XƏRİTƏÇİLƏR YENƏ VƏDLƏR VERİRBitməkdə olan həftə Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilmiş İqtisadi Şuranın iclası ilə yadda qaldı. "Sahibkarlıq fəaliyyətinə maneə və çətinliklərin aradan qaldırılması və biznes mühitinin yaxşılaşdırılması islahatları üzrə İşçi Qrup"u tərəfindən hazırlanan "Tikinti və kommunal infrastruktura qoşulma" və "Sənaye" sahələrində sahibkarların qaldırdığı aktual məsələlər və problemləri müzakirə ediblər. Məruzəçi də Prezidentin köməkçisi və Natiq Əmirov olub.
Xatırladıram ki, 10 il əvvəl həmin bu Natiq Əmirovun təşəbbüsü ilə Prezident milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə 12 strateji yol xəritəsini təsdiq etmişdi (
https://e-qanun.az/framework/34254). Onların sırasında bunlar da var idi: “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”, “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi” və s. Hamısının da icra müddəti ötən il bitib, amma heç biri normal icra olunmayıb. Elə buna görə də iqtisadiyyatımız geriləyib, investisiya və sahibkarlıq mühiti daha da pisləşib və s.
Və eyni vəzifəlilər yenə də görüşür, nələri isə müzakirə edir, planlar cızır və vədlər verirlər...