Xətai sakinlərindən narazılıq- Tullantılar yandırılır, tüstü mənzillərə dolur - VİDEO

Ərazidən saxlanılan tullantılar stadionun ərazisində toplandığı və daha sonra yaxınlıqdakı binaların qarşısında yandırıldığı iddia olunur.

Bizimesr.az  Xəzər TV-yə xəbər verir ki, şəhərin Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsi, 42-46 ünvanında yaşayan sakinlər yandırılan tullantıların tüstüsünün mənzillərinə dolduğunu bildirir.

Sakinlərin dediklərinə görə, bu hal daha çox davam edir və tez-tez təkrarlanır. Şikayətçilər iddia edirlər ki, zibillər ərazi üzrə Mənzil-Kommunal İstismar Sahəsinin üzərindən ora daşınır və yandırılır.

Qarşı tərəf bu iddiaları təkzib edir. 99 saylı Mənzil-Kommunal İstismar Sahəsinin istehsalçısı Azər Nəhmədovun rəyinə görə, tətillə qeyd olunan tonqal qalanıb. O bildirib ki, tullantı maşın daxil ola bildiyi üçün zibillər aşkar olaraq saxlanılır toplanır və daha sonra daşınır. Stadion ərazisində tullantıların yandırılması və bunun tez-tez baş verməsi ilə bağlı iddiaların olması əsassız olduğu qeyd olunub.

 

Tarix: 15-03-2026, 14:58
Xəbəri paylaş



Xəbər lenti