SAXTAKARLIQ: Əvəz Qocayev hansı müharibədə İŞTİRAK EDİB? - Özü Bakıda, adı Qarabağda "döyüşən" məmur...
Azərbaycanda müharibə veteranı adından öz məqsədləri üçün sui-istifadə edən şəxslərin olması barədə uzun illərdir ki, yazılır. Lakin bu problem hələ də həllini tapmayıb. Hətta bu barədə aiddiyyatı qurumların - Müdafiə Nazirliyinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi şəxsləri də narahatlıqlarını dəfələrlə ifadə ediblər.
Rəsmi məlumatlarda qeyd olunur ki, saxta müharibə veteranı adından cəmiyyətin sadə üzvləri ilə yanaşı, yüksək vəzifədə çalışan bəzi şəxslər də yararlanmağa çalışır.
Qlobal.az xəbər verir ki, biorafiyasında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmiş və müharibə veteranı olması qeyd edilən məmurlardan biri də Avtomobil Yolları Dövlət Agentliyinin sədr müavini Əvəz Qocayevdir.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəsmi saytının "haqqımızda" bölməsində qeyd edilib. Lakin Əvəz Qocayev barəsində Agentliyin rəsmi səhifəsində yerləşdirilən bioqrafiyada bəzi ziddiyyətli məqamlar var.
Belə ki, AAYDA-nın rəsmi saytında yerləşdirilən bioqrafiyada onun 1986-1993-cü illərdə Bakı şəhəri, Binəqədi rayonu 102 saylı Mənzil İstismar İdarəsində rəis, 1993- cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil şöbəsində təftiş-mühasib, 1993-1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Tikinti və abadlıq işləri üzrə müavin, 2000-2001-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin Mənzil şöbəsində aparıcı mühəndis-müfəttiş, 2001-2002-ci illərdə "Azəravtonəqliyyat” Dövlət Konserninin Mənzil Təsərrüfat İdarəsində rəis vəzifəsində çalışdığı qeyd olunub.
Bundan başqa, Qocayevin 2002-2003-cü illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsində kompyüter bölməsində rəis, 2003-2008-ci illərdə "Yolnəqliyyatservis” Departamentinin İstehsalat şöbəsində rəis müavini, Reklam şöbəsində rəis, "Yolreklamservis” MMC-də rəis, 2008-2015-ci illərdə "Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin "Avtomobil Yollarının İstismarı və reklam” MMC-də rəis vəzifələrində işlədiyi, 2015- 2017-ci illərdə "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsini müvvəqqəti icra etdiyi, 21 dekabr 2017-ci il tarixindən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin Sədr müavini vəzifəsində çalışdığı bildirilir.
Bioqrafiyadan da göründüyü kimi, Əvəz Qocayevin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda neçənci ildə və hansı döyüş əməliyyatlarında iştirak etməsi qeyd edilməyib.
Əksinə, Ə.Qocayev müharibənin ən kəskin vaxtlarında paytaxt Bakı şəhərində müxtəlif vəzifələrdə çalışıb.
Yerli medianın yazdığına görə, Əvəz Qocayev böyük sərvətlərə malik məmurlardandır. Onun çox sayda villalarının, restoranlarının, fermalarının, biznes xarakterli digər daşınmaz əmlaklarının olduğu deyilir.
Ə. Qocayev indiyədək haqqında yazılan məlumatları təkzib etməyib.
Qarşı tərəf mövqe bildirə bilər.

Tarix: 8-11-2021, 08:48
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı