Bu universitet 3,3 milyona İT avadanlıqları alır - DETALLAR

Elm və Təhsil Nazirliyinin tabeliyində Dövlət Neft və Sənaye Universiteti İT avadanlıqları alacaq.

Plat.az xəbər verir ki, qurum bununla bağlı “Ultra Technologies” MMC ilə müqavilə bağlayıb.

Müqaviləyə görə, şirkətə 3 milyon 354 min 291 manat ödəniş ediləcək.

Qeyd edək ki, 2000-ci ildə qeydiyyata alınan “Ultra Technologies” MMC-nin nizamnamə kapitalı 1000 manat təşkil edir. Şirkətin qanuni təmsilçisi isə Zaur Məmmədzadə Arif oğludur.

Tarix: 9-10-2026, 10:51
Xəbəri paylaş



Xəbər lenti