
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) strukturuna daxil olan "SOCAR Downstream" şirkəti Konqo Milli Neft Şirkəti (SNPC) üçün layihənin idarə edilməsi üzrə məsləhətçi (PMC) seçilib.
"Report" xəbər verir ki, bunu "SOCAR Downstream"in idarəedici direktoru Emil Alxaslı bildirib.
Bununla da Konqodakı "CORAF" neft emalı zavodunun (NEZ) genişmiqyaslı modernləşdirilməsi çərçivəsində Pre-FEED mərhələsi - ilkin layihələndirmə və məqsədəuyğunluğun qiymətləndirilməsi mərhələsi - rəsmən başlayır.
Bu layihə SOCAR və SNPC ("CORAF" NEZ-in sahibi) arasında tərəfdaşlıq əlaqələrinin dərinləşdirilməsi kontekstində həyata keçirilir.