"Əli Kərimli və Milli Şura siyasi mübarizəni təhrif etməklə məşğuldur" — Sərdar Cəlaloğlu

“Milli Şura Azərbaycanda yeganə siyasi qrupdur ki, onun fəaliyyəti və hansı addımlar atması, mövqeyi ilə maraqlanmıram. Bunun da yeganə səbəbi ondan ibarətdir ki, mən Milli Şuranın Azərbaycan xalqı, dövləti, cəmiyyətinə yeni ideya verəcəyinə və yaxud ictimai-siyasi proseslərinə təsir edəcəyinə inanmıram”.
Bunu “Ölkə.Az”a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, bunu rəqabətdə olan bir partiya kimi deyil, politoloq kimi deyir:
"Apardığım təhlillərə görə bu gün Milli Şura Azərbaycanın siyasi səhnəsində heç bir rol ala biləcək potensiala malik deyil. Bu dediklərim son günlərdə geniş müzakirəyə səbəb olan videokonfrans da onların hansı səviyyəyə malik olduğunu və ölkənin ictimai-siyasi həyatında ciddi rol ala bilməyəcəklərinin bariz göstəricisidir. Orada deyilənlər bir məqam mətbuatda diqqətimi çəkən məqam Əli Kərimlinin debatlar zamanı "Facebook" səhifəsində, sosial şəbəkələrdə fırtınasını davam etdirməliyik. Bu fırtına da ondan ibarətdir ki, 15-20 nəfərə pul verərək, otuzdurublar kompüterlərin arxasında və bunların da hərəsi özünə 10-15 saxta profil yaradıblar. Bu trol dəstəsi də onların sifarişini həyata keçirib, ya siyasi müxalifət liderlərini, yaxud maraqlarına uyğun olmayanları başlayırlar təhqir etməyə və mənfi fikir formalaşdırmağa çalışırlar. Əli Kərimli isə çıxış edəndə başlayırlar onu tərifləməyə ki, guya bu, qəhrəmandır, xalqın xilaskarıdır və sair. Onların "Facebook" fırtınası da bundan ibarətdir. Başqa adamları ləkələmək...”.
O əlavə edib ki, bununla da onlar Azərbaycanda siyasi maariflənmənin və ya etikanın inkişafına ciddi zərbə vururlar: “Hər şey göz qabağındadır. Hər vasitə ilə Azərbaycan müxalifətinin bir araya gəlməsinə mane olmaq. İşləri ancaq Əli Kərimlini tərifləyib başqalarını gözdən salmaq, onlara qara yaxmaq, millətin, dövlətin xeyrinə verilən təklifləri gözdən salıb təhrif eləmək, cəmiyyətə başqa formada çatdırmaqdan ibarətdir. Bax, budur Əli Kərimlinin stəkandakı fırtınası...
Ümumiyyətlə, bir söz deyim, virtual aləmdə edilən nailiyyətlərin heç biri real həyatda olduğu kimi əks olunmur. Demokratik proses iştirakçılıq tələb edir, virtual aləmdə isə iştirakçılıq yoxdur. Bu baxımdan Azərbaycanda demokratiyanın məhv olmasının səbəblərindən biri də insanların virtual aləmə cəlb olunmasıdır. İnsanlar virtual aləmdə öz aləmlərinə görə guya mübarizə aparırlar. Bunun acı nəticələrini yaşamaqdayıq. Bu prosesin də ən qabaqcıl nümayəndəsi Əli Kərimlidir. Bununla da o, aktiv demokratik siyasi mübarizənin qarşısını alır. Əslində, bu gün Əli Kərimli və Milli Şura siyasi mübarizəni təhrif etməklə məşğuldur. Trolları yığıb virtual aləmə və başlayır başqalarını təhqir etməyə. Bu yolla da özündə bir psixoloji təskinlik tapır ki, kişi guya kiminləsə mübarizə aparır. Bu adamlar siyasi əxlaq normaları, etik qaydalar çərçivəsində demokratiya uğrunda mübarizəyə ciddi zərbə vurur və onu ləngidir”.
Tarix: 18-05-2020, 13:43
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO
-
23-10-2026, 07:45
“Brain Academy”də 2 yaşlı uşağa şiddət göstərən müəllimə üzr istədi
-
23-10-2026, 07:39
Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı: “Elxan müәllim bu pulun bizə məxsus olduğunu bildirdi” – TƏFƏRRÜAT
-
22-10-2026, 23:38
Sumqayıtda abad məhəllələrin, yeni səkilərin salınmasına 1.3 milyon xərclənəcək