Tağı Əhmədovu vəzifədən edən “sələm işi”... - MƏHKƏMƏDƏ GƏRGİNLİK

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun adı keçən 2 milyonluq dələduzluq işi üzrə məhkəmə araşdırması davam edir.
Bu iş üzrə təqsirləndirilən Səadət Xəlilov, Sahil Abuşov və Qulu Muxtarovdur. Onlardan yalnız Səadət Xəlilov həbsdədir.
İşi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutmalı olan sonuncu məhkəmə prosesi təxirə salınıb.
Buna səbəb eyni zamanda sabiq səfir Eldar Həsənovun cinayət işi üzrə məhkəmə araşdırmasının baş tutması olub. Hakim Zeynal Ağayevin həmin işi araşdıran tərkibdə olduğu üçün proses təxirə düşüb.
Məhkəmədə məlum olub ki, Sahil Abuşov ötən proseslərə gecikdiyi üçün hakim ona sonuncu xəbərdarlığı edib. Bildirib ki, polis nəzarətində olduğu halda növbəti dəfə məhkəmə proseslərinə vaxtında gəlməsə, barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək həbs ediləcək.
Məhkəmə zalında gələn başqa bir şəxs isə İran vətəndaşı olduğunu, həbsdə olan Səadət Xəlilovdan 110 min manat alacağının olduğunu deyib. Onunla Sədaət Xəlilovun yaxınları arasında gərginlik də yaşanıb. Həmin şəxs məhkəmə icraçıları tərəfindən zaldan çıxarılıb.
İş üzrə zərərçəkmiş şəxs AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevdir. Soltan Əliyev və Tağı Əhmədov yaxın dostdur.
Soltan Əliyev deyib ki, təqsirləndirilən Səadət Xəlilov bu hadisə baş vermədən illər əvvəl ona işbirliyi təklif edib. Birlikdə iş görüblər, amma Səadət Xəlilov ona 2 milyon borclu qalıb.
S.Əliyev istintaq zamanı üzləşdirmədə deyib ki, pulu Tağı Əhmədovdan alaraq adı çəkilən şəxslərə faizə verib. Amma sonradan ifadəsini dəyişərək söyləyib ki, Tağı Əhmədovdan pulu borca alıb, Səadət adlı şəxsə iş qurmaq adı ilə verib.
S.Əliyev prokurorun suallarını cavablandıran zaman daha çox “xatırlamıram”, “yadımda deyil”, “dəqiq bilmirəm” kimi ifadələr işlədib.
Bildirək ki, təqsirləndirilən şəxslərdən Sahil Abuşov məhkəmədəki ifadəsində bildirib ki, onlara sələm verən şəxs Tağı Əhmədov olub. O, pulları Yasamalda YAP-ın binasının yanında götürürdüklərini deyib.
Digər təqsirləndirilən Qulu Muxtarov dindirilən zaman bildirib ki, Səadət və Soltan Tağı Əhmədova verilməli olan faizləri gecikdirirdi, buna görə də aralarında problemlər yaranmışdı: “Onların Tağı Əhmədovdan 3 dəfə pul götürdüklərini bilirəm, 200 min manat bir, 850 min manat bir, 750 min manat da bir. Bu söhbətlər əsnasında bir dəfə Səadətə zəng vurub harada olduğunu soruşdum. Dedi, “harada olacam, cəhənnəmdə, Tağı müəllim məni söyüb biabır elədi”.
İstintaq zamanı təqsirləndirilən şəxslərin anten məlumatlarından ortaya çıxıb ki, onlar dəfələrlə YAP-ın Yasamal rayon təşkilatında olublar. Həmin zaman da təşkilatın sədri Tağı Əhmədov olub. Bu söz-söhbətdən sonra Tağı Əhmədov YAP-dakı vəzifəsindən çıxarılıb.
Həmçinin o da məlum olub ki, Tağı Əhmədovla hazırda həbsdə olan Səadət Xəlilov arasında pul mübahisəsinə görə dəfələrlə telefon danışıqları olub.
Xatırladaq ki, Tağı Əhmədov vaxtı ilə “MTN işi”ndə də zərərçəkmiş qismində idi. Tağı Əhmədov maaşından “yığdığı” 3 milyonu MTN generalı Akif Çovdarova verdiyini deyirdi. (musavat.com)
Tarix: 23-10-2021, 23:40
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı