Vəkil: “Qiymətləndirilmə mübahisələndirilibsə, icraya yönəldilə bilməz”

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, hazırda həbsdə olan Saleh Rüstəmovun yaxınları məmur özbaşınalığına məruz qaldıqlarını bildirirlər. Bu barədə Turan-a keçmiş icra başçısının qardaşı Taleh Rüstəmov bildirib.
Onun sözlərinə görə, Gədəbəydə Səməd Vurğun küçəsində yerləşən və 1957-ci ildə tikilmiş ata mülkünü və Heydər Əliyev prospektində cəmi 17 faiz paya malik olduqları obyekti əllərindən almaq istəyirlər. Bu obyektin 73 faizi Rüstəmovlara aid deyil.
Taleh Rüstəmova görə, məsələnin maraqlı tərəfi budur ki, bu qanunsuzluğu Ədliyyə Nazirliyi yox, Maliyyə Nazirliyi edir: “Neçə vaxt idi icraçılar gəlib-gedirdilər. Amma oktyabrın 27-dən təzyiqlər daha da güclənib. Onların məqsədi evi və obyekti malik olduğu dəyərdən dəfərlərlə aşağı qiymətəndirərərk öz əllərinə keçirməkdir”, Rüstəmov deyib.
Onun sözlərinə görə, evdə üç ailə yaşayır, bununla belə evin tam boşaldılmasını tələb edirlər və bu özbaşınalığa görə məsələni ictimailəşdirib.
Rüstəmov deyib ki, bu qış çağında uşaqları hara yerləşdirəcəyini bilmir və bu şikayətini dinləyən də yoxdur.
Onun deməsinə görə, bu qərar 4 il öncə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən qəbul edilib. Qərarı indi icraya yönəldirlər, 3 milyon manat qiyməti olduğu halda bunu 300-500 min həddində dəyərləndirərək mənimsəmək istəyirlər. “Biz də məhkəməyə verdik ki, məhkəmə qiymətləndirmə aparsın və obyekti ucuz ala bilməsinlər. İndi çalışırlar ki, bu məhkəmə olmasın, İşə Nərimanov Rayon Məhkəməsində baxılmaslı gözlənilir”, – Rüstəmov deyib.
Vəkil Bəhruz Bayramov isə deyib ki, hökmdəki müsadirə ilə bağlı qeyri-müəyyənlik Azərbaycan hökumətinin imicinə ziyan vurur.
Vəkilin sözlərinə görə, obyekt və evin qiymətləndirilməsindən şikayət verib, ona görə də icraat dayandırılmalıdır. Ümumi qiymətləndirilən dəyər 3 milyon manatdan çoxdur. Hazırda iş Nərimanov Rayon Məhkəməsindədir. Odur ki, bu halda iş üzrə icraat dayandırılmalıdır.
Vəkil vurğulayıb ki, yenidən qiymətləndirmə ilə bağlı Qiymətləndirmıə Mərkəzinə sənəd göndərib və proses getdiyi halda müsadirə ola bilməz: “İndi qiymətləndirmədə bizi razı salan müddəalar olmasa, Apellyasiya Məhkəməsinə müraciət edəcəyəm. Kassasiya qaydasında da şikayət olunacaq. Vəkil olaraq qiymətləndirməni mübahisələndirmişəmsə, həmin iş icraya yönəldilə bilməz, icra dayandırılmalıdır”, -vəkil bildirib.
Contact.az
Tarix: 30-10-2021, 00:25
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı