Adil Vəliyev VƏTƏNDAŞA QARŞI... - "İşləri yarımçıq saxladılar, dedilər, pul yoxdur”

"Baxın, icra hakimiyyəti bizi necə vəziyyətə salıb. Taxtadan olan evimizi təmir etmək adıyla sökdü, sonra da "büdcədə pul yoxdur” deyib işləri yarımçıq qoydu. 6 aydan çoxdur ki, evdə ilanlar mələşir, yağış başımıza yağır, məcbur oluram ki, azyaşlı qızımla çıxıb çöldə yatım”.
Bunu Meydan TV-yə Zabrat qəsəbəsinin sakini Semnara Məmmədova deyir.

Semnara Məmmədova Sabunçu rayonu, Zabrat qəsəbəsi, Barat Şəkinski küçəsində yaşayır. Onun sözlərinə görə, illərdir ki, bir hissəsi taxta konstruksiyalı, kiçik, şəraitsiz evdə yaşayırmış. Buna görə dəfələrlə Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət etsə də, qurumdan ona evin təmir-tikintisi üçün vəsait olmadığı bildirilib. Semnara xanım da bir neçə ay əvvəl Prezident Administrasiyasına müraciət edib. Bundan sonra Sabunçu Rayon İcra Hakimiyyəti hərəkətə gəlib və vətəndaşın evinin əsaslı təmirini öz üzərinə götürüb. Ancaq evin taxta konstruksiyalı hissəsini sökəndən sonra vətəndaşa bildirib ki, işi davam etdirməyə pul yoxdur.
İki maşın daş, bir maşın torpaq, 40 kisə sement...
"Mən Prezident Administrasiyasına müraciət edəndə icra hakimiyyətinin bizə göndərdiyi "büdcədə pul yoxdur” məzmunlu məktubunu da əlavə etmişdim. Mənim müraciətimə baxılmışdı və icra hakimiyyətinə məktub göndərilmişdi ki, vətəndaşa kömək edilsin. Bu ilin aprelində icra hakimiyyətinin Zabrat qəsəbəsindəki nümayəndliyindən əlaqə saxlayaraq bildirdilər ki, Prezident Administrasiyasından məktub gəlib, narahat olmayın, evin təmir-tikintisi üçün nə lazımdırsa, edəcəyik. Elə həmin ay iki maşın daş, bir maşın torpaq, 40 kisə sement gətirdilər, dedilər, materiallarla biz təmin edəcəyik, ancaq tikinti işləri üçün özünüz fəhlə tapın. Qonşular köməkləşib evin taxta hissəsini sökdülər, həmin hissəni daşla hördülər. Tikinti materialı tükənəndə icra hakimiyyətinin işçiləri də yoxa çıxdılar”, - şikayətçi deyir.

İcra hakimiyyətinin yarımçıq işi üzündən ailə soyuq qışı yarımtikilidə keçirməli olacaq
Mənbə: Meydan TV
"İşləri yarımçıq saxladılar, dedilər, pul yoxdur”
Semnara Məmmədova deyir, o, sonradan Sabunçu Rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edib, ancaq qurumdan ona bildirilib ki, işləri davam etdirmək üçün büdcədə pul yoxdur: "Mən də bildirdim ki, əgər sizin edəcəyiniz kömək iki maşın daşdan, bir maşın torpaqdan, 40 kisə sementdən ibarət olacaqdısa, evi niyə söküb yerə qoyurdunuz? Əvvəldən bildirəydiniz biz bura qədər sizə kömək edəcəyik, mən yenidən Prezident Administrasiyasına yazardım ki, icra icra hakimiyyətinin təklifi bizi qane etmir. Bütün yayı açıq havada qaldıq, uşağın yatdığı yataqda dəfələrlə ilan gördük, çölə qaçdıq, evdə gecələməyə qorxduq. İndi evin daş hissəsinə sığınmışıq, ora da yağış yağanda suya qərq olur. Uşağı götürüb, gedib qohum evində qalıram, su çəkiləndə qayıdıram”.
Semnara xanım narahatdır. Semnara xanım narahatdır. Deyir, icra hakimiyyətinin yarımçıq işi üzündən ailə soyuq qışı yarımtikilidə keçirməli olacaq: "Qızım azyaşlıdır, bu vəziyyətə düşəndən uşaq tez-tez xəstələnir. Özüm xəstəyəm, həyat yoldaşım günəmuzd fəhləliklə məşğul olub, gündəlik çörəkpulunu zorla qazanır”.
Semnara Məmmədova 1 ay əvvəl yenə Sabunçu Rayon İcra Hakimiyyətindən şikayət edib, işlərin yarımçıq qalması barədə məktub yazıb. Məktubdan səs çıxmadıqda Prezident Administrasiyasının məktublar şöbəsinə müraciət edib. Ona bildirilib ki, məktub aidiyyəti üzrə Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilib:

"Dedilər, Prezident Administrasiyası ilə öz aramızda nə yazıb-pozacağıqsa, özümüz bilirik"
Mənbə: Meydan TV
"Mən icra hakimiyyətiylə də əlaqə saxladım, bildirdim ki, Prezident Administrasiyasından sizə məktub gəlib, niyə tədbir görmürsünüz? Dedilər, Prezident Administrasiyası ilə öz aramızda nə yazıb-pozacağıqsa, özümüz bilirik. Dedim, zəhmət olmasa Administrasiyaya yazacağınız cavabda vətəndaşa etdiyiniz köməyin iki maşın daş, bir maşın torpaq, 40 kisə sementdən ibarət olduğunu da qeyd edin. Mənə hələ də bir cavab verilmir”.
Sabunçu Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qurumun imkanları Sabunçu rayonu ərazisindəki şəhid və qazi ailələrinin mənzil şəraitinin yaxşılaşdırılmasına yönləndirilib. Bununla belə, qurum Semnara Məmmədovanın evinin abadlaşdırılmasına da qismən diqqət ayıra bilib. Gələcəkdə imkan daxilində qurum yenə də köməyini əsirgəməyəcək.
Tarix: 19-10-2021, 08:43
-
Dünən, 23:19
Ağdağ Gips Zavodunun vergi borcu 7 milyonu ötüb
-
Dünən, 23:17
Səday Alıyevə cinayət işi açıldı - Üç milyonluq mənimsəmə
-
Dünən, 23:16
“Salahlı Group“ adlı tikinti şirkəti 50-dən çox vətəndaşı aldadıb - VİDEO
-
Dünən, 23:14
"Arpa işi”ndə 5-ci məhkəmə fiaskosu: İcra başçısı ana-balanı susdurmaq istəyir - TƏFƏRRÜAT
-
Dünən, 23:13
Könül Həmzəyevaya qarşı 300 minlik dələduzluq: məhkəmə başladı
-
Dünən, 23:12
Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
-
Dünən, 23:10
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi Paşazadə Amidi təbrik edib
-
Dünən, 23:08
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
-
Dünən, 22:55
Tərtər RİH başçısı Müstəqim Məmmədov yeni övladı dünyaya gəlmiş Vətən Müharibəsi qazisi İsmayılzadə Elvini təbrik edib
-
Dünən, 22:13
Dövlət İdarəçilik Akademiyası akkreditasiyadan keçə bilmədi –Rektor nazirə zəng etsə də…
-
Dünən, 21:43
Müğənni 1800 dollarlıq çanta alır, alimimiz isə... - VİDEO
-
Dünən, 21:40
Dövlət də pul verir, valideyn də: Təhsilin keyfiyyəti niyə artmır? - HƏQİQƏTƏN DƏ...
-
Dünən, 21:30
Azərbaycanı ağır illər gözləyir... - Əkrəm Həsənovdan xəbərdarlıq
-
Dünən, 21:28
Bakıda məmurun ŞOK görüntüləri yayıldı - Vətəndaşa elə cavab verdi ki... - VİDEO
-
Dünən, 20:57
Aqibət Məmmədovun şirkəti yenə qalib oldu: 4 tender, 29.3 milyon manatlıq sifariş - İcazə verin, şübhələnək...
-
Dünən, 16:44
Nərimanovda qanunsuz tikinti : Rayon rəhbərliyi niyə tədbir görmür? – VİDEO
-
Dünən, 16:34
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirilib
-
Dünən, 15:21
Səbailin icra başçısı inzibati xəta törədib - 2500 manat cərimə oluna bilər
-
Dünən, 15:18
Xankəndini rəsmən QARƏT EDİBMİŞ... - İTTİHAM VAR...
-
Dünən, 13:23
Nazim Tahirov məhkəmələri OYUNCAĞA ÇEVİRİB? - Fərid Əhmədovla İnam Kərimovun MENYUSUNA!
-
Dünən, 13:20
Prezident onu vəzifədən azad etdi - Yeni TƏYİNAT/FOTO/
-
Dünən, 11:43
Sərraf ola bilməyən Sərrafın Bakı həvəsi – Yeni “vəzifə”si bilindi/VİDEO
-
Dünən, 11:22
Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
-
Dünən, 09:59
Öz yazarını seç: Ədəbiyyatın elektron saxtakarlığı
-
Dünən, 09:55
"Avrasiya" Hospitalının sahibinin əmlaklarına həbs qoyuldu
-
Dünən, 09:52
Abşeronda idarə əməkdaşları oğurluğa görə həbs edildi
-
Dünən, 09:46
Bu dəfə “Qızıl top”u o qazandı
-
Dünən, 09:39
Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür
-
26-10-2026, 23:53
TENDER HOQQASI: Bu da Sahil Babayevin “SON SÖZ”Ü... - ÖZ ƏLİ... ÖZ BAŞI...
-
26-10-2026, 16:09
Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı