TƏBİB-in yoxlama apardığı xəstəxananın şöbə müdiri işdən çıxarıldı - ƏMR

Gəncədə bir müddət öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) apardığı yoxlamalar zamanı nöqsanlar aşkarlanan xəstəxananın şöbə rəhbəri vəzifəsindən azad edilib.

Oxu.Az-ın məlumatına görə, Gəncə şəhər Zülfüqar Məmmədov adına xəstəxananın Endokrinoloji Şöbəsinin müdiri Sevda Əsgərova işdən çıxarılıb.

Qeyd edək ki, bir müddət öncə TƏBİB-in Daxili nəzarət departamenti tərəfindən bu şöbədə də araşdırma aparılıb və çatışmazlıqlar üzə çıxıb.

Tarix: 21-11-2026, 21:15
Xəbəri paylaş



Xəbər lenti