Səttar Möhbalıyevin oğlu polis işlədiyi vaxt bunu necə edə bilib? – SİRR KİMİ FAKTLAR

Deputat Səttar Mehbalıyevin oğlunun Dubayda aldığı daşınmaz əmlaklar və bu ölkədə yaşayış hüququ əldə etməsinin ilginc detalları açıqlanıb.

AXS.az  xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli bu barədə sosial şəbəkədə paylaşım edib.

Onun yazdığına görə, Səttar Möhbalıyevin oğlu İsfəndiyar Möhbalıyev Dubayda yerləşən “Marsa Dubai” yaşayış kompleksində qeydiyyatdadır. Həmin ünvanda onunla yanaşı, boşandığı iddia olunan həyat yoldaşı, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovun qızı Safiyə Möhbalıyeva və iki övladı da yaşayır.

Cavanşir Həsənli bildirir ki, İsfəndiyar Möhbalıyev 2022-ci ildən Birləşmiş Ərəb Əmirliklərində 10 illik “Golden Visa” ilə yaşayır. Bu viza Dubayda azı 2 milyon dirhəm (təxminən 1 milyon manat) dəyərində daşınmaz əmlak investisiyası əsasında əldə edilib.


TASKEEN proqramı nədir?

Dubay Torpaq Departamentinin təqdim etdiyi TASKEEN proqramı daşınmaz əmlak alan xarici investorlara yaşayış icazəsi əldə etmək imkanı yaradır. Bu status müəyyən şərtlər daxilində BƏƏ-də yaşamaq, bank hesabı açmaq və ailə üzvlərinə sponsorluq etmək hüququ verir.

Qanunvericiliklə bağlı suallar

Araşdırmaçı jurnalistin fikrincə, İsfəndiyar Möhbalıyevin polis orqanlarında xidmət etdiyi dövrdə xarici ölkədə yaşayış hüququ əldə etməsi hüquqi qiymətləndirmə tələb edir.

Oğuz

 



Tarix: Dünən, 21:38
Xəbəri paylaş



Xəbər lenti