Məmurların "qara günləri" hələ irəlidədir - YENİ İSLAHAT DALĞASI BAŞLAYIR

Dünya koronavirus bəlasından qismən qurtulmaq yolundadır. İndi əsas diqqət pandemiyadan sonra dünya ölkələrində hansı dəyişiklərin olacağına yönəlib. Virusun əsasən iqtisadiyyata zərbə vurduğunu göz önünə gətirsək, Azərbaycan da daxil, bu istiqamətdə hansı addımların atılacağı maraq doğurur.
Müşahidələr onu göstərir ki, prezident İlham Əliyev pandemiyanın Azərbaycana vurduğu iqtisadi zərərlər haqqında danışmağa o qədər də həvəs göstərmir. Bəzi dünya ölkələri rəhbərlərinin “batdıq”, “yandıq” harayları da əlbəttə ki, reallığı əks etdirir. Amma əvvəl gündən Prezident Əliyev virus təhlükəsindən danışarkən insan amilini önə çəkdi və yenə də təbii iqtisadi geriləməyə baxmayaraq, bu prinsipi davam etdirir. Bu isə Prezidentin islahatlar kursunu davam etdirəcəyinin göstəricisi sayıla bilər.
Əslində koronovirusun bütün dünya gündəmini dəyişdiyi günlərdə də-ötən ilin dekabrından xüsusilə icra strukturlarında başlayan antikorrupsiya həbsləri dayanmadı. Bəziləri gözləyirdi ki, virusla mübarizə və sərt karantin tədbirləri bu “təmizləmə” prosesini durduracaq. Prezident isə yəqin ki, həm də belə düşünən fürsətçilərə qarşı bir daha iradə göstərdi, ölkə həyatı üçün mühüm olan bu “təmizləmə” geridönməz xarakter aldı. Bəlkə də bəziləri həm də arxayınlaşdı, “əl-qolumuz açıldı” fikirləşərkən DTX əməkdaşlarını başları üzərində görməklə bu dəfə şaşırdılar.
Karantin dövründə daha üç icra başçısının, bir nazir müavinin və nazirliyin böyük bir idarəsinə rəhbərlik edən şəxsin qandallanması ilə cəmiyyətə verilən mesajın mənası aydın idi: hakim iradə islahatları sabotaj edənlərə, dəyişikliklərə qarşı çıxanlara şans tanınmayacaq.
Üstəlik, Azərbaycan vətəndaşını hakimiyyətdən narazı salan, onlara ayrılmış yardımları mənimsəyən, ölkənin hər cür inkişafına maneə olanlar ən ciddi şəkildə cəzalandırılacaq, həbslərdə çürüyəcəklər. Bu sərt kursu dövlət başçısının son aylar etdiyi bütün çıxışlarda eşitmək mümkündür. Cəmiyyətin böyük əksəriyyəti də harınlamış oğru məmurların ifşasını dəstəkləyir və prosesin ardıcıl xarakter almasını arzulayır.
İqtisadi stabilləşmə əlbəttə ki, vacibdir və dövlət rəhbərliyi bunu uyğun addımlar atacaq. Prezident Əliyevin bu kimi dünya çapında baş verən böhranlarda etiraf olunacaq bir üstünlüyü də var. Prezident Əliyev görünən və ya görünəcək böhranlara digər liderlərdən öncə hazır olur. Bu öncəlik neftin qiymətinin kəskin düşdüyü illərdə, neft ölkələrində başlamış iqtisadi böhranda da özünü göstərdi. İlham Əliyev iqtisadiyyatı şaxələndirmək xətti götürərək, bir çox ölkələrdə hətta siyasi böhrana səbəb olan riskləri Azərbaycanda önlədi. Ola bilsin, dünyanı gözlənilmədən yaxalayan koronavirusun iqtisadiyyatımıza vurduğu zərbəni önləmək üçün də artıq “Əliyev planı” var və yaxın vaxtlarda bunun da təfərrüatları bilinəcək.
Məlumatlara görə, tezliklə ayrı-ayrı sahə və nazirliklər, hakimiyyətin qolları üzrə də islah prosesi başlayacaq. Pandemiyadan sonra dünyada dəngələrin hansı istiqamətdə daha çox dəyişəcəyi barədə hələ ki qəti rəyi yoxdur. Amma görünən budur ki, xüsusilə yüksək texnologiya, QHT, informasiya və mediaya sahələri əsaslı şəkildə yenilənəcək. Bu üç mühüm yenilikdən biri-texnoloji sahədə Azərbaycan “baş məşqi” keçdi, internet və məsafəli ünsiyyətdəki texnoloji əskiklərini gördü. Prezidentin yüksək texnologiyalar məsələlərində həssaslığı yeni fakt deyil, illər öncə gerçəkləşən “Asan xidmət” modeli buna tutarlı sübutdur. Amma zənnimizcə, bu sahədə hələ görüləcək işlər çoxdur və tezliklə Azərbaycan üstün texnoloji yeniliklərdən bəhrələnəcək. Bununla paralel olaraq əlbəttə, vətəndaş cəmiyyəti institutlarının - QHT-lərin də fəaliyyətini gücləndirməyə ehtiyac var. O cümlədən, informasiya və mediaya sahəsinin əsaslı şəkildə yenilənəcəyi gözlənilir ki, bu da yeni dövrün ən vacib çağırışlarından biridir. Pandemiya güclü medianın dəyərini ortaya çıxardı və bundan sonra dünyada bu sektorun yenilənməsinə qoyulacaq investisiya və dəstək çox artacaq.
Yenilənmə, modernləşmə və islahatlar prosesi məhkəmə strukturlarına aid bütün seqmentləri, bir sözlə, ƏDALƏT sisteminin əsasını əhatə edəcək. Gözlənilir ki, hakimlərin dəyişməsindən sonra məhkəmə sistemində də ciddi islahatlar vüsət alacaq. Çünki ədalətli cəmiyyət üçün ilk növbədə ədalətli məhkəmə sistemi olmalıdır. Bu sektorda dəyişikliklərin hansı formada və metodla olacağı haqda müfəssəl bilgi yoxdur. Amma son aylar bu sahəyə aid imzalanmış sərəncamlar onu deməyə əsas verir ki, məhkəmə və hüquq sistemindəki əsaslı yeniliklər xalqın istəyinə uyğun olacaq. İslahatların Silahlı Qüvvələrimizə də sirayət edəcəyi gözləntiləri də var. Çünki Azərbaycan Prezidenti üçün Silahlı Qüvvələrin gücləndirilməsi, onun üstün texnika və etibarlı komandanlarla zənginləşdirilməsi ən prioritet məsələdir.
Ümumiyyətlə, sadalanan bütün sahələrdə gözlənilən islahatlar yalnız cəzalandırma və işdən uzaqlaşdırma ilə məhdudlaşmır. Bu sahələrdə əsasən təkmilləşdirmə, sağlamlaşdırma, modernləmə, kadr bazasının yenilənməsi və gücləndirilməsi prosesi həyata keçiriləcək.
“Yeni Müsavat”
Tarix: 1-06-2020, 09:26
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
-
21-08-2026, 22:48
Novxanıda “yol əhvalatı”: Şəxsi rahatlıq naminə ictimai əmlak bərbad hala salınıb
-
21-08-2026, 22:44
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
-
21-08-2026, 22:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
-
21-08-2026, 18:30
Səfərbərlik Xidməti 748 minlik nəqliyyat vasitəsi alır
-
21-08-2026, 18:28
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
-
21-08-2026, 18:25
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
-
21-08-2026, 18:23
Büdcə belə talanır - Nazirin qaynının biznes sxemi VİDEO
-
21-08-2026, 12:12
İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?: İDDİA - SƏS YAZISI
-
21-08-2026, 11:42
Elm və Təhsil Nazirliyi 10 milyonu haraya xərcləyəcək?