Yusifbəylinin qohumundan səfirə - Şok məktub

Nəsib bəy Yusifbəylinin bacısı nəvəsi Rəfat Cuvarlı Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevə onun “Azərbaycanın baş nazirinin müəmmalı ölümü” başlıqlı məqaləsi ilə bağlı açıq məktub ünvanlayıb.
Axar.az sözügedən məktubun mətnini təqdim edir:
“Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev “Azərbaycanın baş nazirinin müəmmalı ölümü” başlıqlı məqaləsində yazır: “Şəfiqə xanım Qaspıralı iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan Mustafa Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib”.
Əslində, Şəfiqə xanım fikrini belə ifadə edib: “Nəsib bəy adına Tiflisdə banka konulmuş parayı çekmişler. Bir rəvayətə görə, Mustafa Vəkilli-Nəsib göstererek kendi paraları çekmiş. Sadiq bəydən (Məhməd Sadiq Aran) soruşmaq lazımdır” (Dos.d. Şəngül Hablemitoğlu, Dr. Nəcib Hablemitoğluş. Şəfiqə Qaspıralı və Rusiyada Türk Qadın Hərəkatı (1893-1920), İstanbul, 2004, səh.284).
Göründüyü kimi, Vilayət Quliyev kiçik bir yazıda bağışlanmayan səhvlərə yol verib. Vilayət Quliyevə xatırlatmaq istəyirəm ki, Azərbaycan Cümhuriyyəti dövründə Əksinqilab ilə Mübarizə Təşkilatının rəisi olmuş Nağı bəy Şeyxzamanlı yazır: “1920-ci il martın sonlarına doğru Nəsib bəyi evində ziyarət etmişdim. Söhbətimiz Anadolu İstiqlal savaşının üzərinə gəlib çıxdı. Bu zaman Nəsib bəy “gec də olsa, az da olsa, bir az məbləğ hazırlayıb, kürəkənim Pişnamazzadənin qardaşı oğlu Məmmədəli Əhmədzadə ilə göndərdim” dedi (Şeyxzamanlı Nağı. “Azərbaycan istiqlal mücadiləsi xatirələri”. Bakı, 1998, səh.231-232).
Nağı bəy Şeyxzamanlı göstərdiyimiz bu kitabda həmin pulun Ankara hökumətinə çatmasını bütün incəlikləri ilə açıqlayır. Nağı bəy yazır ki, o zaman İstanbul ingilis və fransızların işğalı altında olduğu üçün Əhmədzadə pulu Ankaraya çatdıra bilmir, İtaliya bankı vasitəsilə İstanbuldan Tiflisə Nəsib bəyin adına göndərir. Nəsib bəy həmin vaxt qətlə yetirilmişdi. İstanbuldan göndərilmiş bu pulu Nəsib bəyin dostları Gürcüstan səfirimiz Pərviz bəy Vəkillinin vasitəsilə götürürlər. Məmmədəli Əhmədzadə 1920-ci ilin oktyabr ayında 19 min türk lirəsi və 1 milyon fransız frankını Ankara hökumətinin hesabına yatırır.
Vilayət Quliyevin az da olsa tarixdən xəbəri olsaydı, kiçik bir yazıda bu qədər bağışlanılması mümkün olmayan kobud səhvlərə yol verməzdi. Vilayət Quliyevin yalan fikirlərinə görə üzr istəməsi vicdanına qalıb"
Tarix: 15-05-2020, 16:00
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO
-
23-10-2026, 07:45
“Brain Academy”də 2 yaşlı uşağa şiddət göstərən müəllimə üzr istədi
-
23-10-2026, 07:39
Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı: “Elxan müәllim bu pulun bizə məxsus olduğunu bildirdi” – TƏFƏRRÜAT
-
22-10-2026, 23:38
Sumqayıtda abad məhəllələrin, yeni səkilərin salınmasına 1.3 milyon xərclənəcək