Ramiz Mehdiyev bu qurumların ləğvinin qarşısını niyə aldı? – Prezident sərəncam versə də...

İndi İqtisadiyyat naziri olan Mikayıl Cabbarov 2013-cü ildə Təhsil naziri postuna təyinat alandan qısa müddət sonra rayon təhsil şöbələrinin ləğv edilərək regional idarələrin yaradılması gündəmə gəldi.
Yenisabah.az xatırladır ki, 2014-cü il iyulun 24-də Prezident İlham Əliyev bununla bağlı sərəncam imzaladı. Sərəncama əsasən, 2015-ci il yanvarın 1-dən rayon təhsil şöbələrinin bazasında Təhsil Nazirliyinin 15 regional qurumu – Sumqayıt, Xaçmaz, İsmayıllı, Oğuz, Balakən, Ağstafa, Şəmkir, Gəncə, Yevlax, Tərtər, Ucar, Sabirabad, Salyan, Masallı, Astara regional təhsil idarələri yaradılmalı idi. Lakin sərəncamın icrası təxirə salındı.
Rəsmi açıqlamalarda bunun səbəbi kimi maliyyə çatışmazlığı göstərilsə də, bu olay müxtəlif mülahizələrə yol açdı. İddia olunurdu ki, rayon təhsil şöbələrinin ləğvinə hakimiyyətdəki hansısa “güclü əl” mane olub. Sonradan bu məsələdə o zaman Prezident Administrasiyasının rəhbəri olan, hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsində çalışan akdemik Ramiz Mehdiyevin adı hallandırılmağa başladı.
Akademikin adının bu olayla əlaqələndirilməsi təxminən belə izah edilirdi: Rayon təhsil şöbələri Təhsil Nazirliyinə tabe olan struktur olmasına baxmayaraq icra hakimiyyətlərinin bu quruma təsir imkanları daha güclüdür. O dərəcədə ki, rayon təhsil şöbələrinin rəhbərliyinə təyinatlar icra hakimiyyəti başçıları ilə razılışdırlmadan həyata keçirilə bilməz. İcra hakimiyyətlərinə nəzarət funksiyası isə Ramiz Mehdiyevin əlində olduğundan o dolayısı ilə təhsil sahəsinə də müdaxilə etmək imkanına malikdir.
Bu halda rayon təhsil şöbələrinin ləğvi akademikin maraqlarına uyğun gələ bilməzdi. Bu baş tutacağı təqdirdə həm təhsil sahəsinə dolayı nəzarət, həm də icra hakimiyyətləri üçün qeyri-leqal maliyyə resursu əldən çıxa bilərdi.
O zaman açıq şəkildə qeyd edilirdi ki, rayon təhsil şöbələri faktiki olaraq icra hakimiyyətləri üçün gəlir mənbəyinə çevrilib.
Bildirilirdi ki, əslində regional idarələrin yaradılması icra hakimiyyətlərinin rayon təhsil şöbələri üzərində dominantlığına son qoyulması məqsədi daşıyırdı.
Bu iddiaların nə dərəcədə doğru olduğunu söyləmək çətindir. Amma fakt ondan ibarətdir ki, regional idarələrin yaradılması, bununla Prezident sərəncamının olmasına baxmayaraq baş tutmadı.
Bu məsələ bir də 2019-cu ildə gündəmə gəldi. O zaman isə Təhsil naziri Ceyhun Bayramov idi. Artıq Ceyhun Bayramov da bu postu təhvil verərək Xarici İşlər naziri diplomatik sahəyə keçid alıb. Dünən isə onun yerinə gənc kadr Emin Əmrullayev təyin edilib. Güman edilir ki, regional idarələrin yaradılması yenidən gündəmə gələcək.
Nəzərə alsaq ki, islahatlar kampaniyası çərçivəsində yüksək vəzifələr təyinat alan yeni kadrların fəaliyyəti “təmizləmələr” və sturktur dəyişiklikləri ilə xarakterizə olunur, o zaman Emin Əmrullayevin də Təhsil Nazirliyində müəyyən yeniləmələr edəcəyi gözləniləndir. Bu yeniləmələrdən biri də 6 il əvvəlki sərəncamın icrasına başlanılması ola bilər.
Tarix: 28-07-2020, 12:43
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)