Ramiz Mehdiyev və kürəkəninin adı MTN işində - Yeni faktlar
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri "Texnikabank” ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevdir.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Etibar Əliyev istintaqa verdiyi ifadəsində göstərib ki, 6 mart 2012-ci ildə MTN-in əməliyyat qrupu tərəfindən heç bir əsas bildirilmədən istintaq baş idarəsinə aparılıb: "Orada həmin idarənin rəis müavini Təhsin Ağayevə və şöbə rəisi Vüsal Ələkbərova təhvil verildim. Elə həmin gün barəmdə cinayət işi başlandı, həbs olundum”.
Zərərçəkmiş şəxsin sözlərinə görə, 2012-ci ilin avqustunda həbsdə olduğu vaxt Vüsal Ələkbərov və Təhsin Ağayevin göstərişi ilə dəfələrlə təcridxanadan onların xidməti otaqlarına aparılıb:
"Orada Vüsal və Təhsin təklikdə söhbət zamanı iş yerimdə aparılan axtarış zamanı digər sənədlərlə birlikdə həyat yoldaşım Esmira Bayramovanın adına olan Akademik Həsən Əliyev küçəsi, 63 ünvanında yerləşən 5 mərtəbəli evin sənədləri, yeni qeydiyyat vəsiqəsi də götürüldüyü, rəhbərliyin göstərişinə əsasən həmin evi onların dediyi adamın adına rəsmiləşdirilməli olduğumu, əks halda oğlum Kəramətin də barəsində cinayət işi başlanacağını və bu barədə kifayət qədər material olduğunu bildirdilər.
Vüsalın və Təhsinin təklifini birmənalı olaraq rədd etdim. Lakin növbəti günlərdə mənə təzyiq göstərmək məqsədilə oğlum Kəraməti demək olar ki, hər gün istintaq baş idarəsinə çağırılaraq incidildiyini, psixoloji təzyiqə məruz qaldığını öyrəndim”.
Etibar Əliyev deyib ki, həmin vaxtlar idarə rəisi Mövlam Şıxəliyev də onu şəxsən qəbul edib: "Mövlam Şıxəliyev rəhbərliyin göstərişinə əsasən həmin evin onların adamına verilməli olduğunu ciddi şəkildə bildirdi. Mövlam Şıxəliyevdən evi kimə və niyə verməli olduğunu soruşdum. O, tələbin belə olduğunu dedi.
Növbəti günlərdə Təhsin Ağayev öz xidməti otağında məni oğlum Kəramətlə görüşdürdü. Vüsal Ələkbərov da bizim yanımız da idi. Oğlumun çox gərgin, sıxıntılı olduğunu gördüm. Fiziki cəhətdən çox zəifləmişdi. Bütün bu təziyqlərə davam gətirməyərək, evi verməyə razı oldum”.
Etibar Əliyev qeyd edib ki, 2012-ci ilin sentyabrında Vüsal Ələkbərov 6 saylı notariat kontorunun notariusu Ərəstun İmanovu təcridxanaya çağırıb: "Təcridxananın rəisinin otağında Ərəstun mənimlə şəxsən görüşdü. Evin satılmasına etiraz etmədiyim barədə Ərəstunun təqdim etdiyi ərizəni və notariat kitabında qrafanı imzaladım. Bundan sonrakı vaxtlarda vəkilimin çatdırdığı məlumatlardan və Vüsal Ələkbərovun deməsindən həmin evin həyat yoldaşım tərəfindən 3.000.000 manata satıldığını eşitdim. Amma kimin adına alqı-satqı edilməsindən xəbərim olmayıb. Həmin vaxtdan sonra Kəramət daha MTN-ə çağırılmadı”.
Etibar Əliyevin sözlərinə görə, nəhayət, 2012-ci ilin noyabrın 16-da həbsdən azad olunub: "Mən həbsdən buraxılanda Mövlam Şıxəliyevlə görüşdüm. Ona "evimi əlimdən almaqda düzgün iş görmədiz” dedim. Mövlam isə bildirdi ki, mənlik deyil, nazirlə danışarsan, onun xəbəri var. Həbsdən azad olunduqdan sonra evi alqı-satqı yolu ilə Eldar Ələkbərov adlı şəxsə 11 sentyabr 2012-ci il tarixli müqavilə ilə 3.000.000 manata satdırdıqları, oğlum Kəramətin isə bankdan götürülmüş pulu Vüsal Ələkbərov və Təhsin Ağayevə MTN-in inzibati binasına yaxın ərazidə verdiyini öyrəndim.
Həmin ərəfələrdə şikayət etməyə qorxdum. Çünki Eldar Mahmudovun rəhbərliyi ilə MTN-in məhkəməyə təsir edəcəyindən qorxdum. Eldar Mahmudov, Mövlam Şıxəliyev, Təhsin Ağayev və Vüsal Ələkbərovun bu cür qanunsuzluqlarla axır-əvvəl ifşa olunacaqlarına əmin olduğum üçün gözləmə mövqeyi tutdum”.
Etibar Əliyev deyib ki, həbsdən azad olunduqdan sonra 2015-ci ilədək dəfələrlə MTN-ə Mövlam Şıxəliyevin otağına gedib: "Ondan bəraət almağıma kömək etməsini istədim. Mövlam mənə kömək edə bilməyəciyini, bəraət alsam, Vüsalla Təhsinin tutulacağını dedi”.
Etibar Əliyev bildirib ki, həbsdən çıxdıqdan sonra qeyd olunan ev sonradan etibarnamə əsasında Rizvan Hacıyev ad və soyadlı şəxsin adından 2014-cü ildə Nazilə Rüstəmova adlı şəxsə satılıb: "Nə Eldarı, nə Rizvanı, nə də Naziləni tanımışam.
Nərimanov rayon Məhkəməsi 24 noyabr 2016-cı ildə evin bizə qaytarılması barədə qərar qəbul etdi. Cavabdeh tərəf apelyasiya şikayəti verdi, Bakı Apelyasiya Məhkəməsi də onların xeyrinə qərar qəbul etdi. Amma Ali Məhkəmədə olan zaman tanışım, əvvəllər işçim olmuş Anar Həmzəyev mənə müraciət etdi, Eldar Ələkbərov onun qohumu olduğunu, obyekti Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin adamına satıldığını, buna görə də imkan varsa iddiamdan imtina etməyimi xahiş etdi.
Anar Həmzəyev məni İlhamla elə Həsən Əliyev küçəsindəki "Dəniz incilər” restoranında görüşdürdü. Görüş mənim iddiadan imtina ərizəmdən bir-iki gün əvvəl baş tutmuşdu. Söhbət zamanı İlhama razılıq verdim və buna görə də kasasiya instansiyası evlə bağlı Nazilə Rüstəmovanın xeyrinə qərar çıxardı.
Sonradan başa düşdüm ki, evi məhz Anar Həmzəyevin özü və ya qohumları alaraq Eldar Ələkbərovun adına rəsmiləşdirib. Buna görə Anar Həmzəyev özü də ortalığa düşərək məni fikrimdən çəkindirmək üçün İlhamı həmin görüşə gətirib”.
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Əliyev və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işi üzrə 32 iş adamı zərərçəkmiş qismində tanınıb.
Tarix: 8-10-2021, 21:24
-
Bu gün, 13:01
Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar VİDEO
-
Bu gün, 12:54
Yüksək gərginlikli elektrik xəttinin altında yaşayış binası tikilir - VİDEO
-
Bu gün, 08:54
Milyonluq məhkəmə işində yeni təfərrüat açıqlandı - Tale Heydərovun ifadəsində nələr var?
-
Bu gün, 08:52
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu hər instansiyada uduzur, yenə Ali Məhkəməyə üz tutur
-
Dünən, 22:59
Tərtər rayonunda kənd təsərrüfatının inkişafına dair Qərargahın ilk iclası keçirilib
-
Dünən, 22:13
“Quru sərhədlər bağlıdır, turizm potensialından danışırlar” – Natiq Cəfərli
-
Dünən, 18:36
“Çoban Bulağı” mənimdir, Mövlam Şıxəliyev əlimdən almışdı - MƏHƏMMƏD BALAQADAŞOVLA BAĞLI OLAYIN SƏBƏBİ BƏLLİ OLDU
-
Dünən, 18:33
Hikmət Babaoğlu və Elman Nəsirov arasında nə baş verib? - VİDEO
-
Dünən, 18:28
“Nüvə silahından söhbət gedə bilməz” - Çin Rusiyaya hansı xəbərdarlığı edib?
-
Dünən, 18:18
"İnsanların həyatına qənim kəsilmisiniz?" - ETİRAZ VAR!
-
Dünən, 14:48
Azərbaycanda 1 milyon dollardan çox sərvəti olan neçə nəfər var?
-
Dünən, 14:44
Nurəddin Mustafayevin himayə etdiyi quldurluq: Nazirə və Ali Məhkəmə sədrinə İMDAD MÜRACİƏTİ! - Aldadılmış sahibkar İNTİHAR HƏDDİNDƏ...
-
Dünən, 13:29
Katz: “İrana zərbə endirməyə hazırıq”
-
Dünən, 13:25
"Kristal"dan ev almaq istəyənlər niyə 100 ölçüb, 1 biçməlidir? - Alıcıların əsas şikayətləri
-
Dünən, 12:27
“Poz-Qazan”da bəxtəvər olmaq şansı neçə faizdir? Beş milyonda bir…
-
Dünən, 12:18
Yas məclisləri ilə bağlı XƏBƏR - Bakıda tətbiq edilməyəcək
-
Dünən, 12:08
108 il sonra Ərdoğan təkrarladı, yunanlar heyrətə gəldi: Xamenei detalı
-
Dünən, 11:46
İki qardaş ölkələrin cəmi ixracatı dünyanın ən kiçik -cırtdan dövləti olan Sinqapurun ixracatından iki dəfə azdır
-
Dünən, 10:10
İlqar Bayramlının "paslanmış, cürümüş" Peşə Liseyi - Arzu Əliyeva kimdir?
-
Dünən, 10:01
“Heç bir MTK vətəndaşın evini özbaşına sökə bilməz” - “Bizim Ev” MTK sökə bilər...
-
Dünən, 09:58
“QARA QİTƏ” UĞRUNDA ÖLÜM-DİRİM SAVAŞI... – Mineral resurslar bazarını kim ələ keçirəcək?
-
9-07-2026, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
9-07-2026, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
9-07-2026, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
9-07-2026, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
9-07-2026, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
9-07-2026, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
9-07-2026, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
9-07-2026, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
9-07-2026, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik