqlar üçün yeni il hədiyyələri ilə dolu bir stend düzəldəcəklər. Bu tədbiri ləğv etməyinizi qətiyyətlə tələb edirəm. İçərinizdə bir damla ləyaqət və şərəf qalıbsa və itirilmiş uşaqların xatirəsi sizin üçün əzizdirsə, o zaman bu canlıları oradan çıxarmaq üçün əlinizdən gələni edin. Əks təqdirdə sizə xəbərdarlıq edirəm ki, bütün şəhər analarını ayağa qaldıracağam və bunu biz edəcəyik. Hədiyyələriniz başına dəysin. Artıq bizi ələ salmağınıza icazə verməyəcəyik”, – deyə Zakiyan Qarabağdan yazdı.
“Siz Qarabağ xalqını tanımırsınız. İnsanlar, bütün dostlarınıza söyləyin – şənlik, Milad ağacı yoxdur, evdə qalın, vicdan sahibi olun! Ərlə arvad bizi ələ salırlar. Yerabluru çirkləndirdilər və indi Yeni il bayramını pozmağa qərar verdilər. Tədbiri boykot etməliyik”, – deyə başqa bir Stepanakert (Xankəndi) sakini İrina Safaryan yazdı. Müharibə zamanı əla bir fotoqraf kimi tanınan, Stepanakertdəki (Xankəndindəki) Vahram Papazyan Teatrının aktyoru David Kaqramyan yazır: “Xainin ayağının yaralı “Artsaxı”mın torpağına dəymək hüququ yoxdur. Çirkli hədiyyələriniz olmadan da uşaqlarımız üçün Yeni il təşkil edəcəyik”.
“Ermənistan Respublikasının hazırkı Baş nazirinin manqurt həyat yoldaşının şənliyi həqiqi qəzəb və nifrətə səbəb oldu. Taleyin amansız zərbəsi ilə atasız qalan oğulların, övladlarını itirən anaların kədərinə hörmət edərək, bu misilsiz sinizmə qarşı ədalətli etirazımızı bildirməyi təklif edirəm. Yaralarımıza duz səpdiyiniz kifayətdir, gedin…! “, – deyə Sevak Akobyan yazdı.
“Erato” Akopyanın həqiqətən “Artsax”a gedib-getməyəcəyi hələ xəyaldır. Çünki xain ərinin günahları altında işgəncə çəkir, yaralıdır. Bəlkə də bu, xalqın reaksiyasını öyrənmək üçün atılan bir addım idi. Vətənə xəyanət edənlərin həyat yoldaşları açıq şəkildə “Artsax” xalqının onlara münasibətini öyrənməyə çalışdı. Və buna əsaslanaraq getməyə ehtiyac olub-olmadığını öyrənmiş oldu. Şəfqəti bacarmayan, etdiklərinə görə bir utanc və təəssüf hissi belə hiss etməyən, nə vicdanı, nə də qəlbi olmayan, ləyaqətin nə olduğunu bilməyən qeyri-adi insanlar çirkli hədiyyələri ilə “Artsax” xalqının könlünü almağa çalışdılar. Amma bu, alınmadı …
Eyni zamanda, onların bu əməllərinin “Artsax” və bəzi sakinlərlə əlaqəli olduğu ortaya çıxdı. Facebook sosial şəbəkəsində qaldırılan etiraz dalğası, insanların qəzəbi Eratonun şeytani planlarını alt-üst etdi. Stepanakert (Xankəndi) rəhbərliyi bu gün səhər (dünən-red) “şənlik” üçün əvvəlcədən quraşdırılmış avadanlığı sökdü. Çadır-köşklər şəhərin əsas meydanından çıxarıldı. Maraqlıdır ki, paytaxt rəhbərliyi çadırların kimlər tərəfindən qurulduğunu “bilmir”. Belə ki, şəhər bələdiyyə sədrinin müavini Suren Tamrazyan şəhər rəhbərliyinin bu tədbiri təşkil etmədiyini və təşəbbüskarın kim olduğunu bilmir. Meriyadan Anna Akopyanın tədbirinə kimlərin qatılacağı ilə bağlı soruşduqda, “Kimin iştirak etməli olduğunu bilmirəm”, – deyə Tamrazyan bildirib.
Düzü, Akopyan fondunun çadırlarının ən azı 2 gün orda dayandığı üçün “Artsax” rəhbərliyinin bundan xəbərsiz olması inandırıcı deyil. Onlara İrəvandan təlimat verildiyi və Akopyanın və ərinin küfrlü “şənlik” planlarına onların da şərik olduğu gün kimi aydındır. İndi Tamrazyan deyir ki, bizim xəbərimiz yoxdur.
Əlbəttə ki, bu gün Ermənistanın Eratosunun qarşısında heç bir qurum, təşkilat rəhbəri duruş gətirə bilməz. Erato onu müxtəlif yollarla sındırmağı bacarır. Bir anlığa Anna Akopyanın hansı oyundan çıxdığını, ordu komandanlığının qərargahında nələr etdiyini və kimlərlə “isti” münasibətdə olduğunu göz önünə gətirək. Erato çoxlarını əzib, sındıra bilər. Amma erməni xalqıyla istədiyi cür rəftar etməyə onun nə fizioloji, nə də siyasi gücü çatmayacaq.
“Qolos Armeniya”, 25 dekabr 2020.
Tərcümə etdi: KONKRET.az
Tarix: 26-12-2020, 12:30
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı