"Bu gün Hacı adı çəkiləndə Tovuz quşu kimi bəzənənlər və ora-burasını açanlar yada düşür”
“İnsanların bu dəqiqə beyni, düşüncəsi, bütün amalı məqsədi madiyyata yönəlib. Buna görə də insanları qınamaq olmaz. Çünki ayağını hara atırsan pul istəyirlər. Səhiyyəmiz pullu, yaxşı həkim pullu, yaxşı təhsil, bağça pulludur”
Bunu Moderator.az-a açıqlamasında telejurnalist Rövşanə Ağasəfqızı deyib. Aparıcı bu gün maddiyatın hər şeyi üstələdiyini bildirib:
“İndi elə bir vəziyyətdir ki, əslində heç kimi də qınamıram. İncəsənət sanki can üstündədir, musiqimiz yavaş-yavaş ölür. Burda artıq kiminsə üzərinə getmək də olmur. Məsələn, bəstəkarın üzərinə gedəcəksən, deyəcək ki, “mən belə mahnı yazıram və bunda da çörəkpulu yoxdur”. Musiqiçinin, müğənninin üzərinə gedəcəksən, deyəcək ki, “burda pul var?” Yəni mən bunların şahidi olmuşam, bunu mənə kimsə deməyib. Uzun illərdir efirlərdə belə insanları görmüşəm. Verilişdə deyirsən ki, gözəl bir əsər, xalq mahnısı oxu. Deyir ki, “bu mahnını oxusam, mənə pul gətirməyəcək”. İnsanların bu dəqiqə beyni, düşüncəsi, bütün amalı məqsədi maddiyata yönəlib. Buna görə də insanları qınamaq olmaz. Çünki ayağını hara atırsan, pul istəyirlər. Səhiyyəmiz pullu, yaxşı həkim pullu, yaxşı təhsil, bağça pulludur. Yəni hətta ayağını bir az yanlış atanda belə belində pul cəriməsi var və sən bunları verməlisən. Evinə gələndə övladın gözünü üzünə dikir və səndən nələrisə istəyir. Çünki yaşam bahalıdır. Yəni qazancınla xərcin bir-birini ödəmir. Mən çox istəyərdim ki, musiqimiz, ədəbiyyatımız, sənətimiz çox gözəl inkişaf etsin və bu inkişafın arxasında baxırsan ki, maddiyat hər şeyi üstələyir. Bu isə təəssüf doğuran məqamdır. Yəqin ki, pandemiyadan sonra bu sahədə ciddi islahatlar aparılmalıdır”.
Aparıcı bu gün bahalı maşın və ev hədiyyə edilən dırnağarası müğənnilərdən də danışıb. Onun sözlərinə görə bu hədiyyələrin sənətlə heç bir əlaqəsi yoxdu:
“İyirmi beş ildir ki, səhnədəyəm və özümü heç də yaraşıqsız aparıcı hesab etmirəm. Çünki heç bir əməliyyat keçirməmişəm, o “broyler gözəlləri” dediyimiz gözəllikdən istifadə etmədən hər zaman səhnədə, efirdə olmuşam. Ən bahalı hədiyyə isə mənə “duxi” olub. Nə maşın, nə də ev hədiyyə olmayıb və hesab edirəm ki, belə hədiyyələr də boşu-boşuna adama verilməz. Çünki baxırsan ki, heç bir sənəti yoxdur, bu adamın oxuduğu bir şey deyil və deyir ki, sənətimə görə mənə bahalı maşın hədiyyə ediblər. Bu isə bir növ uşaq başı aldatmağa bənzəyir. Axı tamaşaçıların gözü tərəzidir. Hər şeyi çox yaxşı görürlər, duyurlar. Çıxıb yalandan, riyakarcasına bunu demək düz deyil axı. Tutalım bunu böyük bir sənətkar desə, hardasa inandırıcı görünə bilər. Bu da bir-iki tanınmış sənətkarımızda ola bilər. Amma baxırsan ki, əndamını kameranın qabağında fırladır, göz-qaş oynayır, bədən dili danışır, nəinki ifası, səsi, qabiliyyəti. Sonra da deyir ki, mənə sənətimə görə bahalı avtomobil və ev hədiyyə ediblər. Heç olmasa sənətimə görə demə. De ki, gözəlliyimin vurğunu olanlar mənə bunları hədiyyə ediblər. Yəni heç olmasa sənəti gözdən salmayın. Çünki sabah kimlərinsə balaları, qəşəng səsi, təhsili olanlar bu sənətə gələndə oxuyurlar və görürlər ki, bunların sənətinə heç avtomobil, ev verən yoxdur. Söhbət dövlətdən yox, şəsxi şeylərdən gedir. Onda deyirlər ki, bəs filankəs bunları necə qazanıb? Başlayırlar başqa nüanslara toxunmağa və sənət də gözdən düşür. Ümumiyyətlə, incəsənət aləmində çox ciddi islahatlar aparılmalıdır. Dəyişikliklər olmalıdır, bu biabırçılıqdır. Başlı-başına qoymaq əməlli-başlı xaos yaradır. Bu gün bizim xaricdən gələn qonaqlarımızın qarşısına və böyük tədbirlərə çıxarası gənclərimiz demək olar ki, yoxdur. Burda muğam ifaçılarımızı nəzərdə tutmuram”.
Aparıcı Hacı adının bəziləri tərəfindən gözdən salındığını deyib və hətta bununla bağlı tədbir görülməsi üçün müvafiq qurumlara da müraciət edib:
“Bəzilərinə hətta ifaçı deməyə də adamın dili gəlmir. Bunlar heç nəyi bacarmırlar. Kimlərinsə hesabına bir-iki toya gedirlər və efirə çıxıb Hacıdan danışırlar. Hacı adını bu qədər urtavtsız etmək olmaz. Vallah ayıbdır. Mən çox istəyirəm ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla bağlı tədbir görsün. “Mənim Hacım var və filandı”-demək ayıbdır, bir abrınız olsun. Varındı, lap yaxşı, özün üçün saxla. Dəqiqə başı efirə çıxıb Hacıdan danışmaq ayıbdır. Burda Hacıların özündə də günah görürəm ki, əgər o, doğrudan da Hacıdırsa, niyə rəvac verir ki, qadın efirə çıxıb Hacı adını bihörmət, urvatsız etsin. Biz ömür boyu gözümüzü açıb görmüşük ki, Həcc ziyarətinə gedən din adamlarına hörmət əlaməti olaraq Hacı deyiblər. Amma bu gün hardasa Hacı adı çəkiləndə baxırsan ki, Tovuz quşu kimi bəzənənlər, durna kimi gözünü-qaşını süzdürənlər və orasını-burasını açanlar yada düşür. Təəssüf edirəm. Buna da səbəbkar elə Hacıların özüdür ki, yanında olan xanıma imkan verir ki, efirdə adını hallandırsın. Adam artıq bilmir ki, Hacı hansı məssəbə qulluq edir. Bir sözlə, elə şeylər var ki, onları açıb-ağartmaq iyrənc görünür. Hər şey etmək olar, amma urvatsız etmək olmaz”.
Tarix: 26-02-2021, 09:48
-
Bu gün, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Bu gün, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Bu gün, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Bu gün, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Bu gün, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Bu gün, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Bu gün, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Bu gün, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Bu gün, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Bu gün, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Bu gün, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Bu gün, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Bu gün, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
Dünən, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
Dünən, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
Dünən, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
-
Dünən, 22:47
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur - Naxçıvanda isə kassalarda bilet tapılmır
-
Dünən, 22:37
Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər
-
Dünən, 17:09
Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
-
Dünən, 17:08
Tramp “Ərdoğanı qoymadım” dedi, sui-qəsd çağırışı edildi – Ankarada nə baş verir?
-
Dünən, 16:57
Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə hökm oxundu
-
Dünən, 16:54
AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?
-
Dünən, 16:52
YAP-ın Xaçmaz təşkilatının sədrinin saxlanılması xəbəri yayılıb - YENİLƏNDİ
-
Dünən, 16:42
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
-
Dünən, 16:41
Sahibkarlığa "unikal" dəstək - İcra hakimiyyəti sahibkara belə "dəstək" olur
-
Dünən, 16:35
Politoloq - "Müctəba Xameneinin görünməməsi İranda hakimiyyət balansı ilə bağlı suallar yaradır"
-
Dünən, 11:28
Rayon rəhbəri Ələsgərli kəndində tingçilik təsərrüfatı ilə tanış olub
-
Dünən, 10:56
Eko Park" MTK davaya səbəb oldu, Zakir Fərəcovun da adı hallandı - VİDEO
-
Dünən, 09:31
Milli mentalitet bizi necə məhv edir?
-
Dünən, 09:02
Məmurlar və deputatlar niyə Azərbaycanda yığılan “Niva” və “Chevrolet” sürmürlər? - AÇIQLAMA