“Demokrat” Paşinyanın “trol ordusu” - TƏHLİL
Ermənistan dövləti, ümumdünya erməni diasporu və erməni kilsəsi daxilində ciddi böhran yaşanmaqdadır. Uzun illərdir ayrı-ayrı havadarlarının köməyi ilə Azərbaycan torpaqları hesabına ərazilərini bu günə qədər hər on ildən, iyirmi ildən bir genişləndirən ermənilər bu dəfə türkün dəmir yumruğu ilə elə məğlub edildilər ki, ciddi sarsıntı keçirməkdədirlər.
Ermənistan daxilində müxtəlif sosial qruplar, regionlar, siyasi partiyalar arasında qarşıdurma pik həddə çatmaqdadır. Azərbaycan qarşısında ağır məğlubiyyətə düçar olan işğalçı Ermənistanda hakimiyyətə qarşı kütləvi etirazlar baş qaldırıb. Bu fonda erməni KİV-inin məlumatına görə, sən demə, artıq bir müddətdir, Baş nazir Nikol Paşinyan gizli şəkildə özünə “trollardan” ibarət qrup yaradıb. Hakimiyyətin trolları Baş nazirə qarşı sosial şəbəkələrdə etiraz edənlərə qarşı təhqir, qorxutma metodlarından istifadə etməkdədir. Sosial şəbəkələrdə hücuma keçən bu qrup təkcə siyasi müxalifətə qarşı deyil, eyni zamanda Nikol Paşinyana və onun daxili, xarici siyasətinə qarşı çıxan sadə vətəndaşlara, əsgər valideynlərinə və qohumlarına qarşı da aqressiya nümayiş etdirir.
Bu günlərdə ifşa olunan “trol fabriki” Paşinyanın “demokratik siyasətçi” imicinə növbəti zərbə olub. Məlum olub ki, Ermənistanın Baş nazirinin göstərişi ilə trollar məqsədli şəkildə hakimiyyəti tənqid edənlərə qarşı hücuma keçərək onları təhdid etməkdən belə çəkinmirlər. Onlar eyni zamanda müharibə nəticəsində Ermənistana qaçmış “qaçqınları” da hədəfə alırlar. Məlum olub ki, "trol fabrik"lərində işləyən ən sadə işçilərə ayda 160 dollaradək əmək haqqı verilir. Onların bəzilərinin əsas fəaliyyəti gün ərzində "facebook"da 10-15 feyk profil yaradıb, verilən “tapşırıqları” yerinə yetirməkdir. Bəzi məlumatlara görə, Paşinyanın nəzarətində olan "trol fabrik"lərində gündəlik 60-90 min saxta profildən rəqiblərə qarşı hücumlar edilir, əsasən təhqirlər yağdırılır.
Bundan başqa, 168.am media orqanının jurnalistləri Paşinyana yaxınlığı ilə seçilən oliqarx Samvel Aleksanyana məxsus “Mega Mall” ticarət mərkəzinin ərazisində trolluqla məşğul olanların yerləşdiyi ofisdən kompüter avadanlıqlarının daşınmasını üzə çıxarıblar. 168.am saytının məlumatına görə, Aleksanyan özü bu antimilli qurumun fəaliyyətini şəxsən maliyyələşdirib. “Trol fabriki”nin boşaldılmasına Paşinyanın “Mənim Addımım” blokunun deputatı Hayk Sarkisyan rəhbərlik edib.
Bütün bunlar Ermənistanın düşdüyü rəzil durumun bariz nümunəsidir. Dünənə qədər həmrəy erməni düşüncəsindən danışanlar bu gün əsl simalarını hətta öz millətinin Qarabağdan olan nümayəndələrinə belə göstərməkdədirlər. Onsuz da, Sovetlər dövründə olduğu kimi, indi də Qarabağ və Ermənistan erməniləri bir-birilərinə qarşı soyuq münasibət bəsləməkdədirlər. İndiki hadisələrdə isə bu daha aydın hiss olunmaqdadır. Müharibənin nəticələrindən və ərazi güzəştlərindən narazı olan Qarabağdan olan “qaçqınlar” Ermənistanda ciddi nifrətlə qarşılanmaqdadırlar. Onlar Qarabağ ermənilərini Ermənistandan qovmağa qədər təhdid edirlər.
“Youtube”, “WP”, “telegram” və “facebook” sosial şəbəkələrində bir qrup erməni videolar paylaşaraq mövcud vəziyyətin günahını Qarabağ ermənilərinin üzərinə atıb, onları ağır təhqir edib. Ermənistanda müxalif fəal, millət vəkili Ani Samsonyan bu ölkənin Milli Təhlükəsizlik Xidmətinə müraciət edərək Qarabağ ermənilərinə qarşı kampaniyanın arxasında kimlərin dayanmasının araşdırılmasını istəyib. Samsonyan bu trolların 2.5 ildən artıqdır fəaliyyət göstərdiyini qeyd edib.
Deyilənə görə, ilk vaxtlarda trollar ayrı-ayrı kuratorlar tərəfindən idarə olunsa da, hazırda onlara Baş nazirin aparatının ictimai əlaqələr və informasiya mərkəzi rəhbərlik edir. Məlumatlara görə, trol qruplarının digər bir qismi Sorosun İrəvandakı ofisi, bir qismi parlamentdəki və nazirlər kabinetindəki müəyyən adamlar tərəfindən idarə olunur.
Uzun sözün qısası, bu gün Ermənistanda Paşinyan tərəfindən “polis rejimi” qurulub, hansı ki, Baş nazirə qarşı çıxan hər bir vətəndaşa qarşı amansız tədbirlər görməkdədir.
Paşinyan əsl diktator obrazını artıq tam çılpaqlığı ilə ortaya qoyub. Bir neçə gün əvvəl Qarabağda gedən döyüşlərdə övladlarını itirmiş əsgər valideynləri Baş nazirin avtomobil karvanının yolunu kəsməyə cəhd ediblər. İtkin hərbçilərin yaxınları Nikol Paşinyanla danışmağa cəhd göstərsələr də, polis onlara mane olub. Övladlarından xəbərsiz olan əsgər valideynləri üçün belə bir həssas dönəmdə Nikol Paşinyan avtomobili onların üzərinə sürdürərək xalqa qarşı zalımlığını bir daha göstərmiş oldu.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov
Tarix: 30-11-2020, 11:14
-
Bu gün, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Bu gün, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Bu gün, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Bu gün, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Bu gün, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Bu gün, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Bu gün, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Bu gün, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Bu gün, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Bu gün, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Bu gün, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Bu gün, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Bu gün, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Bu gün, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Bu gün, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Bu gün, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Bu gün, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Bu gün, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Bu gün, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Bu gün, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Bu gün, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Bu gün, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Bu gün, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Bu gün, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Bu gün, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Bu gün, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Bu gün, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Bu gün, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
Dünən, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
Dünən, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı