Milyonları altına yığan başçı şəhid ailəsini süründürür... - ŞİKAYƏT

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə şəhid ailələri üçün rayonlarda tikilən ev növbəsinə durmuşam. Özü də 2011-ci ilin aprelindən. Əvvəlcə növbəyə durmağım üçün Şəki şəhər İcra Hakimiyyəti Aparatında məni 8 ay süründürməçiliyə saldılar. Dedilər, filan sənədləri toplayıb, gətirməlisən. Sonra isə Bakıya gedib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mənzil qeydiyyatına alınmalısan. Hamısını etdim, ancaq işim bugünədək həll edilməyib. Məmurlar tərəfindən süründürməçiliyə salınmışam”. DİA.AZ-ın məlumatına görə, Şəkinin Aşağı Göynük kəndində yaşayan və oğlunu müharibədə itirən Məfkurə Əbdürəhimova belə deyir.
Onun oğlu Faiq Məmmədəli oğlu Əbdürəhimovdur. Ana deyir ki, ehtiyacı olmasa “şəhid ailəsi” imtiyazından istifadə etməzdi. Deyərdi, “qoy imkanı olmayanlar alsın o evi”. Ancaq ehtiyacı var: “Oğlumu bu vətən uğrunda itirmişəm. İndi göstərilən bu münasibət ciyərimi dağlayır, məni yandırır. Üstəlik, Şəkinin icra başçısının 1-ci müavini Həsən Həsənov mərhum həyat yoldaşım Məmmədəli ilə əmiuşağı olub. 2011-ci ildə çox get-gəldən sonra məni minnətlə mənzil qeydiyyatına aldılar. İcra Hakimiyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2014-cü ilin 21 iyununda yazdığı məktuba əlavə edilmiş siyahıda mənim adım şəhid ailələri arasında 11-cidir. Amma nə olsun. 9 ildir gözləyirik. Hələ də mənzil növbəmiz çatmır”.
Ana bildirir ki, nazirlik 2005-ci ildən indiyədək şəhid ailələri və Qarabağ əlilləri üçün 6 çoxmənzilli bina tikib istifadəyə verib. Ancaq nədənsə o qədər mənzilin içindən biri onların payına düşməyib: “Deyilənlərə görə dövlət hesabına şəhid ailələri üçün tikilib istifadəyə verilmiş həmin mənzillərin əksəriyyəti saxta əlilliyi olan və olmayan kənar şəxslərə paylanıb. Bizim kimilər qalıb kənarda. Məncə, bu faktları yerində araşdırmaq o qədər də çətin olmamalıdır. Çünki Şəki rayonundan olan mənim kimi şəhid ailələrinin heç yarısı mənzillə təmin olunmayıb”.
Məfkurə Əbdürəhimova 5 oğul, 3 qız anasıdır. Deyir, Faiq ən böyük oğlu olub. Bu gün o, çətin durumda yaşayır. Ehtiyacı var deyə, ev növbəsinə yazılıb. İllərdir ev alacağı günün ümidi ilə yaşayır: “Şəhid ailəsi kimi 1994-cü ildən bu günədək dövlətdən heç nə almamışıq. Nə bir ev, nə bir torpaq sahəsi, nə avtomobil, nə maddi yardım. Dəfələrlə qəbullarında olmağıma baxmayaraq, övladlarımdan hər hansı birini işlə təmin etməyiblər. Həddən artıq kasıb vəziyyətdə yaşasaq da, tez-tez dövlət idarələrindən nə isə istəməyi, qapılar döyməyi qürurumuza sığışdırmamışıq. 1994-cü ilə qədər uçuq-sökük bir daxmada 8 uşağı böyütmüşəm. Böyük oğlum Faiqi də bu evdən həm iki illik Almaniyada hərbi xidmətə, həm də 1992-ci ildən Qarabağ müharibəsinə yola salmışam. O, cəbhəyə getməmişdən əvvəl Gürgcüstana gedib, orada muzdla işləyib, həyətimizdə daşdan ev tikmək istəyirdi. Heyf ki, 1994-cü ildə onun tikdiyi, lakin başa çatdıra bilmədiyi yarımçıq evin daş divarları arasına onun tabutu “qonaq” oldu”.
Ana deyir ki, düzdür, sonralar oğluna görə bayramlarda kolxozdan evlərinə bir-iki dəfə pay göndərilsə də, qəbul etməyib, geri qaytarıblar: “Amma ailəmizə ən çox təsir edən bu oldu ki, hazırda oğlum Sadiqin 4 nəfərlik ailəsilə və 36 yaşlı subay oğlum Həzi ilə 28 kvadratlıq həyət evində, çətinliklə, birtəhər yaşayırıq. İmkansızlıqdan kiçik oğlum Həziyə mənzili olmadığından toy edə bilmirəm. Nə qədər gözləmək olar? Axı şəhid oğlum Faiq adi əsgər olmayıb. O, təsadüfi düşmən gülləsindən şəhid olmayıb. 1992-ci ilin sentyabrından 1994-cü ilin yanvarın 27-dək peşəkar hərbçi kimi könüllü olaraq döyüşlərin ən qızğın yerlərində olub. 1993-cü ildə Zəngilan cəbhəsində Daxili Qoşunlar batalyonunun peşəkar döyüşçüsü olmaqla yanaşı, tibb və maliyyə xidməti rəhbəri vəzifələrini icra edən baş çavuş “Şəkili Faiq” kimi tanınan oğlumun başına niyə ermənilər 3 milyon rubl pul qoymuşdu? Cavabını şəhid oğlumun döyüş yoldaşları belə izah edirdilər ki, Zəngilanın son gününə qədər Faiqin batalyonu, artilleriya alayının döyüşçülərilə birlikdə düşmənin müzdlululardan ibarət peşəkarlarının bütün sərhədboyu hücumlarının qarşısını alıb və düşmən hər hücumdan sonra xeyli canlı qüvvə itirərək geri çəkilmək zorunda qalıb. Rəhmətlik oğlum əvvəllər Almaniyada hərbi xidmətdə olmuş və peşəkar bir hərbçi kimi Qarabağ döyüşlərinin ən qızğın yerlərində iştirak etmişdi”.
Məfkurə Əbdürəhimova deyir ki, oğlu Füzuli rayonu istiqamətində gedən döyüşlərdə də iştirak edib. Horadiz qəsəbəsi və 22 kəndin erməni-rus birləşmələrindən azad olunmasında polkovnik Fətulla Hüseynovun komandanlığı altında yaxından iştirak edib: “Elə vətəni uğrunda da şəhid olub. 1994-cü il yanvarın 28-də ata yurdu olan Aşağı Göynükdə dəfn edilib”.
Sonda Məfkurə Əbdürəhimova Prezident İlham Əliyevə, Baş nazir Əli Əsədova, I Vitse-prezident Mehriban Əliyevaya, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə, Ombudsman Aparatına, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinə müraciət edir. Deyir, Qarabağ müharibəsində döyüşən və həlak olan oğulun geridə qalan ailəsi 1994-cü ilədək ağac və qamışdan tikilmiş bir otaqlı daxmada şəraitsiz formada yaşayıb, amma kimsəyə əl açmayıb: “Hazırda 73 yaşım var. Xəstəyəm. Artıq dözə bilmədiyim üçün bunları bölüşürəm. Bizə kömək edin. Sizdən çox xahiş edirəm ki, 36 yaşlı oğlum Həzini evləndirmək üçün bir şəhid ailəsi olaraq evlə təmin olunmağımıza köməklik göstərin”.
Tarix: 21-05-2020, 11:04
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
-
21-08-2026, 22:48
Novxanıda “yol əhvalatı”: Şəxsi rahatlıq naminə ictimai əmlak bərbad hala salınıb
-
21-08-2026, 22:44
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
-
21-08-2026, 22:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
-
21-08-2026, 18:30
Səfərbərlik Xidməti 748 minlik nəqliyyat vasitəsi alır
-
21-08-2026, 18:28
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
-
21-08-2026, 18:25
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
-
21-08-2026, 18:23
Büdcə belə talanır - Nazirin qaynının biznes sxemi VİDEO
-
21-08-2026, 12:12
İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?: İDDİA - SƏS YAZISI
-
21-08-2026, 11:42
Elm və Təhsil Nazirliyi 10 milyonu haraya xərcləyəcək?
-
21-08-2026, 11:41
Azərbaycanda turizm inkişaf edə bilməz, çünki… – İqtisadçı
-
21-08-2026, 11:35
1 məmurun pensiyası üçün ən az 10 nəfərin əməyi lazımdır - Hüquqşünasdan SENSASİON AÇIQLAMA
-
21-08-2026, 11:16
Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
-
21-08-2026, 10:41
Tibbimiz Ucarda HOQQA VERİR... - TƏBİB şefinin nəzərinə...
-
21-08-2026, 10:33
Vəkil hakimi susdurmaq üçün 40000 manat lazım olduğunu dedi və... - DƏLƏDUZLUQ!
-
21-08-2026, 10:30
Rasim Həsənov azadlığa necə çıxıb? - Protest veriləcək
-
21-08-2026, 10:20
KAMRAN ƏSƏDOV FENOMENİ-Ekspert Rəyi
-
21-08-2026, 10:09
Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi