"Yardımın dayandırılması və kartlarının bloklanması səhv və həm də çox ədalətsiz qərarlardır" - deputat

İqtisadçı millət vəkili Əli Məsimli Moderator.az-a bu dəfəki açıqlamasında pandemiyanın nəticələrindən əziyyət çəkən əhalinin mövcud durumu və hökumətin yubanmadan atmalı olduğu antiböhran tədbirlərinə işıq salıb:
"Azərbaycanda həyata keçirilən sosial layihələr bu il COVID-19 pandemiyası ilə əlaqədar olaraq yeni paketlər əlavə edilməklə daha geniş planda həyata keçirilir. Bununla belə bizə olan müraciətlərə və onların araşdırılmasına əsasən demək olar ki:
Birincisi, işsiz və imkansız vəziyytə düşmüş 600 min insane 190 manatlıq social paketin verilməsi,aztəminatlıların xeyli hissəsinin düşdüyü durumu müəyyən dərəcədə də olsa yumşaltmağa imkan verdi. Bununla belə bir sıra hallarda həqiqətən 190 manata ehtiyacı olanlar kənarda qaldı, başqaları həmin sosial layihədən faydalandılar. Aprel-may aylarında belə ədalətsiz hallara görə daha çox 190 manatın verilməsinin elektron sistemi günahkar idisə, ondan sonrakı hallara görə artıq aidiyyəti orqanların birbaşa məsuliyyət daşıyır.Ona görə də 190 manatlıq yardımın verilməsinin elə ədalətli mexanizmi qurulmalı idi ki, o pulu həqiqətən buna real ehtiyacı olan alsın.
İkincisi, elə hallar olub ki, sosial yardım alan şəxs növbəti ayda işə düzəlməsə də, həyatında bu yöndə heç bir dəyişiklik baş verməsə də, xeyli belə insana ikinci dəfə 190 manat verilməsindən imtina edilib.
Üçüncüsü, Milli Məclisdə və KİV-lərdə dəfələrlə əsaslandırılmış şəkildə qaldırmağımıza baxmayaraq, kiçik torpaq sahəsi olub, bir sıra səbəblərə görə istifadə edilməyən və istifadə ediləndə də adambaşına aylıq gəliri 2020-ci il üçün ehtiyac meyarı kimi təsdiq edilən 160 manatdan aşağı olanlara əvvəlcə bir neçə aylıq 190 manatlıq sosail paketin verilməsi və sonradan konkret vəziyyətdən asılı olraq ÜSY, sosial iş və ya özünüməşğulluq proqramlarına cəlb edilməsi problemi öz həllini tapmadı.
Dördüncüsü,190 manatı vaxtında kartından çıxarmayan vətəndaşların kartı bloklandı. Hesab edirik ki, həm heç bir əsas olmadan insanlara ikinci ay yardım edilməməsi, həm də 190 manatı kartdan çıxarmayan vətəndaşların kartlarının bloklanması səhv və həm də çox ədalətsiz qərarlardır. Həmin iki ədalətsiz qərarın nəticələri araşdırılmalı, bununla bağlı ziyan çəkən vətəndaşların 190 manatı özlərinə qaytarılmalıdır.
Beşincisi, sərtləşdirilmiş karantin rejimi avqust ayının 5-dək davam etməsi səbəbindən belə şəraitdə imkansız vəziyyətdə qalan insanlara heç bir tərəddüd etmədən 190 manatlıq birdəfəlik ödəmələrin verilməsi də davam etdirilməlidir. Çünki aztəminatlı və işsiz qalan insanların vəziyyəti həqiqətən çox ağırdır,onlara tərəddüd etmədən real kömək göstərmək lazımdır.
Altıncısı, bir neçə aylıq 190 manat yardım alandan sonrakı dövrdə də insanların dolana bilməsi üçün görülən tədbirlər arasında ictimai iş yerlərinin sayının 38 mindən 90 minə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu sahədə birinci tam şəffaflıq olmalıdır ki, həqiqətən deyilən sayda ictimai iş yerlərinin açılması və nəzərdə tutulan pulun həmin insanların alması barədə müvafiq məlumatlar ictimaiyyət üçün əlçatan olsun. İkincisi, işsizliyin ciddiləşdiyi bir məqamda hələ də ictimai iş sahəsində 25 min iş yeri vakansiyası qalmaqda davam edirsə, deməli, həmin vakansiyaların da real iş yerlərinə çevrilməsi üçün əlavə tədbirlərə ehtiyac var. Fikrimcə, insanların 250 manatlıq işlə müqayisədə 190 manatlıq birdəfəlik müavinətə üstünlük vermələrinin səbəbi xeyli dərəcədə önların işə ehtyacların olmaması yox, maaşın məbləğinin çox aşağı olmasıdır. İnsanların həmin işlərə cəlb edilməsini stimullaşdırmaqdan ötrü nəzərdə tutulan 250 manatlıq maaş artırılmalıdır. Çünki o işə gedən adamın işdəki günorta yeməyinə sərf etdiyi puldan əlavə ona da nəsə qalmalıdır ki, 190 manat yardım almağa almağa yox, ictimai işə düzəlməyə üstünlük versinlər.
Sadaladığımız həmin tədbirlərin kompleks şəkildə həyata keçirilməsi həm hökumətin bu il həyat keçirdiyi sosial paketin keyfiyyətinin yaxşılaşmasına və deməli bu sahədə mövcud olan narazılıqların aradan qalxmasına səbəb olar, həm belə yardımların real ünvanlığının gücləndirilməsinə, həm də pandemiya ilə əlaqəli işini, gəlir mənbəyini itirib çıxılmaz vəziyyətdə qalan insanların düşüdüyü durumun xeyli yumşaldılmsına səbəb olar.
Tarix: 29-07-2020, 08:06
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)